“Balıq” ləqəbli şəxs xalq yazıçısı haqda fitva verir
Hafiz Hacıyevin partiyasının mərkəzi qərargahında partiyanın İdarə Heyəti, Gənclər Təşkilatı və Qərbi Azərbaycanliların Əlaqələndirmə Şurasının (QAƏŞ) birgə növbədənkənar toplantısı keçirilib.Toplantıda tanınmış yazıçı Əkrəm Əylislinin son günlər gündəmdə narahatlıq yaradan və bütün Azərbaycanı təhqir edən “Daş yuxular” romanı müzakirəyə çıxarılıb. Toplantı iştirakçıları Əkrəm Əylislinin sırf gündəmdə qalmaq xətrinə milli məsələlərə bu dərəcədə antimili yanaşmasını qəbuledilməz hesab ediblər. Qərbi Azərbaycanlıların Əlaqələndirmə Şurası isə 4 milyon qərbi azərbaycanlını "yeraz" adlandırıb, onları barbar kimi qələmə verməsini təhqir hesab ediblər. QAƏŞ üzvləri Əkrəm Əylislini ermənlərin azərbaycanlılara qarşı soyqrım siyasətinə bəraət qazandırmasını, Xocalıda ermənilər tərəfindən on minlərlə soydaşlarımızın ruhuna təhqir hesab ediblər. Bütün çıxışlar və təkliflər dinlənildikdən sonra İdarə Heyəti və QAƏŞ qərara alıb ki, qərbi azərbaycanlıları təhqir etdiyinə, azərbaycanlılardan qəddar xalq obrazı yaratmasına görə Ə. Əylisli layiq olduğu qaydada cavabını almalıdır. Toplantıda onun qulağının Andranikin qulağı kimi kəsilməsi partiyanın cavan üzvlərinə həvalə edilib. Bundan sonra İdarə Heyəti Ə.Əylislini bütün Azərbaycan xalqını təhqir etdiyinə görə məhkəməyə verilməsi haqda qərar qəbul edilib.Bunun üçün artıq lazımi materiallar toplanır
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?