Ağdaşda məskunlaşmış Şölə Rəhimova qapı-qapı süründürülür; Şəki İnzibati-İqtisadi Məhkəməsi vətəndaşı yuvasından məhrum edib
Ağdamın Baş Qərvənd kəndindən məcburi köçkün olan 60 yaşlı Şölə Rəhimova “Gündəm-xəbər”ə müraciət edib. Hazırda Ağdaşın Binələr kəndində məskunlaşmış Ş.Rəhimova, olmazın haqsızlıqla üzləşdiyini bildirir. Vətəndaş iddia edir ki, onun tikdiyi mülk başqasın satılıb. Məhkəmə çəkişməsində olan köçkün çarəsiz qalıb.
O, müraciətində problemin təfsilatını yazıb: “Öz zəhmətimlə tikib-yaratdığım, 20 ildir ki, içərisində yaşadığım, təsərrüfatla məşğul olduğum mülküm, tam qanunsuz yollarla Şəki İnzibati-İqtisadi Məhkəməsi tərəfindən başqa bir şəxsə satılıb. Məni də, apellyasiya şikayəti vermək hüququndan rəsmən məhrum ediblər.
Qanunsuzluqlar bundan ibarətdir ki, yaxın 3-4 ildə Şəki İnzibati-İqtisadi Məhkəməsi eyni iddiaçı, eyni cavabdeh üzrə eyni iddiaya 3 dəfə baxıb və bir dəfə təmin olunmasını mümkünsüz hesab edib. İkinci dəfə baxıb, təmin etmiş, lakin sonradan bu qərar Apelyasiya Məhkəməsində ləğv olunub. Üçüncü dəfə təkrar təmin olunub. Özü də, sonuncu dəfə gizli şəkildə və məni tərəf kimi tanımayaraq, mənə apellyasiya hüququ verilməyərək qərar qəbul edilib”.
Ş.Rəhimovanın sözlərinə görə, məhkəmə heç bir hüquqi əsası olmadan saxta əlyazma kağız parçasına istinad edib: Hətta, o, kağız parçasının hüquqi əsası olmuş olsaydı belə, orada dəqiq koordinatlar göstərilmədiyindən, onun mənim həyətimə aid olması barədə məhkəmənin heç bir sübutu olmayıb. Həmin yalançı “Akt”-a istinadən, bir müddət əvvəl məhkəmə mənim mülk üzərindəki əmlak hüququmu ləğv edib.
İndi Şəki İnzibati-İqtisadi Məhkəməs mülkümə dair keçirilən məhkəmələrdə, məni tərəf kimi tanımır və mənə apelyasiya hüququ vermir. Bu məsələ ilə əlaqədar bu günə qədər 18 məhkəmə aktının qəbul olunması ilə nəticələnən, üst-üstə 18 məhkəmə olub. Nəhayət, bunlardan yorularaq Şəki İnzibati-İqtisadi məhkəməsi məsələni birdəfəlik "kökündən" həll etmək qərarına gəlsə də, məni şikayət vermək hüququndan da rəsmən məhrum etdi”.
Vətəndaş yazır ki, bütün dövlət orqanlarına müraciətlər edib: “Müraciətlərimin hamısı da “Şəki İnzibati-İqtisadi Məhkəməsinin özünə yönləndirilir. Və verilən cavablarında yuxarıda tələb etdiyim 3 məsələdən 2-sini bir kənara qoyaraq, yalnız sonuncuya cavab verir ki, Sizin o mülkə dair şəhadətnaməniz ləğv edildiyindən, orada sizin qanunla qorunan maraqlarınız yoxdur və ona görə də siz bu işdə tərəf ola bilməzsiniz.
Söhbət 20 il bundan əvvəl Qarabağda ermənilər tərəfindən başıma gətirilənlərin, indi də burada azərbaycanlılar tərəfindən təkrarlanmasından gedir. Bu qədər haqsızlıq olmaz. Saxta məhkəmə, saxtakarlıq və saxtakarlığın ifşasına imkan verməmək üçün, vətəndaşın ağzının bağlanması faktı göz önündədir.
Sanki Şəki İnzibati-İqtisadi Məhkəməsi birdəfəlik boynuna öhdəlik götürüb ki, nə yolla olur-olsun, ev-eşiyimi Qüdrətə verməlidir. 4 ildir ki, yalançı "Akt"-a istinad edərək, məni süründürürlər. Şəki İnzibati-iqtisadi Məhkəməsi gözdən uzaqdır deyə, həddən-ziyadə qanunsuzluqlar baş alıb gedir. Bir daha deyirəm: bütün bu oyunlarda məhkəmələrin istinad etdiyi yeganə "sənəd" - üzərində heç bir ştamp-möhürü olmayan, arxivdə kötüyü olmayan əlyazma "Akt"dır.
Azərbaycan Respublikasının Prezidentinə, Heydər Əliyev Fonduna, Ombudsmana, Məhkəmə-Hüquq Şurasına, Ədliyyə Nazirliyinə, qadın cəmiyyətlərinə, Baş Prokurorluğa, - heç bir faydası yoxdur. Hamısı cavab verir ki, məhkəmənin işinə qarışmağa bizim hüququmuz yoxdur - o məhkəmə, o da siz. Özünüz bilərsiniz”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?