Bərdə rayonuna ailə faciəsi baş verib. 17 yaşlı oğlan özündən böyük bacısını əli ilə boğaraq qətlə yetirib. Hadisə fevralın 8-də, saat 21 radələrində baş verib. 1998-ci il təvəllüdlü Mirzağa Şahbazov Bərdə şəhər Elçin Əsədov küçəsində kirayədə yaşayan bacısının evinə gedib.
Oğlan 20 yaşlı bacısı Nəzakət Şahbazovanı əli ilə boğub öldürüb. Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanarının əməkdaşları cəlb olunub.
Polisin keçirdiyi əməliyyat nəticəsində bacısını öldürən oğlan tutulub. O, polisə verdiyi ifadəsində bacısını qısqanclıq zəmnində öldürdüyünü bildirib.
Qeyd edək ki, Nəzakət Şahbazova evli bir kişi ilə qoşulub qaçıb. O, həmin kişi ilə qeyri-rəsmi ər-arvad münasibətində olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?