Zərdüş Əlizadə: “Hər iki tərəf yer kürəsində insan nəslinə son qoyacaq silahlara malikdir” Politoloq Zərdüş Əlizadənin Ukraynada baş verən proseslər və onun yaradacağı nəticələr mövzusunda müsahibəsini təqdim edirik. - Zərdüşt bəy, Ukrayna ən mürəkkəb dövrünü yaşayır, müharibə minlərlə insanın həyatına son qoyur. Bu ölkədə nə baş verir? - Demək qərbin təhriki və dəstəyi ilə Ukraynanın hakim zümrəsinin bir hissəsi, prezident seçkilərinə bir il qalmış hakimiyyət davasına qalxdı. Onlar əliəyri,oğru, insan hüquqlarını pozan, korrupsioner və həm də qanuni prezident olan Yanukoviçi devirdilər. Bundan sonra Ukrayna millətçiləri reallıqla hesablaşmadan, ölkədə anti-ruslaşdırma siyasəti apardılar. Eyni zamanda elan etdilər ki, onlar ölkəni NATO-ya daxil edəcəklər, Avropa İttifaqına daxil olmağı hədəfləyirlər. Əslində isə onları nə NATO-ya, nə də Avropa İttifaqına dəvət edən var idi. Əsas məqsəd isə Ukrayna-Rusiya əlaqələrini korlamaq, iki qardaş xalqın arasında düşmənçilik yaratmaq idi. Ukraynanın oğru və əliəyri hakim zümrəsinin bir hissəsi buna getdi. Bir ildən sonra bəlli olur ki, Ukrayna Krım kimi ərazini itirib, Rusiya Krımı geri qaytarmaq barədə söhbət belə aparmır. Ukraynanın şərqində böyük bir ərazi xarabazarlığa çevrilib, orada faktiki olaraq vətəndaş müharibəsi gedir. Başqa sözlə, Rusiya hərbi sənayesinin ciddi dəstəyi ilə, 10 min silahlı kişi bu əraziləri Ukraynadan qoparıb. Buna qarşı olaraq qərb Rusiyaya sanksiyalar tətbiq edir. Bu sanksiyada həm Rusiya, həm də Avropa xeyli itirir. Eyni zamanda nüvə-raket silahının tətbiqi ilə dünya nüvə müharibəsi təhlükəsi ciddidir. Bu bir an söhbətidir. Belə bir şəraitdə Avropa ciddi olaraq fikirləşir, Amerikanın isə vecinə deyil. Çünki, Amerika belə bir qarşıdurmaya hazırdır. Avropa isə düşünür ki, nə üçün dılğır bir Ukraynaya görə Avropa qitəsi döyüş meydanına çevrilməlidir. Və Ukraynaya
görə, Avropa Rusiya ilə münasibətləri korlamaqla nə qazanır? Heç nə. Rusiya 140 milyonluq sabit bazardır, enerji daşıyıcılarının təchizatçısıdır. Bax, bu səbəblərdən Avropa Rusiya ilə üz-üzə gəlməyə hazır deyil. Əksinə, tətbiq edilən sanksiyaların müddəti apreldə bitir. Avropa istərdi ki, bu sanksiyaların tətbiqinə son qoyulsun. Buna görə də, indi Merkel və Olland əvvəl Kiyevə, sonra isə Moskvaya gedərək danışıqlar apardı. Fevralın 9-da Merkel Amerikaya səfər etdi. Bu məsələni çox güman ki, razılaşdıracaqlar. Paroşenkoya nə desələr onu da qəbul edəcək. Bəziləri deyirlər ki, bu mümkün deyil, Paroşenko deyiləni etsə millətçilər ayağa qalxacaq və onu devirəcək. Təbii ki, güzəşt zəif tərəfin hesabına olacaq, bu prosesdə də zəif tərəf Ukraynadır. Belə olan halda sual edilir ki, Ukraynadakı bu millətçilər kimin adamlarıdır, kimdən pul alırlar? Şübhəsiz ki, oliqarxlardan. Oluqarxlar isə qərbə bağlıdır. Əgər qərbə sülh lazım gəlsə Paroşenkoya deyəcəklər ki, buna get. Oliqarxlara da deyəcəklər ki, səsinizi çıxarmayın. Beləcə Putinin irəli sürdüyü təklifi qəbul edin və bununla da məsələ bitsin. - Məqsəd nədir, müharibənin aparılması artıq qərbə lazım deyil? - Amerikanın məqsədi rus və ukrayna xalqlarını bir-birinə düşmən etmək idi və buna da nail oldu. Eləcədə Avrasiya İttifaqı layihəsi tarixin zibilliyinə getdi. Üstəlik Rusiyanın hərbi sənaye kompleksinin Ukraynada olan hissələri çökdü. Bu indiki halda qərbin əldə etdiyi nəaliyyətdir. Hakimiyyət istəyən, əlini büdcəyə dolaşdırmaq arzusunda olanların haimiyyətdə olan hissəsi də qazandı, əvəzində ukrayna xalqı itirdi. Bu hadisələrin nəticəsində qrivni dollara münasibətdə 2,5 dəfə ucuzlaşdı, iqtisadi vəziyyət getdikcə ağırlaşır, küçə lotuları meydan suladı, Ukraynanın aqrar-sənaye ölkəsi kimi perspektivi tükəndi. Çox güman ki, bir müddətdən sonra Ukrayna Avropanın aqrar ucqarı kimi tanınacaq. Baş verənlər bundan ibarətdir. Rusiyada Cənub Qafqazda Azərbaycan və Ermənistana tətbiq etdiyi modeli Ukraynada həyata keçirdi, çünki qərbin Ukraynada etmək istədiyi modellə razılaşmadı. Ancaq Rusiya xeyli də itirdi. İndi də çalışır ki, qazandığını heç olmasa əlində
saxlasın. Ona görə də, Ukraynanın federallaşmasına, eləcə də cənub şərqi Ukraynadakı maraqlarına təminat almaq istəyir. Ola bilsin ki, bu əsasda kompramist əldə olunsun. - Sizcə, Avropa və Amerikanın Ukrayna siyasətində vahid mövqe varmı? - Ümumilikdə qərbin mövqeyinin formalaşmasında ABŞ-ın rəyi həlledici rol oynayır. Ən böyük, qüdrətli, varlı və super dövlətdir. Ancaq Avropa 28 dövlətin rəyini uzlaşdırmalıdır. Onlardan da onu bu və ya digər formada Amerikanın sözünü deyir. Odur ki, qərb bloku Amerikanın arxasında birləşib. - Ancaq görünən budur ki, Amerika Ukraynanı silahlandırmaq istəyir, Avropa isə bunun əleyhinədir... - Bu zahiri bir görüntüdür. Bu, fərz elə ki, ermənilər şikayət edir ki, Rusiya Azərbaycana silah satır. Bu zahiri məsələdir və silah satan həm də pul qazanır. Bu silah axı işə düşməyəcək. Silahı işlətmək üçün kadr lazımdır. Bu kadrlar isə yoxdur. Ukraynaya silah verilsə və Kiyev bu silahıı bacarıqlı istifadə edəcək mütəəssis tapmayacaq. Yəni, Ukrayna son 25 ildə o qədər tənəzülə uğrayıb ki, öz potensialını itirib. Ora silah verib-verməməyinin mənası yoxdur. Ukrayna döyüşməyə hazır deyil. Amerika bunu etməklə istəyir ki, slavyanlar bir-birini qırsın. Amerika sünnülərlə şiələri, ruslarla ukraynalıları vuruşdurur. Özü də oturub bu prosesə baxır. Liviyada da qəbilələri bir-birinə vuruşdururlar. Nəticədə də özləri qazanır. Ancaq Avropa bunu istəmir, çünki bu proses Avropa sərhəddində baş verir və onlar çəkinirlər ki, münaqişə genişlənə və dünyaya son qoya bilər. İstəmirlər ki, Avropada müharibə getsin. - Real dünya müharibəsi təhlükəsi varmı? - Əgər ABŞ və Rusiya bu toqquşmanı davam etdirsə, Amerika Ukraynaya silah versə, Kiyev ağılsızlıq nümayiş etdirərək bu silahı götürüb müharibəyə başlasa, bu zaman Rusiya ordusu artıq qapalı deyil, açıq formada Ukraynada görünəcək. Bundan sonra qərb və NATO Rusiyaya qarşı ultimatum verəcək. Hazırda görürsünüz ki, Rusiya kanalları nüvə raket silah qoşunlarını nümayiş etdirir. Qərbə göstərir ki, çox danışma, lazım gəlsə səni
məhv edərəm. Təbii ki, qərb də vurub dağıda bilər. Hər iki tərəf yer kürəsində insan nəslinə son qoyar. Çünki bunu edəcək silahlara malikdir. - Bu gün Putin, Paroşenko, Olland və Merkel Minskdə görüşəcəklər. Sülhün əldə olunması mümkündürmü? - Mümkündür. Xanım Mekel Amerikaya getdi ki, bu məsələni prezident Barak Obama ilə razılaşdırsın. Əgər bu baş tutsa, Minskdə Olland və Merkel bu planı Paroşenkoya diktə edəcək. Bu birmənalıdır. Öz dövlətinin taleyini başqa dövlətlərə tapşıran prezident məcburdur ki, xarici dövlətlərin diktəsini qəbul etsin. Nəzərə alın ki, vaxtı ilə Münhen müqaviləsi var idi. 1937-ci ildə Hitllerin Çexslovakiyanın əyalətini almaq istəyirdi. Çexslovakiyada öz müqəddaratını Fransa və İngiltərəyə tapşırmışdı. Həmin vaxt Almaniya, İngiltərə və Fransa rəhbərləri oturub bu məsələni müzakirə edəndə Çexslovakiya prezidenti qəbul otağında gözləyirdi ki, onun dövlətinin taleyi necə həll ediləcək. Görüşdən sonra da Fransa və İngiltərə rəhbərləri Çexslovakiya prezidentinə dedilər ki, Hitler istədiyi əyaləti ona vermək lazımdır. O da məcbur olub verdi. Vaxtı ilə Azərbaycan Demokratik Respublikasının taleyi türklərdən asılı idi. Leninlə Atatürk danışdı və razılaşdı. Nəticədə də Müsavat məcbur olub hakimiyyəti bolşeviklərə verdi. Gərək dövləti elə qurmalısan və siyasətini elə aparmalısan ki, taleyin başqa dövlətdən asılı olmasın. Çünki hər bir dövlətin marağı var, bəzən bir dövlət öz dövləti marağını qorumaq üçün sənin dövlət marağını fəda edə bilər. Paroşenko öz səhv siyasətini elə aparıb ki, indi onun dövlətinin taleyi Almaniya, Fransa, Rusiya və Amerikadan asılıdır. İndi də Minskdə Putin, Olland və Merkel hansı razılığa gəlsə, bu razılığı Paroşenko qəbul etməlidir, çünki o vassaldır. Ukraynanın müstəqilliyindən söhbət gedə bilməz. - Putin Ukraynaya hansı güzəştə gedə bilər? - Putinə yaxın siyasətşünaslar Ukraynanın cənubinin Moldovaya qədər vahid dövlətdə yaranması və Ukraynanın faktiki olaraq dəmirdən kəsilib ayrılmasını təklif edirlər. Şübhəsiz ki, bu Putinin əsas məqsədidir. Bu, sözsüz ki, Ukrayna dövlətini məhv
etmək deməkdir. Əgər Putin bundan geri çəkilirsə, Krımı əldə saxlayaraq Donetski və Luqanskinin Ukrayna tərkibində muxtar respublika statusu tələb edirsə, bu onun güzəşti sayılır. - Yəni Putin şərqi Ukraynanı formalda Kiyevdən asılı, realda özünə bağlı ərazi kimi saxlayır. Güşəzt budur? - Bəli əlində girov kimi saxlayır. Təbii ki, bu zaman orada Rusiyanın təsiri Ukrayna təsirindən daha güclü olacaq. Oradakı yarıcinayətkar və satqın hakim zümrə öz təhlükəsizliyini və təminatını Rusiyada görəcək. Bu zaman Ukraynanın xarici müqavilələri Donetski və Luqanskinin müsbət rəyini aldıqdan sonra reallaşdırılacaq. O cümlədən də UkraynanınNATO və Avropa Birliyinə daxil olmasının qarşı bu yolla alınacaq. - Yəni Ukraynanın şərqində ikinci Qarabağ yaranacaq? - Tamamilə haqlısınız. Nəzərə alın ki, qərb dövlətləri axmaq deyillər. Onlar millətçiləri dəstəkləsələr də, bilirlər ki, anti-rus şüarlarının arxasınca Rusiyanın hərbi müdaxiləsi gəlir. Ancaq qərb bilir ki, Rusiya qeyri ciddi rejimlər yaradır və onun içində oynayır, ancaq bu dayanıqlı deyil və geci-tezi onun da sonu gələcək. İndilikdə Rusiya bunda udur. Rusiya göstərir ki, onun üçün insan ölümü heç nədir. - Şərqi Ukrayna əhalisi Rusiyanın bu hərəkətlərini müdafiə edəcək, yoxsa buna etiraz olacaq? - Donetski və Luqanski ərazisində 4 milyona yaxın insan yaşayır. Onların çoxu mədənçilər, fəhlələrdir. Onların işi pul qazanmaq, yaxşı yemək-içmək, vurmaqdır. Çoxunu siyasət maraqlandırmır. Siyafi fəal olan qaraguruh özlərini ağa axtarırdı və bunu da Rusiya timsalında tapdılar. Dünənə qədər heç kim olmayan insanlar indi böyük vəzifə tutublar. Onlar hazırda Rusiyaya sadiqdirlər. Sadə xalqın rəyini soruşmaq, onunla hesablaşmaq istəyən yoxdur. Ukraynad bizdəki kimi yetkin xalq yoxdur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?