Azərbaycan Beynəlxalq Bankı ASC-nin Şamaxı filialının müdir müavini Əlisultan Məmmədov, bankın əməkdaşları Ramin Səməndərov, Kifayət Səmədova və Hacıalı Cavadovun məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Əlisultan Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Bankın digər əməkdaşları Ramin Səməndərov və Kifayət Səmədovaya isə şərti cəza verilib.
Qeyd edək ki, prokuror Əlisultan Məmmədovun 8 il, Ramin Səməndərovun 6 il, Kifayət Səmədovanın 2 il və Hacalı Cavadovun isə 3 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Azərbaycan Beynəlxalq Bankı ASC-nin Şamaxı filialının direktoru olmuş Əlisultan Məmmədov Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham edilib.
Onunla birlikdə mühakimə olunanlar da bankın əməkdaşlarıdır.
Onlar barəsində həbs qətimkan tədbiri seçilməyib.olke.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?