GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycan təhsilində rəzalət

Azərbaycan təhsilində rəzalət

Tarix: 5-03-2015, 22:03 Bölmə :Ölkə Baxış: 0
Azərbaycan təhsilində rəzalət

Azərbaycan Prezidentinə saxta diplomlu müəllim üçün sərəncam imzalatdırılıb: A.Naxçıvanlı-T.Sadıqov-İ.Pirməmmədov triosunun gizlinləri açılır Azərbaycan məmurlarının qanunsuzluq və maxinasiya əməlləri elə bir həddə çatıb ki, artıq bu saxtakarlığa Azərbaycan Respublikasının Prezidentini də aldadmağa cəhd ediblər. Belə ki, daxil olan ilginc məlumata görə iki məmurun rüşvət sevgisinin dövlət başçısının sərəncamında saxtakarlıq məqamlarının yer almasını göstərir. Söhbət Azərbaycan Müəllimlər İnistitutunun rektoru, deputat Aqiyə Naxçıvanlı və Beyləqan Təhsil şöbəsinin müdiri Tofiq Sadıqovdan gedir. Məhz bu iki şəxsin zəncirvari əməlləri sayəsində prezident İlham Əliyevə yalandan məlumat verilib! İndi isə keçək ilginc saxtakarlıq olayının təfərrüatlarına. Məlumdur ki, Tofiq Sadıqov qanunsuz yolla varlanmasını təmin edən ən başlıca amil saxta diplomlu "müəllimlər”lə işləməsidir. Dəfələrlə Sadıqovun bilərəkdən saxta diplomlu "müəllim”ləri işə götürməsi faktını yayımlamışıq. Amma indiki fakt kifayət qədər vahiməlidir. Belə ki, Tofiq Sadıqov bu dəfə də şakərindən əl çəkməyərək Zaqatala Müəllimlər İnistitutundan saxta yolla diplom əldə etmiş Abbasov Elvin Sevindik oğlunu 3 min manat rüşvət qarşılığında Beyləqan rayon 6 saylı orta məktəbə tarix müəllimi vəzifəsinə işə götürüb. Amma Elvin Abbasovun pulunun çoxluğunu sezən Beyləqanın təhsil cəlladı bununla kifayətlənməyib və Azərbaycanda üstü açılan ən qeyri-qadi cinayətlərdən birinə də vəsilə olub. Onun təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 17 dekabr 2014-cü ildə imzalamış "2013/2014-cü tədris ilində keçirilmiş "Ən yaxşı müəllim”müsabiqəsinin qaliblərini müəyyən edən sərəncamda məhz Abbasov Elvin Sevindik oğlunun adı da əksini tapıb. Xatırladaq ki, Prezidentin bu sərəncamı ilə mükafatlandırılan müəllimlər həm də, 5000 (beş min) manat məbləğində birdəfəlik pul mükafatı da əldə ediblər. Əldə etdiyimiz məlumata əsasən Elvin Abbasovun adına ayrılan 5000 (beş min) manat mükafatı da Tofiq Sadıqov həzmi-rabeyədən keçirib. Məsələ ilə bağlı apardığımız araşdırma zamanı o da məlum olub ki, bu məsələnin üstü açıldıqdan sonra Elvin Abbasovun 12 Fevral 2015-ci il tarixində öz ərizəsi ilə işdən çıxarılıb. Eyni zamanda onu da bildirək ki, saxta diplomun alınması, bu diplomla işə götürülmə və həmin şəxsə "ilin müəllimi” adının verilməsi prosesində üst-üstə 22 min manat istifadə olunub. Tofiq Sadıqovun reallaşdırdığı 22 min manatlıq bu əməliyyatdan sonra Elvin Abbasovun öz ərizəsi ilə işdən çıxması bir çox mətləblərdən xəbər verir. Hər halda ortada ölkə rəhbərinin aldadılması faktı var. Bu istiqamətdə araşdırmalar isə yeni və ilginc faktlar üzə çıxarır. Belə ki, Beyləqan rayonundakı mənbənin “Gündəm Xəbər”əverdiyi məlumata görə rayon təhsil şöbəsinin rəhbəri Tofiq Sadıqov bu məsələnin ictimailəşməməsi və qapadılması üçün hədsiz çabalar göstərib. Amma bu çabalar uğursuz olub və necə deyərlər ox yaydan çıxıb. Ən maraqlısı isə Tofiq müəllimin özünün fakta münasibətidir. Təhsil şefinin bu günlərdə faktla bağlı fikirləri də qəzetimizə məlum olub. Belə ki, saxta diplomlu şəxsi müəllim kimi işə götürən təhsil şöbəsinin müdiri özünü sudan quru çıxarır: "Onun diplimunun saxta olmasını bilmirdim. Mən ekspert deyiləm ki... Bunu biləndə onu işdən azad etmişəm". Əlbəttə T.Sadıqovun bu sözlərinin həqiqət yükü yoxdur. E.Abbasovun Zaqatala Müəllimlər İnistitutundan aldığı diplomun saxta olması ilk gündən təhsil şöbəsinin müdirinə bəlli olub. Amma təklif olunan məbləğ bu faktı arxa plana keçirib. Bütün bunlardan sonra E.Abbasova "ilin müəllimi" adının verilməsinə gəlincə isə T.Sadıqov buna da bəhanə tapıb. "Su boğaza çıxanda" atılan addım prinsipi ilə hərəkət edən təhsil şöbəsinin rəhbəri günahkarı "yuxarılar"da axtarmağı məsləhət görüb. Mənbənin əməkdaşımıza bildirdiyinə görə T.Sadıqov deyib: "Mən kiməm ki, prezidentə təqdimat verim? Elvinin işi təhsil nazirliyində həll olunub. Bu işlə İlham Pirməmmədov məşğul olub. Prezidentin Elvinə "ilin müəllimi" adının verilməsi haqda sərəncamı da ona bağlıdır." Mənbəmiz onu da bildirdi ki, təhsil nazirinin müşaviri olan İlham Pirməmmədov Tofiq Sadıqovla çox yaxındır və təhsil sistemində onun himayədarı kimi tanınır: "Hər kəsə bəllidir ki, T.Sadıqovun özünün də diplomu ilə bağlı şübhələr var və təhsil şöbəsinin müdirinin bu ittihamları təkzib edəcək yetərli faktları yoxdur. Buna rəğmən onun 10 ildən artıq öz postunda qalması məhz İ.Pirməmmədovun xidmətidir. T.Sadıqov da dəfələrlə bunu etiraf edib, hətta təhsil nazirinin müavininə bəxşişlərini də sadalayıb." Belə olan halda T.Sadıqovun öz himayədarını hədəfə gətirməsi sözügedən olayın kifayət qədər ciddi olduğunu və bu işin dalğasının vəzifəsindən asılı olmayaraq istənilən məmuru yerindən qoparacağını düşünməyə əsas verir. Hər halda prokurorluğun məsələ ilə bağlı araşdırmasının olacağı mütləqdir. Çünki ortada həm də prezidentin nüfuz məsələsi var... Mövzu ilə bağlı daha geniş yazını və saxta diplomun surətini yaxın günlərdə yayımlayacağıq. Eyni zamanda E.Abbasovun seriya nömrəsi 084264 və qeydiyyat nömrəsi 03425 olan diplomu ilə bağlı araşdırmalarımız davam edir. Yazıda adları çəkilən şəxsləri dinləməyə hazırıq…

”Gündəm Xəbər”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Nazirlikdən Aqiyə Naxçıvanlı ilə bağlı açıqlama

    Nazirlikdən Aqiyə Naxçıvanlı ilə bağlı açıqlama ...

    25-01-2014, 11:38

  • 
  • Ağstafada saxta diplomlu icra nümayəndəsi...

    Ağstafada saxta diplomlu icra nümayəndəsi... ...

    12-04-2015, 23:57

  • 
  • "Vallah bizdə adam qalıb ki? Müəllimlər İnstitutunun bölgələrdə 11 filialı var ki..."

    "Vallah bizdə adam qalıb ki? Müəllimlər ...

    13-12-2013, 19:15

  • 
  • Saxta diplomlu direktor məktəbi şəxsi təsərrüfatına çevirib

    Saxta diplomlu direktor məktəbi şəxsi ...

    28-04-2014, 09:58

  • 
  • Saxta diplomlu müəllimləri işə kim götürür? - təhsil şöbəsi müdirinə ittihamlar

    Saxta diplomlu müəllimləri işə kim götürür? - ...

    12-05-2017, 22:30


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu