Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə ötən gecə Nəsimi rayonu ərazisində Cəlil Məmmədquluzadə və Hənifə Ələsgərova küçələrinin kəsişməsində qeydə alınıb. Sürücü Ramil Həbi oğlu Hacıyev idarə etdiyi “Toyota” markalı avtomobillə Cəlil Məmmədquluzadə küçəsi ilə yüksək sürətlə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq, işıq dirəyinə çırpılıb və sonra bir neçə dəfə aşıb. Qəza zamanı sürücü Ramil Hacıyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?