GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Rusiyanın siyasi gündəmini dəyişən qətlin pərdə arxası

Rusiyanın siyasi gündəmini dəyişən qətlin pərdə arxası

Tarix: 16-03-2015, 00:45 Bölmə :Ölkə Baxış: 0
Rusiyanın siyasi gündəmini dəyişən qətlin pərdə arxası

Kremlin soyuq qışı və Nemtsovun son “Baharı”

Dünya siyasətinin bütün müzakirələrinin başlandığı və qurtardığı Rusiyada tanınmış müxalifət liderinin qətlə yetirilməsi heç də birmənalı qarşılanmayıb. Ukrayna ətrafında başlanan və Krımın ilhaq olunması ilə nəticələnən, getdikcə dünya siyasi gündəminin əsas prioriteti olan münaqişədən sonra Boris Nemtsovun güllələnərək öldürülməsi bir çox versiyalara yol açıb. Nemtsovu çox vaxt Putin hakimiyyətinin qorxulu kabusu adlandırırdılar. Onu əsl demokrat, vətənpərvər, qərb yönümlü siyasətçi kimi xarakterizə edənlər də az deyildi. Bir vaxtlar Yeltsinin varisi adlandırılan siyasətçi Putin administrasiyasının barışmaz müxalifəti, Ukrayna münaqişəsinin isə sərt tənqidçisi və əleyhdarı idi. Bəlkə də taleyin qismətidir ki, son anlarında onun yanında məhz Ukraynadan olan sevgilisi olub. Nemtsovun öldürülməsi indiki dövrdə istənilən variantda dünyada təklənmiş durumda olan Rusiya üçün sıradan bir qətl hadisəsi olmayacaq.

Nemtsov qətlə yetirilərkən Kiyevdən olan 23 yaşlı model Anna Duritskaya ilə birlikdə “Bolşoy Moskvoreçskiy” körpüsü ilə həmin qızla birlikdə piyada gedirmiş. İlkin məlumatlara görə, Nemtsov və Duritskaya Moskva Mərkəzi Univermağından yerli vaxtla təxminən saat 23 radələrində çıxıb və Bolotnoya meydanına tərəf gedib. Hüquq-mühafizə orqanlarındakı mənbələr deyiblər ki, killerlər siyasətçini izləyiblər.

“Nemtsovun marşrutu müəyyən edilib. O və sevgilisi Mərkəzi Univermaqdakı restoranda şam ediblər, bundan sonra gəzintiyə çıxıblar. Belə görünür ki, onların arxasınca univermaqdan düşüblər. Killerlərin ortaqlarındna biri onların hara getdiyini qatillərə bildirib. Siyasətçi qızla birlikdə Qırmızı meydanı keçib və Vasilyevsk enişinə tərəf yollanıb. 200 metr gedəndən sonra xarici markalı avtomobil onlara yaxınlaşıb və killer siyasətçiyə yaxın məsafədən atəş açıb, bundan sonra həmin maşınla aradan çıxıb” - deyə mənbə bildirib.

Hüquq-mühafizə orqanlarında hesab edirlər ki, bu qətl diqqətlə planlaşdırılıb və peşəkarlar tərəfindən həyata keçirilib. Qətl düz Kremlin divarına bərkidilmiş videomüşahidə kamerasının altında baş verib. Lakin həmin kameranın hadisəni çəkib-çəkmədiyi məlum deyil. Nemtsovun ailəsinin vəkili deyib ki, Nemtsovun ünvanına sosial şəbəkələrdə təhdidlər gəlirdi və bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilmişdi. Lakin heç bir tədbir görülməyib.

Tanınmış siyasətçinin ölümü ilə bağlı bir çox versiyalar irəli sürülüb. Rusiya prezidenti Putin siyasətçinin qətlini sifariş və təxribat adlandırıb.

SSRİ-nin ilk və son prezidenti M. S. Qorbaçov onun öldürülməsini Rusiyada sabitliyi pozmağa çalışan qüvvələrin təxribatı adlandırıb. “Ölkədə təcili tədbirlər görmək lazımdır. Lakin güc metodundan istifadə vəziyyəti daha da kəskinləşdirə bilər. Bu cür cinayətlərdə günahkarları tapmaq çətin olur. Xaricdə anti-rus qüvvələr bu cinayətdən istifadə edə bilərlər. Çünki onlar hökuməti necə devirmək barədə düşünürlər. Lakin Qərb çox güman ki, buna getməyəcək”-deyə Qorbaçov münasibət açıqlayıb.

Bir çox siyasi analitiklər isə Nemtsovun qətlə yetirilməsində birbaşa Putin administrasiyasını günahlandırıblar. Nemtsovun Ukrayna münaqişəsində anti-Rusiya mövqe tutması da bu versiya üzərində dayananların əsas arqumentidir. Müxalif siyasətçi, Nemtsovun həmkarı İlya Yaşin onun ölümündən əvvəl əlində maraqlı materialların olduğunu deyib. İ.Yaşin bildirib ki, sonuncu dəfə Nemtsovla görüşəndə o, “Putin və müharibə” adlı kitab yazmaq planından danışıb. Onun sözlərinə görə, Nemtsovun əlində Ukrayna ərazisində rus silahlı qüvvələrinin iştirakını sübut edən təkzibedilməz materiallar olub və siyasətçi onları dərc etməyi planlaşdırmışdı.

Nemtsovla münasibətləri heç də yaxşı olmayan Jirinovski isə siyasətçinin qətlində Ukrayna tərəfini ittiham edib. Onun sözlərinə görə əsas məqsəd münaqişənin sülh yolu ilə həllinə mane olmaq olub.

Hətta Nemtsovun qətlində radikal islamın izlərini də axtaranlar var. İstintaq Komitəsinin saytında dərc edilmiş versiyalardan birinə əsasən, Nemtsovun qətlə yetirilməsinin motivi onun Fransa satirik jurnalı “Charlie Hebdo”nun redaksiya heyətinin güllələnməsi ilə nəticələnən terror aktına münasibəti ola bilər.

Məlumatda deyilir: “Nemtsov “Charlie Hebdo” jurnalının redaksiyasında jurnalistlərin güllənməsinə münasibəti ilə bağlı təhdidlər alıb.

Səsləndirilən bütün versiyaların heç biri hələ ki, öz təsdiqini tapmayıb. Lakin, əksər analitiklər Rusiyada prinsipial mövqeyi ilə tanınan bir siyasətçinin qətlə yetirilməsinin daha çox hakimiyyətin maraqlarına xidmət etməsi qənaətindədirlər. Onların fikrincə, bu fakt Rusiyada avtoritarizmi daha da gücləndirəcək.

Martın 1-də Moskvada Rusiya müxalifətinin birləşmiş qüvvələrinin antiböhran əleyhinə “Bahar” adlı yürüşü keçirilməli idi. Yürüşün əsas təşkilatçılarından biri də Nemtsov idi. Onun öldürülməsindən sonra isə aksiya siyasətçinin anım yürüşü ilə əvəz olunub. Nemtsova bu “Baharı” görmək qismət olmadı, baxmayaraq ki, Rusiyada hələ çox “baharlar” olacaq!

Mustafa
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Boris Nemtsovun qətlinin sifarişçisi məlum oldu

    Boris Nemtsovun qətlinin sifarişçisi məlum oldu ...

    30-03-2015, 22:22

  • 
  • Nemtsovun güllələndiyi ərazidən iki tapança tapıldı

    Nemtsovun güllələndiyi ərazidən iki tapança ...

    13-03-2015, 22:53

  • 
  • Praqada Rusiya səfirliyinin yerləşdiyi əraziyə Boris Nemtsovun adı verilir

    Praqada Rusiya səfirliyinin yerləşdiyi əraziyə ...

    25-02-2020, 11:23

  • 
  • Moskvada Nemtsov yürüşü keçirilir

    Moskvada Nemtsov yürüşü keçirilir ...

    26-02-2017, 22:26

  • 
  • Rusiyada “ikinci Kliçko” planı kim tərəfindən dəff edildi?

    Rusiyada “ikinci Kliçko” planı kim tərəfindən ...

    16-03-2015, 01:04


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu