Fveralın 26-da Moskvada və Rusiyanın bir çox şəhərində, ö cümlədən xaricdə qətlə yetirilən müxalifət lideri Boris Nemtsovun anım yürüşləri keçirilir. Aksiya başalamazdan bir qədər əvvəl aksiya iştirakçılarının əllərində olan anti-putin plakatları alınıb. Bundan başqa bəzi müxalifət liderlərinə mitinqə qatılmaq imkanı verilməyib. Amma buna baxmayara iştirakçılar Putin əleyhinə süarlar səsləndirməkdədirlər.
Yürüşdə "Qəhrəmanlar ölmür, Rusiya azad olacaq", "Putin əlini Ukraynadan çək", "Müharibəyə yox", "Putin oğru" və s. şüarlar səsləndirilib.
Müxalifət lideri 2015-ci il fevralın 27-də Moskvanın mərkəzində güllələnib.
İstintaqın qənaətinə görə, onun qətlinə keçmiş “Şimal” batalyonun zabiti Ruslan Muhudinov sifariş verib. Ruslan Muhudinov hazırda beynəlxalq axtarışdadır.
Nemtsov yürüşü Moskvada saat 2-də başlayıb. Yürüşə bir çox demokratik partiyalar qatılıb.
Nemtsovun tərəfdarları istintaqın versiyası ilə razılaşmırlar, bəzi hakmiyyət tənqidçiləri hesab edir ki, onun qətil planı Kremldə cızılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?