Məhkum edilmiş şəxs mülki iddianın hissə-hissə ödənilməsi ilə bağlı apelyasiya şikayəti verib
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə mülki iddia ərzində şirkətə vurulmuş ziyanın təqsirləndirilən şəxsdən tutulması ilə bağlı məhkəmə prosesi davam edir. “Kapitol” şirkətində baş verən və məhkəmə predmetinə çevrilən cinayət tərkibli iş üzrə prosesdə Elmar Hacıyev mülki iddianın hissə-hissə ödənilməsi ilə bağlı Xətai rayon Məhkəməsinə müraciət edib. Sözügedən məhkəmədə işə baxan hakim Elmar Hacıyevin şikayətini təmin etməyib.
Elmar Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə mülki iddianın hissə-hissə icra olunması barədə iddiasının təmin olunmamasından apelyasiya şikayəti verilib. Elmar Hacıyevin nümayəndəsi Pərviz Hacılının şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərilib və şikayətə baxılması hakim Vüqar Məmmədovun icraatına verilib. Yaxın günlərdə apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayacaq.
Qeyd edək ki, Elmar Hacıyev 1999-cu ildə “Kapitol” adlı tikinti şirkətində direktor vəzifəsində işə başlayıb. Lakin Nəsimi rayonu ərazisində bina tikintisi ilə məşğul olan şirkətin təsisçisi, dost və şərik saydığı Abbas Səfərovla çıxdığı ortaq yolda yalnız 2008-ci ilə qədər birgə yürüyə biliblər. Firmada yeyinti olduğunu müşahidə etməyə başlayandan və bunun qarşısını ala bilmədiyini anlayandan sonra ortağı ilə yollarını ayırmağa qərar verib. Payını isə ayırmağa tələsməyib. Ortağına audit keçirəcəyini və firmadan ayrılacağını deməklə kifayətlənib. Lakin hadisələrin sonrakı inkişafı göstərib ki, dostluqla bünövrəsi qoyulan ortaqlıqlar mütləq düşmənçiliklə pozulur. Elə də olub. Elmar Hacıyev ağlına gəlməyən bir mənzərə ilə qarşılaşıb.
Belə ki, onun xəbərdarlığı ortağını bəzi ehtiyat tədbirləri görməyə sövq edib. Həmin tədbirlərdən biri də əks iddianın ortaya çıxması olub. Elmar Hacıyevin özü ortaq vəsaiti mənimsəməkdə günahlandırılıb.
Abbas Səfərov daşınmaz əmlakın girov qoyulmasının tələb edildiyini dedi və məndən kömək istəyib. Tanışlarımdan biri – Turan Mirzəyeva özünə məxsus əmlakı girov qoymağa razılıq verib. Abbas Səfərov qısa müddətə krediti bağlayacağını vəd edib Turan Mirzəyevanın əmlakına – Bakı şəhəri, İnşaatçılar prospekti, 44 saylı evin 29 və 2 saylı mənzillərinə dair 25.06.2007 və 26.08.2007-ci il tarixli ipoteka müqavilələri bağlanıb.
Xatırladaq ki, mənimsəmə və israf etmə ittihamı ilə Elmar Hacıyev 2012-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə edilib və məhkəmənin hökmü ilə məhkum edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?