Bakı Apelyasiya Məhkəməsi N!DA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Məmməd Əzizovun Səbayel rayon Məhkəməsinin qərarından verdiyi şikayəti təmin edib.
Bu barədə M.Əzizovun vəkili Fariz Namazlı məlumat verib. Vəkil bildirib ki, M.Əzizovun təqsirsizlik prezumpsiyasını pozduqları üçün AZTV və Milli Təhlükəsizlik Nazirliyindən Səbayel rayon Məhkəməsinə şikayət edilmiş, lakin məhkəmə şikayətə baxmağı rədd etmişdi.
Apelyasiya Məhkəməsi isə Səbayel rayon Məhkəməsinin bu qərarından verilmiş şikayəti təmin edərək, işi baxılması üçün yenidən bu məhkəməyə qaytarıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?