GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Hökumət öz tərkibini optimallaşdırmalıdır”

“Hökumət öz tərkibini optimallaşdırmalıdır”

Tarix: 16-03-2015, 11:33 Bölmə :Ölkə Baxış: 0
“Hökumət öz tərkibini optimallaşdırmalıdır”

Nazim Məmmədov: “Bir-birini təkrar edən paralel strukturlar ləğv olunmalıdır”

(Əvvəli ötən sayımızda)

Sabiq millət vəkili, iqtisadçı-alim Nazim Məmmədov Azərbaycanda baş verən manatın devalvasiyası, bunun arxasında duran səbəblər, gözlənilən bahalaşma, Rusiyada yaşanan sosial-iqtisadi gərginlik, Ukrayna-Rusiya münasibətləri, Rusiyaya tətbiq edilən iqtisadi və bank-maliyyə sanksiyası, bunun mümkün nəticələri və digər mövzularda geniş müsahibə verib. Müsahibəni təqdim edirik: - Deyirsiniz ki, Rusiyanın iqtisadi vəziyyəti pisləşib və pisləşməyə doğru gedəcək. Demək istəyirsiniz ki, Rusiya bizim vəziyyətə düşüb? - Rusiyadakı devalvasiyanı bizdəki, devalvasiya ilə müqayisə etməyin özü qüsurludur. - Niyə? - Çünki Rusiyanın milli valyutasının dəyəri banklararası valyuta birjalarında müəyyən olunur. Hər bir ölkdən çıxan valyuta ilə ölkəyə daxil olan valyutada disbolans yarandığı zaman milli valyuta ucuzlaşır. Yəni Ukrayna hadisələri və iqtisadi sanksiyalar fonunda ayda 150-200 milyard dollar Rusiya iqtisadiyyatından xaricə axırdı. Xarici investorlar Rusiyada stabilliyin olmaması, müharibənin alovlanacağından ehtiyat edərək investisiyalarını geri çəkməyə başlamışdı. Ölkəyə idxaldan əsas məhsullar daxil olur və Rusiyada neft gəlirlərinin daha çox olmasına rəğmən neftdən kənar iqtisadiyyatda valyuta daha çox çölə çıxır. Odur ki, onların birjasında rublun kursu bu mexanizm əsasında müəyyən olunduğundan devalvasiya qaçılmaz idi. Ancaq bizdə bir qədər fərqlidir. Məsələn, Mərkəzi Bank valyuta birjasında müəyyən olunmayan manatın kursunu özü inzibati yolla müəyyən edir. Mərkəzi Bankın özünün açıqladığı tədiyyə balansına diqqət edəndə görürük ki, vəziyyət müsbətdir. 2014-cü ildə bizim xarici ticarət dövriyyəsində 20,8 milyard dollar olub. Bunun 20,7 milyard ABŞ dolları ixrac edilib, idxal isə 8,1 milyard olub. Başqa sözlə, 12,6

milyard ABŞ dolları həcmində müsbət ticarət saldosu var.Ölkəyə daxil olan investisiyaların həcmi də kifayət qədər yüksəkdir. Yuxarıda səsləndirdiyim rəqəmləri Mərkəzi Bank elan edib. Mən bu rəqəmlərə istinad edərək deyə bilərəm ki, Azərbaycanda ABŞ dollarının bahalaşmasına əsas yox idi. Əgər məzənnə valyuta bazarında müəyyən olunsaydı, bizdə xarici ticarət dövriyyəsinin müsbət olduğundan, devalvasiyaya əsas olmazdı, əksinə manat bahalaşmaqda davam edərdi. Çünki bizdə ölkəyə daxil olan valyuta, ölkədən çıxan valyutadan daha çoxdur. Ancaq Rusiyada bu əksinə idi. Bir daha qeyd edirəm ki, bizdə birja mexanizmindən istifadə olunmur və pul kredit siyasətini Mərkəzi Bank bazar mexanizmləri ilə müəyyən etmir. Mərkəzi Bank inzibati yolla deyir ki, 1 ABŞ dolları 1 manat 05 qəpikdir. Alsan da budur, almasan da budur. Bu o deməkdir ki, bizdə manatın devalvasiyasının arxasında duran səbəblər hələ də Mərkəzi Bank tərəfindən ictimaiyyətə açıqlanmayıb, ixracın stimullaşdırılması istəyi ilə edildiyi də səmimi görünmür, çünki səmimi olsaydı Mərkəzi Bank rezervlərinin bir hissəsini xaricdə illik 0.80% lə saxlamaqdansa, Azərbaycana gətirib real sektora ucuz vəsait vermək üçün kommersiya banklarına depozit yerləşdirərdi. Sizcə, bizdə manatın devalvasiyasının arxasında duran səbəb nədir? - Bizim Mərkəzi Bankın rezervəri xaricdə saxlanılır və elan edilmişdi ki, rezervlər 15 milyarda yaxındır. Ola bilsin ki, bu rezervlər idarəetməyə verilib və onu geri gətirmək mümkün deyil. Yəni bu maliyyə virtualda var, ancaq reallıqda yoxdur. Buna görə də, bazara müdaxilə etmək imkanı yoxdur. İkincisi, Azərbaycanda banklararası valyuta birjası yoxdur. Mərkəzi Bank hansı məzənnəni təyin edirsə, banklarda onu həmin məzənnəyə uyğun alıb satır. Bu baxımdan devalvasiya məsələsində manatla rublu müqayisə etmək qüsurludur. Rusiya ilə bağlı mövzuya yekun vuraraq deyim ki, rublun məzənnəsinin iki dəfəyə yaxın ucuzlaşması ilə bizim manatın süni devalvasiyası arasında paralel aparmaq düzgün deyil. Rusiya mövzusunda demək istəyirəm ki, söhbət əsasən investorların ölkəyə inamından, vətəndaşların milli valyutaya etibarından və iqtisadi stabillikdən gedir. Hazırda bunların heç biri Rusiyada yoxdur. Xarici investorlar çəkiliblər, daxili investorlar rubl ucuzlaşdığından pis duruma düşüb, idxal məhsulları çox olduğundan sadə rus

vətəndaşlarının problemi yaranıb. Buna rus milləti nə qədər dözəcək, mənim proqnozuma görə, uzağı bir rüb dözəcək. Əsas şüar budur ki, torpaqlarımızı böyüdürük, Krımı almışıq və s. Ancaq torpaq böyütmək olar, lakin ölkələrin qüdrəti onların iqtisadi qüdrətindən qaynaqlanır. Rusiya artıq iqtisadi qüdrət baxımından ABŞ-ın Apple şirkəti qədər etibarlı və beynəlxalq birjalarda qiymətli deyil. - Bizdə baş verən devalvasiya prosesinin davamını gözləyirsinizmi? - Mərkəzi Bank maliyyə-kredit siyasətində müstəqildir və hökumətə tabe deyil. Bütün dünyada bu belədir və bizdə də, konstitusiyaya uyğun olaraq belədir. Yəni hökumətin Mərkəzi Banka göstəriş verib dolları aşağı salması və ya qaldırmasına nail olmaq kimi yanaşmalar doğru deyil. Mərkəzi Bank ölkənin tədiyyə balansı ilə bağlı məlumatlıdır, eyni zamanda valyutanın məzənnəsini inzibati yolla müəyyən etdiyinə görə, ictimaiyyətə devalvasiyanın səbəbləri haqqında kifayət qədər əsaslandırma vermir. Bizim ehtimalımıza görə, ola bilər Mərkəzi Bank öz rezervləri üzərində inzibati idarəetməni itirib. Bankın sədri Elman Rüstəmov da manatın yumşaq formada devalvasiya olacağını ajotaj formasında ifadə etdi. Beləcə, əhali də daha çox dollar almağa təşviq olundu. Hamı eyni anda dollar almağa getdikdə təbii ki, bazara təzyiq olundu. Bu zaman dollara ciddi ehtiyac yarandı, Mərkəzi Bankda lazım olan maliyyəni bazara çıxara bilmədi və beləcə məzənnədə ajotaj bahalaşması baş verdi. Mərkəzi Bank da məcburiyyət qarşısında qalaraq kursu müəyyən etdi. Bir daha ifadə etmək istəyirəm ki, bu iqtisadi, valyuta birjasında müəyyənləşən kurs deyil. Bu Mərkəzi Bankın qərarı ilə müəyyən olunan məzənnədir. Mən bunun iqtisadi əsaslarına şübhə ilə yanaşıram. - Çıxış yolu nə ola bilər? - Nazirlər Kabinetinin strukturu bizdə ən böyük və əhatəli strukturdur. Bildiyim qədər qırxdan çox nazirlik, komitə və digər mərkəzi icra strukturlarını özündə birləşdirir. Misal üçün deyim ki, əhalisi bizdən beş dəfə çox olan Ukraynanın özündə baş nazirdə daxil olmaqla Nazirlər Kabinetində cəmi 20 nazirlik var. Bizdə olduğu kimi onlarda baş nazirin altı müavini deyil, iki müavini var, müavinlər həm də digər sahələr üzrə nazirdir. Gürcüstan Nazirlər Kabineti də 20 nəfərdən ibarətdir və Polşa da daxil olmaqla əksər

Avropa ölkələrində bu belədir. Bizdə isə Nazirlər Kabieti qırxdan yuxarı strukturdan formalaşıb. Bu həm də büdcə vəsaitlərinin səmərəsiz xərclənməsi, bürokratiyanın güclü olması, idarəetmənin təkrarlanması deməkdir. Fikrimcə, Nazirlər Kabinetinin strukturuna baxmaq, müəyyən islahatlar aparmaq mümkündür. Cənab prezident Torpaq və Xəritəçəkmə Komitəsini ləğv etdiyi kimi Nazirlər Kabinetinin strukturuna da əl gəzdirəcəyinə ümid edirəm. Bir-birini təkrar edən qurumlar var. Dövlət Gömrük Komitəsi monopoliyanı təşviq edən, idxal inflyasiyasını yaradan qurum kimi ləğv edilə, səlahiyyətlərinin bir hissəsi Vergilər Nazirliyinə, bir hissəsi isə Asan Xidmətə verilə bilər. Eləcə də Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti var və 100 milyonlarla vəsait xərcləsə də, mahiyyəti yoxdur. Bu cəmiyyət Kənd Təsərrüfatı Nazirliyinə birləşdirilə bilər. Gürcüstan, Ukraynada və digər ölkələrdə ayrıca əmək nazirliyi, sosial müdafiə fondu, səhiyyə nazirliyi və digər fondlar yoxdur. Gürcüstanda bu qurumlar Səhiyyə, Əmək və Sosial Nazirlik adlı strukturda birləşdirilib. Bizdə Sosial Müdafiə Fondunun hər rayonda inzibati binası, kadrları var. Ancaq öz-özünü maliyyələşdirmir və büdcədən dotasiya alır. Bunları ləğv etmək və onları bir nazirlikdə birləşdirmək olar. Az qala, hər bir nazirliyin özünün universiteti var. Dünyada “Elmlər Akademiyası” adında qurumlar yoxdur. Vardısa, qeyri-hökumət təşkilatları kimi qurumlardır və dövlətdən maliyyələşmirlər. Bizdə də, çoxu narazılıq edir ki, elmə pul çox ayrılmır və s. Bunu Təhsil Nazirliyinin bir hissəsinə çevirmək olar. Dünyada da daha çox Təhsil və Elm Nazirliyi var. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasını da bu nazirlikdə cəmləşdirmək lazımdır. Sözümün mahiyyəti odur ki, bir-birinin funksiyasını təkrarlayan, paralel strukturlar çoxdur. Paralel qurumlar ləğv edilməli və bir nazirlikdə birləşdirilməlidir. Hökumət iqtisadiyyata kömək etmək istəyirsə, iqtisadiyyata müdaxilə etməsə, bir o qədər yaxşı iş görmüş olar. Bunu mən deyil, Nobel mükafatçıları deyir. Dövlət büdcəsi hesabına paralel qurumların olması, fəaliyyəti bizə çox baha başa gəlir. Dövlət büdcəsi buna dözə bilməz. Büdcə gəlirlərinin təxminən 36 faizi vergilər xətti ilə toplanır. Ancaq dünya təcrübəsində bu rəqəm ən azı 85-90% olduqda bazar iqtisadiyyatı var, özəl sektor aktivdir demək mümkün olur. Əvvəllər başqa ölkələrdən borc almaqla büdcə kəsirini

bağlayan qonşu Gürcüstanda büdcənin gəlirlər hissəsinin 94%-i vergilər xətti ilə həll olunur. Çünki orada vergilər optimallaşdırılıb, ikili mühasibat yoxdur, əvvəllər onlarda da Sosial Müdafiə Fonduna 25 faiz əməkhaqqından tutulan haqqlar, üstəgəl minimum 14 faiz gəlir vergisi var idi, o zaman kölgə iqtisadiyyatının həcmi də böyük idi, vergidən yayınanlar da kifayət qədər idi, islahatlar nəticəsində 20 % sosial vergi tətbiq olundu və yığım səviyyəsi çox yüksəldi. İqtisadiyyatı şəffaflaşdırmaq, sahibkarlara dəstək olmaq lazımdır. Cənab prezident həmişə deyir ki, sahibkarlara mənəvi, siyasi və maddi dəstək göstərir və məmurlardan da bunu tələb edir. Ancaq bölgələrdə və şəhərlərdə məmur özbaşınalığı davam edir, sahibkarlara kifayət qədər təzyiq var. Bu aradan qaldırılmalıdır. Sahibkar bir qurumla təmasda ola bilər-Vergilər Nazirliyi. Yəni biznes strukturu vergisini ödəməli və fəaliyyət göstərməlidir. Bununla da büdcə dolmalı və biz də bundan yararlanmalıyıq. Mən tövsiyyə edirəm ki, hökumət öz tərkibini optimallaşdırsın. Həmçinin sahibkarların ucuz maliyyə resurslarına çıxışı asanlaşdırılmalıdır. Hansı ölkədə sahibkarlıq inkişaf edə bilər ki, orada biznes kreditləri 18-20 faiz, istehlak kreditləri isə 30-35 faiz olsun. Mərkəzi Bank rezervini xaricdə saxlayır və bunun gəliri ildə 1 faiz də etmir. Bu vəsaiti ölkədə ucuz faizlə kommersiya banklarına qoyula və bankda bunun üzərinə 3-5 faizini qoyaraq sahibkarlara, əhaliyə verə bilər. Bu zaman sahibkarlar daha çox məhsul istehsal edəcək və ölkədə qiymət aşağı düşəcək, həm də ölkədə rəqabətli məhsullar istehsal olunacaq. Belə olanda biz görərik ki, Mərkəzi Bankın siyasəti iqtisadiyyata kömək etməkdir. Xaricdə saxlanılan Neft Fondunun maliyyəsi də idarəetmədən ildə 0,80 faiz gəlir götürür. Yəni 1 faiz də deyil. Biz pulumuzu dollar və avro şəklində xaricdə saxlayırıq. Neft Fondu Rusiya iqtisadiyyatına pul yatızdırıb. İldə də 600-700 milyon dollar ziyana düşüblər, qızıl ucuzlaşan, əmlak ucuzlaşan vaxtı investisiya qoyublar ondan da ciddi ziyana düşüblər. Bu maliyyəni Türkiyədə niyə yatızdırırlar? Bəyəm, sənin Azərbaycan iqtisadiyyatına etibarın yoxdur? O ölkələrin vəsaitləri çölə çıxır ki, orada stabillik yoxdur. Bizdə normal stabillik var. Bizim bu qədər ehtiyatımız, maliyyə resursumuz var, dünyaya varlı ölkə kimi görünürük. Ancaq ölkə daxilində pul bahadır, buna görə iqtisadiyyat inkişaf edə bilməz.

İqtisadiyyatda ÜDM-in formalaşmasında bankların iştirakı çox cüzidir, hansı sahibkar gedib 20 faizə kredit götürərək xarici şirkətlərin rəqabətə dözümlü mallarını bazardan iqtisadi yolla çıxartmağa gücü çatar? Sahibkarın gəliri nə qədər olmalıdır ki, bunun 20 faizini kreditə verəndən sonra normal xeyir götürə bilsin, vergilərini ödəsin, rüşvətini versin, ucuz da mal satsın ki, vətəndaşlarımız yerli maldan istifadə edə bilsin? Bizdə xaricdən gətirilən məhsular yerli məhsullardan ucuz başa gəlir. Bunu hər kəs bilir. Biz, əslində bu böhrandan səmərəli çıxa bilərik. Ancaq bunun üçün sadaladığım məsələlərə ciddi diqqət edilməlidir. - Devalvasiya gözləyirsinizmi? - Əslində mən Mərkəzi Bankın devalvasiyanı bu şəkildə aparmasının əleyhinəyəm. Birjada müəyyən edilməyən kursa görə, pessimistəm. Dövlət xərcləri artırılmaqda davam etsə, monopoliya aradan qaldırılmasa, uzunmüddətli gəlirlərimiz azalsa devalvasiya baş verə bilər. Bazar iqtisadiyyatda süni qiymət artımı anlayışı yoxdur, rəqabətin məhdudlaşdırılması, kartel sövdələşmələri, rəqiblərin bazardan sıxışdırılıb zorla, inzibati yolla çıxarılması var. Bunlara qarşı mübarizə aparmaqdansa, İqtisadiyyat və Sənaye nazirliyinin müvafiq qurumları bir-iki marketdə, arxasında məmur dayanmayan şirkətlərdə monitorinq aparıram deyə əhalinin gözünə “kül üfürməsin”. Bazar iqtisadiyyatında sahibkar malını neçəyə istəyirsə satmalıdır və əlavə gəlirindən şəffaf vergisini ödənilməlidir, yəni bu məsələlər vergi ilə tənzimlənməlidir. Əgər vəziyyət belə davam etsə, mən devalvasiyanın baş verəcəyini qənaətindəyəm. Yox, əgər islahata gedilsə, iqtisadiyyat şəffaflaşdırılsa, monopoliya aradan qaldırılsa qiymət sabitləşməsi baş verər. Mən Azərbaycan sahibkarlarına inanıram. Sahibkarlar Azərbaycanı bu vəziyyətdən çıxarmağa qadirdir. Sadəcə olaraq sahibkara kömək etmək, ona mane olmamaq, onun ucuz maliyyə resurslarına çıxışını təmin etmək və məmur özbaşınalığını aradan qaldırmaq lazımdır. Bununla milli valyutanın ucuzlaşmasının, iqtisadiyyatımızın zəifləməsinin, bahalaşmanın qarşısını ala bilərik. Bu olmasa, indiyə qədərki iqtisadi şərait davam etsə, mən manatın təqribən 1 dollar 50 sentə qədər bahalaşmasını ehtimal edirəm.

Hüseyn ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • “Azərbaycanda dolların bahalaşmasına ehtiyac yox idi”

    “Azərbaycanda dolların bahalaşmasına ehtiyac yox ...

    16-03-2015, 01:12

  • 
  • Azərbaycanda devalvasiya gözlənilirmi? — İqtisadçı deputatdan AÇIQLAMA

    Azərbaycanda devalvasiya gözlənilirmi? — ...

    14-04-2018, 15:45

  • 
  • Azərbaycan iqtisadiyyatına “qara xəbər”

    Azərbaycan iqtisadiyyatına “qara xəbər” ...

    23-07-2017, 20:34

  • 
  • Oqtay Haqverdiyev: "Bu, manatın real qiymətidir"

    Oqtay Haqverdiyev: "Bu, manatın real ...

    21-12-2015, 14:48

  • 
  • Bahalaşma olacaq: maaşlar və pensiyalar artmalıdır

    Bahalaşma olacaq: maaşlar və pensiyalar artmalıdır ...

    21-12-2015, 14:54


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu