Azərbaycanın üzən məzənnəyə keçidi dünya valyuta bazarında baş verən poseslərlə əlaqəli qaçılmaz addımdır.
Bunu "Trend"ə iqtisad elmlər doltoru, iqtisadçı-ekspert Oqtay Haqverdiyev bildirib: "Bizim indi gördüyümüz manatın real qiymətidir".
“Məncə, dolların bahalaşması prosesi 2016-cı il boyunca rəvan şəkildə gedəcək. Mənim qiymətləndirmələrimə görə, dolların real qiyməti 3-5 manat təşkil edə bilər” - deyə Haqverdiyev bildirib.
Ekspert Mərkəzi Bankın bu qərarının məcburi olduğunu deyib: “Dünya valyuta bazarında bu proseslər getməsəydi, heç nəyi dəyişmək lazım gəlməyəcəkdi. Amma Azərbaycan xarici ticarətini dollarla aparır deyə bu addım heç də yaxşı günümüzdən qəbul edilməyib. Bu addıma məcburən gedildi. İqtisadi nəzəriyyələrə görə, istənilən milli valyuta sərbəst buraxılmalıdır. Onun real dəyərini valyuta bazarındakı tələb-təklif nisbəti müəyyən etməlidir. Belə vəziyyətdə iqtisadiyyat da ahəngdar inkişaf edir”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?