GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Azərbaycanda dolların bahalaşmasına ehtiyac yox idi”

“Azərbaycanda dolların bahalaşmasına ehtiyac yox idi”

Tarix: 16-03-2015, 01:12 Bölmə :Ölkə Baxış: 0
“Azərbaycanda dolların bahalaşmasına ehtiyac yox idi”

Nazim Məmmədov: “Manatın devalvasiyasının arxasında duran səbəbləri Mərkəzi Bank açıqlamayıb”

Sabiq millət vəkili, iqtisadçı-alim Nazim Məmmədov Azərbaycanda baş verən manatın devalvasiyası, bunun arxasında duran səbəblər, gözlənilən bahalaşma, Rusiyada yaşanan sosial-iqtisadi gərginlik, Ukrayna-Rusiya münasibətləri, Rusiyaya tətbiq edilən iqtisadi və bank-maliyyə sanksiyası, bunun mümkün nəticələri və digər mövzularda geniş müsahibə verib. Müsahibəni təqdim edirik: - Nazim müəllim, Rusiyada mövcud olan sosial-iqtisadi vəziyyəti necə qiymətləndirirsiniz? - Bildiyiniz kimi, Rusiyaya qarşı sanksiyalar tətbiq edilir. Bunun qarşılığında Rusiya özü də anti-sanksiya tətbiq edərək bir növ özünü çıxılmaz vəziyyətə salıb. Rusiyanın rəsmi statistikası etiraf edir ki, ölkədə istehlak olunan gündəlik ərzaq məhsullarının 40 faizi idxal edilir. Əgər bunun 40 faiz olduğu rəsmi etiraf edilirsə, deməli, bu rəqəm aşağısı 65-70 faiz civarındadır. Bizdəki kimi Rusiyanın marketlərində, bazarlarında vətəndaşların gündəlik aldığı tələbat məhsullarının 70 faizə qədəri xarici istehsallı məhsullardır. Əlbəttə, bu məhsullar Belarusdan, Qazaxıstandan, Ermənistandan (Gömrük İttifaqı üzvləri, Putin SSRİ-sinin üzvləri) məhsuludur deyənlər də tapılar, ancaq onların da milli istehsalının vəziyyətini, gücünü nəzərə alsaq, bu məhsulların əksəriyyəti Avropa Birliyinə daxil olan ölkələrdə istehsal olunan mal olduğu şübhəsizdir. Rusiya hökuməti Qərbin sanksiyasına cavab olaraq antisanksiya qəbul edərək sivil dünyadan idxal olunan mallara qadağa qoydu. Heç bir ay keçmədi ki, humanitar böhran yarandığından hökumət verdiyi qərarları ləğv etməyə başladı əvvəlcə dərmanları, uşaq yeməklərini, bəzi qida məhsullarını və s. idxal etməyə icazə verdi. Bu o deməkdir ki, antisanksiyaların özü effektsiz oldu. Rusiya iqtisadçılar bildirirlər ki, əslində iqtisadiyyat

şaxələnməyib, gəlirləri xammaldan formalaşan, aqrar sənayesi pis durumda olan dövlətin öz-özünü təmin etməsi 2-3 il müddətində mümkün deyil. Bunun üçün on illər lazımdır və həm də yüksək səviyyədə investisiya yatıraraq buna nail olmaq mümkündür. Odur ki, Rusiyanın indiki vəziyyətində bəzi məhsulların qiymətində 100 faiz, bəzilərində isə 50 faiz qiymət artımı var. İqtisadi fəallıq aşağı səviyyəyə düşüb. Sanksiyaya məruz qalan bankların suveren reytinqləri aşağı düşüb. Rusiyanın özünün iqtisadi vəziyyəti beynəlxalq reytinqlərdə pis durumdadır və bu gün Fitch, Standard & Poors və digər beynəlxalq reytinq agentliklərinin qiymətləndirməsinə görə “zibil” səviyyəsindədir. Bu isə o deməkdir ki, xarici potensial investorlar Rusiyaya cəlbedici ölkə kimi baxmırlar və qoyacaqları investisiyanın batma ehtimalı 100%-ə yaxındır. Vəziyyət getdikcə daha da pisləşməyə doğru irəliləyir. Mən bu yaxınlarda Polşada “Ukrayna-Avropa” mövzusunda iqtisadi forumda iştirak edirdim. Orada rus iqtisadçıları da iştirak edirdilər. Bəziləri çıxışlarında qeyd edirdilər ki, Rusiya əksər reform və islahatları başa çatdıra bilmədi, inhisarsız liberal bazar iqtisadiyyatı qura bilmədi, korrupsiya dərinlədi. Yalnız özünə məxsus hərbi-sənaye islahatları apara bildi. Demək istəyirəm ki, Rusiyanın bu gün hərbi müstəvidə gücü ətalət qanununa bənzər gücdür, SSRİ-dən qalma mirasdır, sadəcə bir balaca “modernləşib”. Əslində Rusiyaya qarşı ötən ildən tətbiq edilən sanksiyaların bu ilin birinci rübündən sonra nəticələri daha dağıdıcı olacaq. Fikrimcə, bunu gözləmək lazımdır. Qeyd edim ki, Rusiyanın öz iqtisadçıları da bunu deyirlər. Biz də, Rusiya ilə əlaqəli olan insan kimi, bu ölkədə çoxlu sayda işləyən vətəndaşlarımızdan informasiya alırıq, onları təhlil edirik, rəsmi rəqəmlərə və statistikaya baxırıq. Əldə etdiyimiz, gördüyümüz və müşahidə etdiyimiz iqtisadi proses deməyə əsas verir ki, Rusiyanın vəziyyəti pisləşməyə doğru gedir. - Rusiyanın vəziyyətdən çıxış yolu nədir? - Demokratikləşmə, səlahiyyətlərin bölüşdürülməsi, çoxmillətli ölkə olaraq bütün federasiya subyektlərinə özünüidarəetmə

müstəqilliyi vermək, iqtisadiyyatı liberallaşdırmaq, imperiya ambisiyalarını bir kənara qoyub dünya ölkələri ilə normal əməkdaşlıq, keçmiş sovet respublikalarına yuxarıdan aşağı baxmamaq, işğal etdiyi əraziləri əsl sahiblərinə qaytarmaq və s. alternativi də var. İndiki vəziyyətdə Rusiya SSRİ kimi ya qapanmalıdır, soyuq müharibə dövründə olduğu kimi sərhədlərini bağlamalı, iqtisadiyyatını hərbi rejimə çevirməli, yerli keyfiyyətsiz məhsullar istehsal edərək əhalisini məcbur etmək ki, ancaq bu malları almalısan. Ancaq buna da rejimi qapalı saxlamaq üçün güc lazımdır, bazar iqtisadiyyatını, keyfiyyətli məhsulları, azadlığı görmüş insanları “cilovlamaq” lazımdır, o da mümkün görünmür. Rusiyanın beynəlxalq rezervləri həftədə 6-7 milyard azalır. Bu isə o deməkdir ki, vəziyyət belə davam edərsə, Rusiya yaxın bir ildə beynəlxalq rezervlərindən də mərhum ola bilər. - Demək istəyirsiniz ki, Rusiyanın aqressiyası daha bir il davam edəcək? - Yox! Mən sizin kimi düşünmürəm. Hesab edirəm ki, sonuncu Minsk danışıqlarına diqqət etmək lazımdır. Prezident Putin məcbur olub bu danışıqlara gəldi. Merkel-Olland-Paroşenko-Putin görüşü zamanı Rusiya prezidentinə sonuncu mesaj verildi ki, belə davam etmək olmaz, dünya bütün bunlara göz yuman deyil. Ancaq bir məsələ var. Heç kəsə sirr deyil ki, 1990-cı ilin əvvəllərindən başlayaraq Azərbaycan özü də Rusiyanın aqressiyasından əziyyət çəkib və öz əraziləri işğala məruz qalıb. Bizim ərazilərimizi Ermənistan ordusu deyil, SSRİ adı altında fəaliyyət göstərən Rusiya ordusu işğal edib. Bu baxımdan sonuncu dəfə Minskdə keçirilən görüş zamanı Putinə keçmiş sovet respublikalarında təxribatlardan əl çəkməsi üçün ciddi siqnal verildi, ABŞ parlamentindəki dinləmələrdə Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna torpaqlarının Rusiya tərəfindən işğal olunduğu etiraf edildi, təzyiqin qabağını almaq üçün adıçəkilən ölkələrə siyasi dəstək olmaq üçün müvafiq qərarlar da oldu. İfadə olundu ki, Şərqi Ukraynada hərbi fəallığın

artırılması Rusiyanın daha da təcrid edilməsi, beynəlxalq ödəmə sistemindən kənarlaşdırılması və Ukraynaya ABŞ və Avropa tərəfindən müharibə üçün öldürücü silahlar verilməsinə səbəb ola bilər. Bu isə şübhəsiz ki, Rusiyanı bir qədər də müharibə və iqtisadi bataqlığa sürükləyən gediş olacaq. Bunu artıq Rusiya rəhbərliyi hiss etdi. Odur ki, mənə elə gəlir ki, hazırda Rusiya daha çox bu vəziyyətdən “üzüsulu çıxmaq” yolunu tutub. - Ancaq hazırda Rusiya Şərqi Ukraynada, xüsusilə də, Mariopol ətrafında ordusunu komplekləşdirir və cəmləşdirir... - Bu hərbi-taktiki gedişlər ola bilər. Münaqişə birdən-birə alovlanmadı. Aylarla Rusiyanın Ukrayna sərhəddi yaxınlığında hərbi təlim keçirdi, məqsəd özü yaratdığı “separatçıları” silahlandırmaq idi. Sonradan humanitar yardım adı altında nəzarətsiz qalan Ukrayna sərhəddindən ağır texnikalar da daxil olmaqla 17-dən çox “humanitar kömək” adı altında hərbi karvanla dolu silah-sursatı Ukrayna ərazisinə ötürdü. Bunların hamısının indi bir gün içərisində geri çəkmək də mümkün deyil. Sadəcə olaraq ordunu cəmləşdirmək, bir yerdən digər yerə gətirmək o deməkdir ki, Ukrayna Rusiyaya qarşı daha mülayim davransın. Bu həm də, Rusiya özünə ilhaq etdiyi Krım məsələsini arxa plana keçirmək istəyindən irəli gəlir. Əslində Krımı işğal etməklə Rusiya özünün imza atdığı Budapeşt memarandumunu pozdu və etibarlı tərəfdaş imicini itirərək dünyadan təcrid olunmağa başladı. Bu o deməkdir ki, indi Rusiyanın dediyi sözlərə, atdığı imzalara etibar yoxdur. Bunu artıq ABŞ-ın prezidenti, vitse-prezidenti açıq qeyd edirlər. Əslində Mariopola hücum etmək, onu ələ keçirmək istəyi ola bilər. Mən güman etmirəm ki, bu proses davam etsin. Əslində münaqişə ona görə lazım idi ki, Avropaya və azad dünyaya inteqrasiya olunmaq yolunu tutan ölkələrə mesaj verilsin. Ancaq Rusiyanın özündə sosial etirazlar başlamışdı. Bu SSRİ deyil ki, insanları Sibirə sürgünə göndərəsən və heç kəsin də informasiyası olmasın. İnformasiya texnologiyaları inkişaf edib, dünya anındaca informasiya əldə edə bilir, Rusiyanın “separatçılara” göndərdiyi hərbi texnika və sursatlar haqqında

videgörüntülər internetdə, tv-lərdə və digər KİV-də kifayət qədər sübutlar, faktlar var. Rusiya əhalisi də normal ölkədə yaşamaq, normal iqtisadiyyat qurmaq istəyir. Rusiyanın Ukrayna ssenarisi ancaq və ancaq özünün demokratikləşməsini bir müddət ertələmək, uzatmaq məqsədi daşıyır. Biz Rusiyaya baxanda gözümüz önünə ən korrupsioner və kriminal dövlət gəlir. Dövlət səviyyəsində terroru dəstəkləyən ölkə hesab olunur, bu gün Boris Nemtsov kimi parlaq bir müxalifət liderinin , Putinin siyasətini kəskin tənqid və sənədlərlə, rəqəmlərlə ifşa edən, şəxsən mənim də Beynəlxalq Forumlardan tanıdığım əsl insanın, vətənpərvərin Kremlin bir addımlığında qətl edilməsi buna əyani sübutdur. SSRİ-nin adı dəyişib, Rusiya olub. Amma Kremlin eksponsiya siyasəti yenə də davam edir. Bütün bunlar bəllidir və azərbaycanlılar olaraq biz özümüz 250 ildən yuxarı bu işğalla üz-üzəyik. - Deyirsiniz ki, Rusiyanın iqtisadi vəziyyəti pisləşib və pisləşməyə doğru da gedəcək. Demək istəyirsiniz ki, Rusiya bizim vəziyyətə düşüb? - Birincisi, Rusiyada devalvasiyanı bizdəki devalvasiya ilə müqayisə etməyin özü qüsurludur. - Niyə? - Çünki Rusiyanın milli valyutasının dəyəri banklararası valyuta birjalarında müəyyən olunur. Hər bir ölkdən çıxan valyuta ilə ölkəyə daxil olan valyutada disbolans yarandığı zaman milli valyuta ucuzlaşır. Yəni Ukrayna hadisələri və iqtisadi sanksiyalar fonunda ayda 150-200 milyard dollar Rusiya iqtisadiyyatından xaricə axırdı. Çünki xarici investorlar Rusiyada stabilliyin olmaması ucbatından, müharibənin alovlanacağından ehtiyat edərək investisiyalarını geri çəkməyə başlamışdı. Eyni zamanda, qeyd etdiyim kimi ölkəyə idxaldan əsas məhsullar daxil olur və Rusiyada neft gəlirlərinin daha çox olmasına rəğmən neftdən kənar iqtisadiyyatda valyuta daha çox çölə çıxır. Odur ki, onların birjasında rublun kursu bu mexanizm əsasında müəyyən olunduğundan devalvasiya qaçılmaz idi. Ancaq bizdə bir qədər fərqlidir. Məsələn, Mərkəzi Bank valyuta

birjasında müəyyən olunmayan manatın kursunu özü inzibati yolla müəyyən edir. Biz iqtisadi əsaslara, ölkəmizə daxil olan valyutaya baxanda, Mərkəzi Bankın özünün açıqladığı tədiyyə balansına diqqət edəndə görürük ki, vəziyyət müsbətdir. 2014-cü ildə bizim xarici ticarət dövriyyəsində 20,8 milyard dollar olub. Bunun 20,7 milyard ABŞ dolları ixrac edilib, idxal isə 8,1 milyard olub. Başqa sözlə, 12,6 milyard ABŞ dolları həcmində müsbət ticarət saldosu var, ölkəyə daxil olan investisiyaların həcmi də kifayət qədər yüksəkdir. Yuxarıda səsləndirdiyim rəqəmləri Mərkəzi Bank elan edib. Mən bu rəqəmlərə istinad edərək deyə bilərəm ki, Azərbaycanda ABŞ dollarının bahalaşmasına əsas yox idi.

(Ardı var...)

Hüseyn ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • “Hökumət öz tərkibini optimallaşdırmalıdır”

    “Hökumət öz tərkibini optimallaşdırmalıdır” ...

    16-03-2015, 11:33

  • 
  • ABŞ-ın dolların bahalaşması barədə qərarı manata necə təsir edəcək?

    ABŞ-ın dolların bahalaşması barədə qərarı manata ...

    17-12-2015, 14:34

  • 
  • Mərkəzi Bank dolların bahalaşmasından danışdı

    Mərkəzi Bank dolların bahalaşmasından danışdı ...

    8-04-2015, 16:32

  • 
  • ABŞ Ukraynanı Rusiya ilə hədələyir

    ABŞ Ukraynanı Rusiya ilə hədələyir ...

    22-09-2016, 13:19

  • 
  • MARKETLƏRDƏ “SƏSSİZ” BAHALAŞMA… – Hər gün qiymətlərdə 1-3 qəpik artım olur

    MARKETLƏRDƏ “SƏSSİZ” BAHALAŞMA… – Hər gün ...

    3-12-2017, 20:09


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu