GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Bu xəbəri eşidəndə şoka düşdüm, bədənim əsdi”

“Bu xəbəri eşidəndə şoka düşdüm, bədənim əsdi”

Tarix: 16-03-2015, 12:23 Bölmə :Ölkə Baxış: 0
“Bu xəbəri eşidəndə şoka düşdüm, bədənim əsdi”

Elxan Mehdiyev: “Hər şey Rusiya iqtisadiyyatının gücündən asılı olacaq”

Suallara konfliktoloq Elxan Mehdiyev cavab verib. Mehdiyev əsasən Rusiya müxalifətinin lideri Boris Nemtsovun qətli, bunun səbəbləri, yaradacağı nəticələr, Rusiya siyasətinin mövcud durumu, şimal qonşumuzda müxalifətin vəziyyəti, Rusiya-Ukrayna münasibətləri, Moskvanın Ukraynadan tələbləri və digər mövzularda danışıb. Müsahibəni təqdim edirik: - Elxan bəy, Rusiyanın əsas müxalifət, demokrat lideri Boris Nemtsovun qətlini necə qiymətləndirirsiniz? - Rusiyanın son illərdəki tarixinə baxsaq görərik ki, Nemtsovun öldürülməsi Rusiya tarixində ilk siyasi qətl hadisəsidir. Nemtsov kimi parlaq, demokratik düşüncəli, nüfuzlu bir siyasətçinin öldürülməsi Rusiya dövlətinə baş ucalığı gətirmir. Bu saat dünya bu qətl prosesini izləyir, onu kimlərin qətl etdiyini bilmək istəyir. Hər kəsi bu saat maraqlandıran və həm də narahat edən odur ki, Nemtsov niyə öldürülüb, bu necə baş verib, sifarişçi kimdir və s. Mən şəxsən Nemtsovun qətl edilməsini eşidən kimi şokda düşdüm, bədənim əsdi. Çünki heç kim belə demokratik siyasətçiyə bunu arzu etməzdi. - Nemtsovu necə xarakterizə edirsiniz? - Nemtsovu Rusiyanın müstəqillik tarixində açıq, demokratik, şəffaf siyasətçi hesab edirəm. Daima Rusiyanın demokratikləşməsinə çalışan, korrupsiyanın azalmasına çalışan, Rusiyanın qonşu dövlətlərinin müstəqilliyi və suverenliyinə hörmətlə yanaşan siyasi lider kimi qiymətləndirirəm. - Nemtsov Putinin əsas rəqiblərindən biri idi. Bu şəxsin qətli şübhələri Kremlin üzərinə apara bilərmi? - Mən bu məsuliyyəti üzərimə götürüb deyə bilmərəm ki, Nemtsovun qətli indiki Rusiya hökumətinin əməlidir. Bunu demək doğru olmazdı. Əgər Rusiya hökuməti Nemtsovun ölümü ilə əlaqədar obyektiv və şəffaf təhqiqat aparsa, qətlin əsl

səbəbləri üzə çıxacaq. Yəni Rusiya dövləti də, onun prezidenti də bu işdə maraqlı olmalı, Nemtsovun qətlinin sifarişçilərinin kim olduğunu aydınlaşdırmalıdır. Başqa bir şey demək məsuliyyətsizlik olardı. - Nemtsovun ölümünün əsas fərziyyəsi kimi Parisdə baş verən son terror aktı, 12 jurnalistin qətl edilməsinə verdiyi reaksiya göstərilir. Sizcə, bu nə dərəcədə inandırıcıdır? - Mən heç nə deyə bilmərəm. Bizdə bu qətllə bağlı müfəssəl məlumat yoxdur, özümüz də istintaqı aparan qrupda deyilik. Üstəlik bu sahə üzrə mütəxəssis də deyilik. Bu baxımdan bizim bu barədə inandırıcı şəkildə danışmağımız, hansısa fərziyələri müdafiə etməyimiz düzgün olmazdı. - Siz deyirsiniz ki, Nemtsovun ölümü Rusiyada ilk siyasi qətldir. Ancaq biz bilirik ki, indiyə qədər Rusiyada tanınmış jurnalistlər qətlə yetirilib... - Mən bu haqda məlumatlıyam və bilirəm ki, məşhur jurnalistlər öldürülüb və onlarla bağlı açılan cinayət işləri bu günə qədər açılmayıb, cinayətkarlar cəzalandırılmayıb. Ancaq mən yuxarıda qeyd etdim ki, Nemtsovun öldürülməsi Rusiyada ilk siyasi qətldir. Söhbət siyasi liderin qətlindən gedir. Əlbəttə, jurnalistlər öldürülüb, hüquq müdafiəçiləri həbsxanada “vəfat” edib. Nəticədə Rusiyaya tətbiq edilən Maqnitski qanunu da, böyük hay-küyə səbəb olub. Lakin Rusiya siyasi səhnəsində önəmli fiqurların qətli ilk dəfə baş verdi. Əlbəttə, bu heç də yaxşı hal deyil. - Nemtsovun qətli Rusiya cəmiyyətinə necə təsir edə bilər və öldürülən şəxs Rusiyada nə qədər nüfuzlu lider hesab oluna bilər? - Bunu biz deyə bilmərik. Hər halda Rusiya televiziya kanallarını seyr edəndə bəlli olur ki, bu ölkənin minlərlə vətəndaşı baş verən hadisədən sarsıldığını və kədərləndiyini bildirir, onun öldürüldüyü yeri ziyarət edir. Üstəlik Putinin hakimiyyəti dövründə demokratik düşərgənin fəaliyyətinin məhdudlaşdırılması baş verib. Bu fəaliyyətin qapadılması Nemtsov və digər siyasi liderlərin özlərini ifadə etməsinə imkan

vermirdi. Bu baxımdan müxalifətin mitinq və görüşləri daima polis nəzarəti, qanunsuz həbslərlə müşayiət olunurdu. İkincisi, Nemtsovun nüfuzunu yalnız demokratik seçkilər keçirməklə müəyyən etmək olardı. Ancaq demokratik seçkilər məsələsi indiki zamanda keçmiş sovet respublikalarında mümkün deyil. İstisna hal kimi Gürcüstanı çıxmaq olar. Gürcüstandan başqa heç bir yerdə demokratik və ədalətli seçkilər keçirilmir. - Martın 1-də Nemtsovun liderliyi altında Rusiya müxalifəti “Bahar” marşı adlı yürüş keçirəcəkdi. Ancaq Nemtsov bu aksiyanın keçirilməsinə cəmi bir sutka qalmış öldürüldü. Qətllə yürüş arasında bağlantı görürsünüzmü? - Mən bunu deyə bilmərəm. İstintaq bunu müəyyən edə bilər. - İndiki Rusiya hökumətinin daxili siyasətini necə şərh edirsiniz? - Bildiyiniz kimi hazırda Rusiyada demokratiya məhdudlaşdırılıb. Demokratik düşərgənin liderlərinin fəaliyyəti mümkün qədər qapadılıb. Bu da mediada özünü büruzə verir. Məsələn, Rusiyanın gerçək müxalifət liderlərinin televiziya kanallarına çıxışları məhdudlaşdırılıb, mitinqlər keçirsələr də, hökumət bunu da mümkün qədər məhdudlaşdırır. Rusiya Dövlət Dumasına keçən qüvvələr isə Putin orbitindən kənar qüvvələr deyil. Düzdür, bu partiyalar Putinin də partiyası deyil, amma məhdud dairədə seçkilər baş verir. Həm Kommunist Partiyası, həm Liberal Demokratlar Partiyası prezident Putinin cızdığı ssenari ilə Dumaya düşür. Yəni seçki ssenarisini hakimiyyət cızır. Neçə illərdir ki, bu ssenari davam edir. Lakin Putin hökumətinə qatı müxalif mövqedə olan qüvvələr nədənsə heç vaxt Dövlət Dumasına keçmir. Biz də neçə illərdir ki, bunun şahidiyik. - Yəni ruslar Yelsin dönəmindəki demokratiya barədə indi danışa bilməzlər... - Təbii. İndi heç bizdə Yelsin dönəmində Rusiyada olan demokratiyanı görə bilmərik. Çünki Rusiya kanalları və qəzetləri hökumətin nəzarətindədir, parlamentdə real müxalifət yoxdur. Rusiyada bir avtoritarizm hökm sürür. Məsələn,

Rusiyada əvvəllər regionların qubernatorları seçkilər vasitəsilə seçilirdi. Ancaq hazırda qubernatorları Putin təyin edir. Əslində Rusiyanın ən böyük nəaliyyəti qubernatorların seçkilərlə müəyyən olunması idi. Bu demokratik proses idi. Hazırda isə bu mexanizm sıradan çıxarılıb. Prezident Putin dönəmində Rusiyanın tamamilə, özünün dediyi kimi idarəolunan demokratiya vəziyyətinə gətiriblər. Bunu bir çox siyasətçilər də açıq ifadə edirlər. Hazırda biz Rusiyanı demokratik, azad seçkilərə malik ölkə kimi qiymətləndirə bilmərik. - Rusiyanın MDB məkanında apardığı siyasəti nədən ibarətdir və bunun kökündə hansı siyasi məqsədlər durur? - Rusiyanın MDB siyasəti özlərinin dediyi kimi daha çox inteqrasiyalı siyasət kökü üzərində qurulub. Rusiya siyasəti MDB çərçivəsində apardığı işlərə bu cür yanaşır. Onların dediyi kimi “yaxın xaric” ölkələrə yönəlik inteqrasiya siyasəti yürüdülür. Şübhəsiz ki, “yaxın xaric” ölkələr deyildikdə əsasən keçmiş sovet respublikaları nəzərdə tutulur. Bu ölkələrlə inteqrasiyalı münasibətə üstünlük verirlər. Bu mənada Avrasi İttifaqı və Gömrük Birliyi ideyasının ortaya atılması da, bu inteqrasiyaya kömək etmək məqsədi güdür. Başqa sözlə, Rusiya bu ideya adı altında MDB ölkələri ilə əlaqələrini dərinləşdirmək niyyətindədir. Ancaq Ukrayna-Rusiya münasibətləri fonunda indi bu ideya cəlbedici görünmür, üstəlik Rusiyanın başı Ukraynaya qarışıb, iqtisadiyyatı çox zəifləyib. Bu baxımdan Kremlin qeyd etdiyim iki proyekti hələlik səmərəli nəticə vermir. Və hesab edirəm ki, bu proyektlərin gerçəkləşdirilməsi gələcəkdə daha çox Rusiyanın iqtisadi gücündən asılı olacaq. Əgər iqtisadiyyat güclü olacaqsa Avrasiya İttifaqı və Gömrük Birliyi daha da güclənəcək, işlək olacaq. Yox, əgər Rusiyanın iqtisadiyyatı zəifləməyə doğru davam etsə, bu qurumda təmsil olunan dövlətlər özbaşlarına çarə qılmaq haqqında düşünməli olacaq. Xüsusilə, Qazaxıstan və Belarus. - “Minsk-2” razılaşmasına Kremli nədən əməl etmir, bunun əksinə olaraq hərbi qüvvələrini Mariopol ətrafına cəmləşdirir? - Biz indi deyə bilmərik ki, Minskdə ikinci dəfə əldə olunan

razılaşmaya Rusiya əməl etmir. Təbii ki, hər iki tərəf hazırda bir-birini ittiham edir. Rusiya tərəfi deyir ki, Ukrayna bu ərazilərə ağır silah və artilleriya toplayıb. Ukrayna tərəfi də iddia edir ki, Rusiya Mariopola hücum etmək məqsədilə bu istiqamətdə texnika cəmləşdirir. Biz buna müharibə edən tərəflərin normal informasiya müharibəsi kimi yanaşmalıyıq. Üstəlik xəbərdarlıq, beynəlxalq ictimai rəydə qarşı tərəfi günahlandırmaq məqsədi də var. İkincisi, reallıq baxımından Ukrayna atəşkəsi pozarsa, Rusiya hücuma keçməyi və yeni ərazilər işğal etməyi nəzərdə tutur. Ukraynada bu ərazilərə hücum ola biləcəyi səbəbindən əraziyə hərbi texnika toplaması hərbi baxımdan şəraitə uyğundur. Odur ki, informasiya yalan və ya doğru ola bilər. Konkret olaraq münasibətlərə gəldikdə deyim ki, hazırda Ukrayna-Rusiya münasibəti atəşkəs imzalayan tərəflərin münasibətidir. Rusiya kanalları Donetski və Luqanski separatçılarının dili ilə Ukraynanı hər gün təcavüzkar, dinc əhalini qıran ölkə, millətçi faşistlərin hökuməti kimi qələmə verir. Eyni tərzdə Ukrayna təbliğatı Rusiyanı düşmən kimi təqdim edir, bu ölkənin Ukrayna ərazisinə ordu soxduğu bildirilir. Bu normal informasiya müharibəsidir. Qeyd edim ki, Ukrayna tərəfi bu informasiya müharibəsini beynəlxalq məkanda aparır. Rusiya isə bu zaman müdafiə olunur və Ukraynadakı mənfi elementləri Kiyevin rəsmi siyasəti kimi üzə çıxarmağa çalışır. Ancaq Qərb dünyasında Rusiyanın iddialarına ciddi yanaşmır. - Rusiya Krımı tutub, Donetski və Luqanski istiqamətində irəliləyib, müəyyən ərazilər ələ keçirib. Moskva indi Ukraynadan nə istəyir? - (Ardı var)

Hüseyn ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Moskvada Nemtsov yürüşü keçirilir

    Moskvada Nemtsov yürüşü keçirilir ...

    26-02-2017, 22:26

  • 
  • Praqada Rusiya səfirliyinin yerləşdiyi əraziyə Boris Nemtsovun adı verilir

    Praqada Rusiya səfirliyinin yerləşdiyi əraziyə ...

    25-02-2020, 11:23

  • 
  • Boris Nemtsovun qətlinin sifarişçisi məlum oldu

    Boris Nemtsovun qətlinin sifarişçisi məlum oldu ...

    30-03-2015, 22:22

  • 
  • Rusiyanın siyasi gündəmini dəyişən qətlin pərdə arxası

    Rusiyanın siyasi gündəmini dəyişən qətlin pərdə ...

    16-03-2015, 00:45

  • 
  • Nemtsovun güllələndiyi ərazidən iki tapança tapıldı

    Nemtsovun güllələndiyi ərazidən iki tapança ...

    13-03-2015, 22:53


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (122)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu