GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Həm ibtidai istintaq zamanı, həm də məhkəmədə hüquqlarım pozulub”

“Həm ibtidai istintaq zamanı, həm də məhkəmədə hüquqlarım pozulub”

Tarix: 16-03-2015, 12:41 Bölmə :Ölkə Baxış: 0
“Həm ibtidai istintaq zamanı, həm də məhkəmədə hüquqlarım pozulub”

Gömrükçülərin həbs etdiyi Gürcüstan vətəndaşı təyin edilmiş cəzadan narazı qaldığını bildirdi

Şirvan Apellyasiya Məhkəməsində İrandan Azərbaycana külli miqdarda narkotik vasitə keçirməkdə ittiham olunan Gürcüstan vətəndaşı Bafalı Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından piyada yolla Azərbaycana gələn Gürcüstan vətəndaşı Bafalı Hüseynov gömrük nəzarətindən üzərinə baxış keçirilib. Baxış

zamanı ona məxsus sellofan paketdə, cəmi 6 ədəd bükümdə, ümumi xalis çəkisi 47,763 qram olan narkotik vasitə - heroin, 1 ədəd bükümdə xalis çəkisi 36,094 qram olan narkotik vasitə - tiryək və 1 ədəd bükümdə isə xalis çəkisi 14,980 qram olan psixotrop maddə - metamfetamin aşkar olunub.

Müəyyən olunub ki, Bafalı Hüseynov İran İslam Respublikası ərazisində şəxsiyyəti müəyyən edilməmiş şəxslərlə narkotik vasitələrin satışını təşkil etmək üçün cinayət əlaqəsinə girib. O, İran vətəndaşlarından əldə etdiyi narkotik vasitəni Azərbaycana gətirib.

Bafalı Hüseynov Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı, təkrar törətmə), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma, təkrar törətmə) maddələri ilə ittiham edilib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Bafalı Hüseynov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.

Hakim İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən Bafalı Hüseynov bildirib ki, 27 fevral 2014-cü ildə İranın Astara şəhərində alver məqsədi ilə olarkən Nadir adlı iranlı ilə tanış olub: “Bir neçə gün Nadirin evində qonaq qalmışam. Həmin günlərdə Nadir mənə narkotik vasitələr alveri ilə məşğul olduğunu bildirdi və Bakı şəhərində yaşayan tanışına narkotik vasitələr aparmağımı təklif etdi. Nadirin təklifi ilə razılaşdım və martın 7-də Nadir yanımda özündəki narkotik vasitələri 3 ədəd biskvit məmulatının içərisinə, ketçup məmulatı olan şüşə qablara və sellofan paketə yerləşdirdi. Həmin narkotik vasitə yerləşdirilmiş qabları əl yüklərimin içərisində gizlətdim. Elə həmin gün, saat 17 radələrində İran sərhədindən keçərək Azərbaycanın Astara Gömrük İdarəsinin sərnişin şöbəsinə daxil oldum. Gömrük əməkdaşı soruşduqda, üzərimdə qanunla qadağan edilmiş, gömrük nəzarətindən gizlədilmiş malların, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin olmadığını bildirdim. Bundan sonra gömrük əməkdaşları hal şahidlərini dəvət edərək yüklərimə baxış keçirdilər. Bu zaman onlar arasında gizlətdiyim 3 ədəd biskvit məmulatının, ketçup qabının içərisində və sellofan paketə yerləşdirilmiş narkotik vasitələri aşkar etdilər”.

Bafalı Hüseynovun sözlərinə görə, həm ibtidai istintaq zamanı, həm də birinci instansiya məhkəməsində işinə baxılarkən hüquqları kobud şəkildə pozulub. O, bildirib ki, vəkili tərəfindən dəfələrlə verilmiş vəsatətlərdə istintaq zamanı hüquqlarının pozulmasını sübut edən əsaslar göstərilməsinə baxmayaraq məhkəmə prosessual hüquq normalarını pozaraq bu əsasları araşdırmayıb: “Bu isə beynəlxalq hüquq normalarına tam şəkildə ziddir. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsində ədalətli məhkəmə araşdırması hüququ hakimlər tərəfindən nəzərə alınmayıb. Birinci məhkumluğum, ailə vəziyyətim, cinayəti bilmədən törətməyim kimi yüngülləşdirici hallar cəza təyin edilərkən nəzərə alınmayıb. Bu isə hüquqlarımın kobud şəkildə pozulması deməkdir”.

Bafalı Hüseynov qeyd edib ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilməlidir. O, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə daha yüngül cəza təyin edilməsini xahiş edib.

Daha sonra dövlət ittihаmçısı Səyavuş Sadıqov deyib ki, Bafalı Hüseynovun nаrkоtik vаsitəni İrаndаn sаtmаq üçün gətirib. Onun sözlərinə görə, məhkumdan götürülmüş nаrkоtik vаsitə hеrоin və tiryək şəхsi istеhlаk miqdarından dəfələrlə аrtıq оlub. Dövlət ittihаmçısı аpеlyаsiyа şikаyətində sаdаlаnаn yüngülləşdirici hаllаrın cəza təyin edilərkən birinci instаnsiyа məhkəməsi tərəfindən kifаyət qədər nəzərə аlındığını, həmin hаllаrın оnun bаrəsində Cinayət Məcəlləsinin 62-ci mаddəsinin tətbiq еdilməsi və Bafalı Hüseynovun bаrəsində çıхаrılmış hökmün dəyişdirilməsi üçün əsаs оlmаdığını deyib.

Bafalı Hüseynovun vəkili Pənah Məmmədov bildirib ki, müdafiə etdiyi şəxsin barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinin tərkibinin olmayıb. Vəkilin sözlərinə görə, Bafalı Hüseynovun qaçaqmalçılıq cinayətini iştirakçılıqla törətməsi barədə heç bir sübut yoxdur. O, müdafiə etdiyi şəxsin apelyasiya şikayətinin təmin edilməsini xahiş edib. Tərəflərin fikirlərini öyrənən hakim heyəti sonda Bafalı Hüseynovun apelyasiya şikayətinin qismən təmin edilməsi barədə qərar açıqlayıb. Qərara görə, onun cəzası 7 ilə endirilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Bağırsağında narkotik keçirən şəxslər tutuldu

    Bağırsağında narkotik keçirən şəxslər tutuldu ...

    13-10-2015, 14:48

  • 
  • Düz bağırsağından narkotik çıxdı

    Düz bağırsağından narkotik çıxdı ...

    14-04-2018, 12:36

  • 
  • Gömrükdən narkotik keçirmək istəyən şəxs saxlanıldı

    Gömrükdən narkotik keçirmək istəyən şəxs ...

    26-09-2017, 10:57

  • 
  • Yük avtomobilində narkotik tapıldı

    Yük avtomobilində narkotik tapıldı ...

    22-12-2015, 14:41

  • 
  • İntim nahiyəsində narkotik vasitə keçirmək istədi

    İntim nahiyəsində narkotik vasitə keçirmək istədi ...

    3-07-2018, 12:39


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (122)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu