Gömrükçülər İran vətəndaşlarında narkotik vasitələr aşkarlayıb.
gundemxeber.az DGK-nin məlumatına əsasən bildirir ki, Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycana piyada gələn İran vətəndaşları saxlanılıb və onların üzərində şəxsi yoxlama aparılıb.
Yoxlama nəticəsində saxlanılan şəxslərdən birinin daxili orqanında (düz bağırsağında) beş ədəd bükümdə narkotik vasitələr - xalis çəkisi 143,05 qram olan heroin və 3,80 qram tiryək, eləcə də 0,560 qram psixotrop maddə - metamfetamin aşkar edilib.
Sorğu
Yeni dizaynımız necədir?