Suriyada və İraqda İŞİD tərkibində döyüşməkdə təqsirləndirilən Rövşən Qədirovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, Quba rayonundan anadan olan Rövşən Qədirov İstanbulda yaşayıb. Orda Türkiyə vətəndaşı ilə ailə həyatı qurduğunu deyən Rövşən Qədirov bildirib ki, 3 azyaşlı uşağı var. Hakim deyib ki, təqsirləndirilən şəxsin ailəsi ilə rəsmi nikahı yoxdur. Təqsirləndilən şəxs Bakıya rəsmi nikahla düşmək üçün qayıtdığını deyib. Rövşən Qədirov qeyd edib ki, Suriya da və ərəb ölkələrində olub: “Mən həmin ölkələrə getmişəm.Lakin heç bir silahlı əməliyyatda iştirak etməmişəm. Məqsədim humanitar yardımla bağlı olub. Həmin ölkələrdə olan müxtəlif xalqların nünayəndələrinə yardım eləmişik”. Məhkəmə baxışı avqustun 9-a təyin edilib. İttihama görə, Rövşən Qədirov Döblət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. O, Suriyada və İraqda İŞİD tırkibində olan qanunsuz birləşmələrdə döyüşüb.
Sorğu
Yeni dizaynımız necədir?