İraq ordusu İŞİD silahlılarının üzərinə doğru irəliləməkdə davam edir. Hərbi qüvvələr İran qoşunlarının da dəstəyi ilə Tikrit şəhəri yaxınlığında yerləşən Ələs və Əcil neft mədənlərini silahlılardan geri alıblar. Döyüşlərdə məğlub olduğunu görən İŞİD dəstə üzvləri neft mədənlərini yandıraraq geri çəkiliblər.
Briqada komandiri Hadi əl-Əmiri qeyd edib ki, Tikriti bir neçə gün ərzində tamamilə silahlılardan təmizləyəcəklərini deyib.
Hadi əl-Əmiri: “Məqsədlərimizidən biri neft mədənlərini azad etmək idi. Allaha şükürlər olsun ki, bunun öhdəsindən gəldik. Hazırda ordumuz bütün əraziyə nəzarəti ələ almağa çalışır. Məqsədimiz təkcə hansı rayonu silahlılardan təmizləmək deyil, ümumilikdə, bölgədə terrorizmin kökünü kəsməkdir”
Böyük Britaniyadan Skay Nyuz telekanalının müxbiri İraq ordusu ilə İŞİD silahlılarının təmas xəttində olub. Müxbir tərəflər arasında qızğın döyüşlərin getdiyini müşahidə edib.
İraq əsgərləri İŞİD-in mövqelərini iriçaplı silahlardan atəşə tutublar.
Silahlılardan təmizlənən kəndlərdə isə, əhali yenidən doğma yurdlarına qayıtmağa başlayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?