GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Rusiya “böyük fəlakət”in astanasında

Rusiya “böyük fəlakət”in astanasında

Tarix: 28-03-2015, 20:26 Bölmə :Ölkə Baxış: 0
Rusiya “böyük fəlakət”in astanasında

İqtisadçıların hesablamalarına görə, Rusiyanın valyuta ehtiyatı yaşanan indiki böhran vəziyyətinə yalnız bir və ən uzağı iki il dözə bilər

““Bloomberg” agentliyinin tərtib etdiyi kasıb ölkələrin reytinq indeksindəki siyahıda Rusiya kasıbçılığa görə ön yerlərdən birini tutur. Bu indeksə əsasən, Venesuela, Argentina və müharibə nəticəsində taqətsiz hala düşmüş Ukraynanın da vəziyyəti xoşəgəlməz səviyyədədir. Amma bütün bunlara baxmayaraq, biz, rus möcüzəsi ilə qarşı-qarşıyayıq. Belə ki, keçən ay Rusiya prezidentinin populyarlıq reytinqi bir faiz də artaraq, 86% göstəricisinə qədər yüksəlib. Onda belə bir sual yaranır ki, bəs görəsən necə olur ki, iqtisadi böhranın ən qaynar çağında Vladimir Putinin reytinqi bu cür üst səviyyədə dayanıb?” Almaniyanın məşhur “Die Zeit” qəzetinin “Rus möcüzəsi” adlı məqaləsində bu sual qoyulur. Müəllif sualı belə cavablandırır: “Bu sualın izahlarından biri ondan ibarətdir ki, hökumət ehtiyatda yığılmış pul vəsaitlərindən istifadəyə başlayıb və böhranın nəticələrinin hiss edilməməsi üçün pensiyaçılara, kasıblara, veteranlara, az təminatlı ailələrə güclü maliyyə yardımları həyata keçirir. Çətin günlərdə istifadə olunması üçün nəzərdə tutulan “Milli Təminat Fondu”nun ehtiyatları keçən ay 85 milyard dollardan 77 milyard dollara düşüb. Bu haqda maliyyə naziri məlumat verib. Mərkəzi Bankın məlumatlarına əsasən isə, Rusiyanın bir il əvvəllki 500 milyard dollarlıq valyuta ehtiyatı 364 milyard dollara qədər azalıb”.

Məqalədə bildirilir ki, iqtisadi geriləmənin günahı heç də Qərb sanksiyaları ilə bağlı deyil. Aşağı neft qiymətləri də məsələnin əsl dərin izahı sayılmır. Müstəqil iqtisadçı ekspertlərdən biri professor İqor Nikolayev Rusiyanın itkilərinin başlıca səbəbini islahatların ləngiməsində, kiçik və orta biznesin vəziyyətinin pisləşməsində və hədsiz korrupsiya ilə bağlı olan struktur böhranında görür. İ.Nikolayevin sözlərinə görə, Putinin rəhbərlik etdiyi Rusiya artıq üç ildir ki, tənəzzüldədir, indi isə ölkə əsl iqtisadi qasırğa yaşayır.

Lakin maraqlı məqam ondan ibarətdir ki, deyəsən bütün bunların heç birinin Putinə aidiyyatı yoxdur. Çünki o, praktik olaraq heç zaman iqtisadiyyatdakı vəziyyət barəsində danışmır, iqtisadçılar və sahibkarlarla isə nadir hallarda görüşür. Prezidenti ən əvvəl xarici siyasət, Rusiyanın dünyadakı yeri və rolu daha çox maraqlandırır. Onun bütün çıxışları bu və ya digər şəkildə Donbasla, Rusiyanın böyük idman ölkəsi olması ilə bağlıdır. Putin öz avtoritetini başlıca olaraq, hərbi nöqteyi nəzərdən qüdrətli

və qorxu saçan böyük ölkə – Rusiya ilə bağlayır. Müstəqil “Levada çentr” analitik mərkəzinin məlumatına əsasən, rusiyalılar öz prezidentlərini məhz bu cür də görürlər.

Elə ona görə də heç kim yüksələn iqtisadi böhranın Rusiyanı böyük etiraz dalğası və iğtişaşlara sürükləyəcəyi haqqında düşünməsin. Müxalifət lideri Boris Nemtsovun qətlə yetirilməsi, onsuz da Putini öz düşmənləri hesab edən liberal orta sinfi həqiqətən də həyacanlandırdı. Lakin xalq kütlələri yenə də Putinin müttəfiqidir.

İqtisadçıların hesablamalarına görə, Rusiyanın valyuta ehtiyatı yaşanan indiki böhran vəziyyətinə yalnız bir və ən uzağı iki il dözə bilər. Rusiya prezidenti ona əminliyini vurğulayıb ki, həmin bu müddətdə neft və qazın qiyməti yenidən əhəmiyyətli dərəcədə yüksələcək və böhranın öhdəsindən də gəlinəcək. Ancaq bunun tamamilə əksinə olaraq, hal-hazırda dünya neft bazarında hər hansı bir dəyişikliyin baş verə biləcəyinin işartısı görünmür.

Əgər yanacağın qiyməti deyilən həmin müddət ərzində yüksəlməzsə, onda xalqın əzabının ikinci plana keçməsi üçün Putin nə isə başqa bir şey fikirləşib tapmalıdır. Çox güman ki, bu “başqa bir şey” ölkənin xarici siyasəti və üstəgəl Rusiyanın dünya şöhrətidir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Hərbi xərclərə görə dünya ölkələrinin reytinqi açıqlandı

    Hərbi xərclərə görə dünya ölkələrinin reytinqi ...

    4-02-2014, 15:34

  • 
  • Putinin reytinqi sürətlə düşdü - SƏBƏB

    Putinin reytinqi sürətlə düşdü - SƏBƏB ...

    23-04-2018, 10:00

  • 
  • Bu böhran Azərbaycanı da “vuracaq”?

    Bu böhran Azərbaycanı da “vuracaq”? ...

    18-04-2014, 10:09

  • 
  • PUTİN RUSLARI YENƏ ALDADA BİLƏCƏKMİ? – Prezidentin reytinqi son 13 ildə ən aşağı səviyyədədir

    PUTİN RUSLARI YENƏ ALDADA BİLƏCƏKMİ? – ...

    28-02-2019, 12:46

  • 
  • Putinin ad günündə Kyivdəki Rusiya səfirliyi qarşısında “Putinin məhkəməsi” olub

    Putinin ad günündə Kyivdəki Rusiya səfirliyi ...

    8-10-2019, 11:07


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (301)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu