GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ağsunu viran qoyan “sülalə hakimiyyəti”

Ağsunu viran qoyan “sülalə hakimiyyəti”

Tarix: 29-03-2015, 13:01 Bölmə :Ölkə Baxış: 0
Ağsunu viran qoyan “sülalə hakimiyyəti”

“Qürbətdə deyirdin ki, Zülali vətənim var,

Ensin gözünə qara su, Ağsu talan oldu” !

Hər bir dövlət məmurunun ilk vəzifəsi sahib olduğu postda ona göstərilən etimadı doğrultmaq, dövlətə və xalqa layiqincə xidmət etməkdir. Özünü xalqın birinci xidmətçisi sayan prezidentin komandasında təmsil olunan bir çox məmurların fəliyyətinə nəzər yetirdikdə görərik ki, əslində onların iş prinsipi yalnız şəxsi maraqlarının təmin olunmasına istiqamətlənib. Təsadüfi deyil ki, dövlət qanunları ilə qadağan olunmasına baxmayaraq, əksər məmurlar biznes fəaliyyəti ilə məşğul olurlar. Rayonlarda icra başçılarının fəaliyyəti isə xüsusilə dözülməz şərait yaradıb. Korrupsiyalaşmış məmurlar ordusunun “şıltaqlıqları” xalqda ikrah və qəzəb hissi doğurur.

Haqqında bəlkə də ən çox narazılıq formalaşan icra başçıları içərisində Ağsu rayonuna rəhbərlik edən Ənvər Seyidəliyev ilk pillələrdə qərarlaşıb. Onun fəaliyyəti dövründə Ağsu rayonunun ağ günləri bir xatirəyə çevrilib, ağlıq yalnız rayonun adında qorunub saxlanılıb. 2007-ci ildən öz doğma rayonuna rəhbərlik edən Ə. Seyidəliyevin əməllərinin ağırlığını ağsulular gündəlik həyat tərzlərində hiss edirlər. Rayonda baş alıb gedən sosial problemlər, işsizlik, korrupsiya pik həddə çatıb. Demək olar ki, əksər idarə, müəssisə və təşkilat rəhbərləri icra başçısının yaxın qohumları olduğu üçün onlar istədikləri kimi hərəkət edə bilir, əhalini istismar etməklə məşğul olurlar. Ancaq onların bu özbaşınalığına göz yumulur. Bundan başqa, rayon idarələrinin hamısı rüşvət və korrupsiya içində çabalanır ki, bunlardan da rayon Mərkəzi Xəstəxansını, Sosial Müdafiə Mərkəzini və maliyyə idarəsini xüsusi qeyd etmək lazımdır.

Ağsu rayonunda bütün sahələrdə geriləmələr davam edir. Bir müddət öncə rayon mərkəzinin əsas bir neçə küçəsində aparılan kosmetik işlər də kölgədə qalıb. Çünki rayon İH-nin başçısı Ənvər Seyidəliyevin göstərişi ilə istinad divarlarına vurulan üzlük daşlar da iş başa çatmamış sökülməyə başlayıb. Məlumatlara görə, səbəb də budur ki, başçının bacısı oğlu, ƏƏSM naziri Səlim Müslümov görülən bəzək-düzək işlərini bəyənməyib və işlərin yenidən başlanmasına əmr verib. Əslində isə məsələnin mahiyyətində büdcədən asan yolla pul silinməsinin dayandığı bildirilir.

Rayon əhalisi adi məişət problemlərinin girdabında boğulur. Hər gün istər rayon mərkəzində, istərsə də kəndlərdə elektrik enerjisi fasilələrlə verilir. Gün ərzində işıqlar 4-5 dəfə söndürülür. Bunun bir səbəbi avadanlıqların, yağ açarlarının, dirəklərin və naqillərin çoxdan istifadə müddətini keçməsi ilə əlaqədardırsa, bir səbəbi də xətlərin həddən artıq yüklənməsi ilə bağlıdır. Ağsunun özündə “şəhər-2” adlanan xətt var ki, gücündən 2-3 dəfə artıq obonentlərə xidmət göstərmək məcburiyyətindədir. Bu barədə həmin ərazidə yaşayan sakinlər və sahibkarlar dəfələrlə “Azərenerji” ASC-nin rəhbərliyinə və digər yuxarı qurumlara yazılı və şifahi şikayətlər ediblər, lakin məsələ ilə maraqlanan olmayıb. Camaat öz vəsaiti

hesabına yeni transformator da alıb ki, normal işıqla təmin olunsun, lakin transformator bir ildən yuxarıdır ki, quraşdırılmır. Ağsu EŞ-dən bildirirlər ki, Qəbələ REŞ-in rəhbərliyi buna icazə vermir. Nəticədə əhali tez-tez “yoxa çıxan” 80-100 volt enerjinin ümidinə qalıb.

Kəndlərə işıq dirəkləri ötən əsrin 60-70-ci illərində çəkilib. Həmin dirəklər istifadə müddətini çoxdan keçib. Buna görə də ağsulular tez-tez işıqların “göz vurmasına” bir növ adətkar da olublar.

Rayon daxili yolların vəziyyəti də işıq dirəklərinin taleyindən yaxşı deyil. Məlumatlara görə, Ağsu şəhərinin daxili yollarının əsaslı təmiri üçün ayrılan 800 min manatın yarım milyonundan artğı mənimsənildiyi üçün görülən işlərin keyfiyyətindən ümumiyyətlə danışmağa dəyməz. Bu azmış kimi Ənvər Seyidəliyev kəndlərarası daxili yolların təmir edilməsi adı altında rayonun daxili büdcəsindən 12 saylı Yol İstismar İdarəsinə 600 min manat vəsait ayırıb və həmin vəsaitin taleyi bəlli deyil. Odur ki, rayon daxili yollar dağılır, gündən-günə keçilməz olur.

Sənədlərdə tamamilə “yenidən istifadəyə verilən” rayon yollarının nəsibi isə ayrılan milyonlara rəğmən vurulan yamaqlar olub.

Rayonda hökm sürən sülalə hakimiyyəti artıq tam narazılıq yaradıb. Rayonun problemlərinə tamamilə yabançı olan, şəxsi maraqlarını təmin edən Ə. Seyidəliyev rəhbərliyi Ağsunu dibsiz bir uçuruma sürükləyir. Səlim Müslümov tərəfindən himayə olunan rayon rəhbərliyi isə ölkə qanunlarına məhəl qoymur. Çünki, Ağsuda yalnız sülalə qanunları hökmrandır.

Mustafa
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Ağsunun da icra başçısı yol üstədir – Ənvər Seyidəliyev qurtula biləcəkmi?

    Ağsunun da icra başçısı yol üstədir – Ənvər ...

    1-11-2018, 16:03

  • 
  • Səlim Müslümovun qohumlari Ağsunu çapıb talayır

    Səlim Müslümovun qohumlari Ağsunu çapıb talayır ...

    17-01-2013, 10:49

  • 
  • PREZİDENTDƏN SƏRƏNCAM - Ağsunun icra başçısı vəzifəsindən azad edildi

    PREZİDENTDƏN SƏRƏNCAM - Ağsunun icra başçısı ...

    30-09-2019, 16:05

  • 
  • Bu icra başçılarının qələmi qırıldı

    Bu icra başçılarının qələmi qırıldı ...

    14-01-2016, 17:58

  • 
  • Ağsu: Səlim Müslümov və qohumlarının girovuna çevrilən rayon

    Ağsu: Səlim Müslümov və qohumlarının girovuna ...

    25-11-2014, 19:44


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu