GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Abşeron Rayon Məhkəməsində dolanbac oyunu

Abşeron Rayon Məhkəməsində dolanbac oyunu

Tarix: 31-03-2015, 01:34 Bölmə :Ölkə Baxış: 0
Abşeron Rayon Məhkəməsində dolanbac oyunu

Baş məsləhətçi Pərvin Cabbarlının razılığı olmadan heç bir hakim işi icraata götürə bilməz

Azərbaycan Respublikasının sürətlə inkişaf etməsi haqqında bütün yüksək kürsülərdən ağızdolusu bəhs edilir. Dövlətin əsas sütunlarından sayılan sahələrdə bir ucdan islahatlar aparılır. Yüksək nəticələrin hasil olunub-olunmamasını söyləmək mümkün olmasa da həmin sahələrdə yarıtmaz halların, cəzalandırılan və işdən çıxarılan məmurlar haqqında da vaxtaşırı məlumat alırıq.

Belə yarıtmaz sahələrdən biri də MƏHKƏMƏ sistemidir. Aparılan islahatlara baxmayaraq məhkəmələrdə cüzi dəyişikliklər belə nəzərə çarpmır. Süründürməçilik, vətəndaşları boş-boşuna incitmək və s. hallar demək olar ki, bütövlükdə məhkəmə sisteminə xas olan haldır. Düzdür, vətəndaşların şikayətləri əsasında yoxlamalar aparılır və haqlı olaraq ciddi qanun pozuntularına yol vermiş hakimlər cəzalandırılır. Ancaq heç kim “gözü çıxan qardaşından” öyüd götürüb işində düzəliş etmək fikrində deyil.

Vətəndaşların özbaşınalıqlarla, süni süründürməçiliklərlə üzləşdiyi məhkəmələrdən biri də Abşeron Rayon Məhkəməsidir. Burada çox qəribə bir dolanbac oyunu yaradılıb. İnanmaq çətindir ki, sədrin bu dolanbac oyunundan xəbəri yoxdur.

İddia Ərizəsi burada dəftərxanaya yox, baş məsləhətçi Pərvin Cabbarlının kontoruna göndərilir. İddia Ərizəsinin qaydasını doğru-dürüst bilməyən Pərvin bəy kiçik əmmalarla ərizəni geri qaytartdırır və vətəndaşı get-gələ salır. Səbri olmayan və əsəbləri dözməyən insanlar ya dönüb gedir, ya da vəkil tutub kənara çəkilirlər.

İradəli insanlar isə ərizələrində dönə-dönə düzəlişlər etdikdən sonra Pərvin bəyin ala qapısından keçib məhkəmənin dəftərxanasına daxil olurlar. Dəftərxanada qəbul olunan sənəd sədrə üstü yazdırılandan sonra hər hansı bir hakimə ötürülür və bundan sonra oyunun ikinci raundu başlayır.

Vətəndaşın yaxınını qəbul edən hakim (deyək ki, İlkin Rəcəbov) onu qəbul etməməli olduğunu və yalnız hörmət edərək qəbul etdiyini, sonra üstünə qışqıraraq: “mən səni buradan qova da bilərəm” deməsi ilə görəsən, hansı eyhamlara işarə edir? Sonra ərizəni və sənədləri geri qaytaran hakim düzəlişlər edib gətirməyi tövsiyyə edir. Ərizə düzəlişdirilərək gətirildikdən sonra yenidən Pərvin bəyin hüzuruna göndərilir və dolanbac oyunu aylarla davam edir.

Maraqlı məqam həm də ondan ibarətdir ki, Abşeron Rayon Məhkəməsində Pərvin bəydən başqa məsləhətçilər dəstəsi də fəaliyyət göstərir. Onların Pərvin bəylə nə qədər əlaqəli işləyib-işləməməsini deyə bilməyən vətəndaşlar oranı sadəcə “Şaraşkinin kontoru” adlandırırlar.

Dəqiq bir məsələ ilə bağlı araşdırma apararkən özünü məsləhətçi adlandıran Aynur xanımın dediyinə görə İddia Ərizəsində yazılanlar hakim (yəni İlkin Rəcəbov – Ə.A) üçün maraqlı deyil. O, bunu bəlkə də oxumur, heç oxumağa marağı da yoxdur. Əsas məsələ iddiaçının ərizənin sonunda nə istədiyini aydın göstərməsidir.

Belə çıxır ki, hakim(lər) nəyi isə aydınlaşdırıb araşdırmaq marağında deyillər. Necə ki, Abşeron Rayon Məhkəməsinin hakimi İlkin Rəcəbov konkret fakt üzrə bunu eləmək istəmir. Çünki Pərvin bəyin razılığını almayıb.

Aynur xanımın dediklərindən o da bəlli oldu ki, hakim (özünə əziyyət verməmək üçün) ərizənin sonunda sırf olaraq qanunda göstərilən cümlələrin eynisini görmək istəyir. Belə olan halda ədaləti bərpa etmək üçün kim araşdırma aparmalıdır? Hər şey qanunlarda yazılan kimi olsaydı hakim – məhkəmə sisteminə nə ehtiyac qalırdı?

Başqa məsləhətçilərin bildirdiyinə görə Abşeron rayon məhkəməsinə üz tutan vətəndaşların əlli faizi (yəni tən yarısı – Ə.A) sonradan məhkəmənin özündən şikayətçi olur və onlar (yəni hakimlər və məhkəmədə məsləhətçi işləyənlər – Ə.A) artıq buna öyrəncəlidirlər. Bu münasibət özü məhkəmədə anarxiyanın hökm sürməsindən xəbər vermirmi? Haqqı, ədaləti bərpa etmək üçün məhkəməyə üz tutan vətəndaş, nədən məhkəmənin özündən şikayətçi düşsün?

Əli bəy Azəri
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Bakıda məhkəmə hakimi işdən qovuldu

    Bakıda məhkəmə hakimi işdən qovuldu ...

    29-10-2013, 10:49

  • 
  • Nazirliyin yüksək çinli zabitləri həbs edildi - Prezident işi nəzarətə götürdü

    Nazirliyin yüksək çinli zabitləri həbs edildi - ...

    30-07-2015, 00:25

  • 
  • Elçibəyin qardaşından Ağabəy Əsgərova ağır sözlər

    Elçibəyin qardaşından Ağabəy Əsgərova ağır sözlər ...

    15-05-2014, 18:53

  • 
  • Nazir iclas çağırdı - 3 məhkəmə hakimi cəzalandırıldı - Siyahı

    Nazir iclas çağırdı - 3 məhkəmə hakimi ...

    3-09-2015, 23:06

  • 
  • Yasamal rayon və Mingəçevir şəhər məhkəmələrinin hakimləri CƏZALANDIRILDI

    Yasamal rayon və Mingəçevir şəhər məhkəmələrinin ...

    3-09-2015, 23:15


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu