Daimi oxucularımızdan biri olan Nurlan Quliyev Facebook səhifəsinə SMS-lər göndərən bir xanım tərəfindən bezdirildiyindən gileylənir. Nurlan bildirir ki, bu qadını dəfələrlə “blok” etsə də, yenə də başqa ad-soyadlarla ondan Cin kontur yükləməyi tələb edir. İşi belə görən N.Quliyev gəncləri xəbərdarlıq etmək qərarına gəlib ki, heç kim bu hiyləgər qadının tələsinə düşməsin.
“Kişi dostlarım, inanmayın bu qadına. İnboxa yazır, kontur dilənir. Bir-iki dəfə aldanıb kontur yüklədim, amma məni “bloka” qoydular. İndi həmin qızlar öz taylarına məni məsləhət görürlər, daha aldanmıram, sizə də tövsiyyə edirəm”.
Sosial şəbəkələrdə hiyləgər və fırıldaqçı qızların yazdıqları şablon şəkilli SMS-i diqqətinizə çatdırırıq:
“Salam, iki manatlıq Cin kontur şifrəsi yaz, gizli nömrədən yığım. Sözümüz tutsa, açıq yığaram, bir az söhbət edərik özümüz haqqında. Sonra həyatda davam edək. Burda tanış olmağa oğlan çoxdur, düzgün birini axtarıram. Yalansız, əsl kişi. Bakıda yaşayıram, boşanmışam, uşağım yoxdur. Burda özüm haqqında heç nə danışmayacağam, təklifimlə razısansa, Cin kontur yaz, zəng edim. Razı deyilsənsə, “lişni” sual vermə.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?