GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Məhkəmə təsir və təzyiq altında verilən ifadələri sübut kimi qəbul edib”

“Məhkəmə təsir və təzyiq altında verilən ifadələri sübut kimi qəbul edib”

Tarix: 1-04-2015, 15:55 Bölmə :Ölkə Baxış: 0
“Məhkəmə təsir və təzyiq altında verilən ifadələri sübut kimi qəbul edib”

“Məhkəmə təsir və təzyiq altında verilən ifadələri sübut kimi qəbul edib”

Vəkil Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimlərini və işin istintaqını aparan MTN-nin müstəntiqlərini ittiham etdi

Şirvan Apellyasiya Məhkəməsində İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Sakit Qasımov, onun qardaşı Habil Qasımov, Natiq Ağayev, Cəmaləddin Quliyev və Nizami Məmmədovun cinayət işinə baxılıb. İttihama görə, Sakit Qasımov, Habil Qasımov, Natiq Ağayev, Camaləddin Quliyev və Nizami Məmmədov Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs olunublar.

Müəyyən edilib ki, mütəşəkkil dəstənin üzvləri İran İslam Respublikası ərazisində olan şəxsiyyətləri istintaqa məlum olmayan Səid, Mirvəli və Himayət adlı şəxslərlə cinayət əlaqəsinə giriblər. Onlar külli miqdarda narkotik vasitələri və psixotrop maddəni qaçaqmalçılıq yolu ilə Azərbaycana gətiriblər.

Belə ki, Sakit Qasımov 2012-ci ilin dekabr ayında istintaqa məlum olmayan mənbədən zavod üsulu ilə hazırlanmış 1 ədəd ov tipli bıçağı qanunsuz olaraq əldə edib. Həmin bıçaq 17 mart 2013-cü il tarixdə Sakit Qasımovun yaşadığı ünvana MTN əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı aşkar edilərək götürülüb.

Bundan başqa, Sakit Qasımov qardaşı Habil Qasımovla birlikdə istintaqa məlum olmayan mənbədən xalis çəkisi 67,91 qram təşkil edən narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib. O, həmin narkotik vasitəni Cəlilabad şəhərinin Xətai küçəsindəki 4 nömrəli evdə saxlayıb.

Həmçinin Sakit Qasımov, Habil Qasımov, Nizami Məmmədov, İran İslam Respublikası ərazisində olan şəxsiyyətləri istintaqa məlum olmayan Səid, Mirvəli, Himayət adlı şəxslərdən və digərlərindən ibarət qrup üzvləri arasında İrandan Azərbaycana narkotik vasitə gətirmək üçün plan qruplar. Razılığa əsasən, Sakit Qasımovun tapşırığı ilə Habil Qasımov Nizami Məmmədovla birlikdə 17 fevral 2013-cü il tarixdə İran İslam Respublikasına gedərək orada Səid, Mirvəli və Himayət adlı şəxslərlə görüşüb. Nizami Məmmədov həmin şəxslərin təqdim etdikləri narkotik vasitələr olan heroin və tiryəki şəxsən istifadə edərək onların keyfiyyətini yoxlayıb.

Torpağa basdırılan narkotik

Nazim Məmmədova təqdim edilmiş bir neçə cür narkotik vasitələrdən bəyəndiyi heroini və tiryəki Habil Qasımova göstərib. Məhz onun bəyəndiyi narkotik vasitələr olan heroinin və tiryəkin satış məqsədi ilə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsini məsləhət görüb. Bundan sonra onlar fevralın 27-də Azərbaycana

qayıdıblar. Habil Qasımov Nizami Məmmədova həmin narkotik vasitələrin seçilməsində göstərdiyi köməyə görə 500 manat verib. Sonra Səid və Mirvəli adlı şəxslər Nizami Məmmədovun bəyəndiyi həmin narkotik vasitələrdən Sakit Qasımovun və Habil Qasımovun sifarişləri əsasında 7.990 qram narkotik vasitə olan heroini və 966,95 qram narkotik vasitə olan tiryəki, eləcə də əlavə olaraq 303,9 ml, təsiredici maddəsinin miqdarı 2,71 qram təşkil edən maye halında psixotrop maddə olan amfetamin məhlulunu martın 9-da qaçaqmalçılıq yolu ilə Dövlət Sərhəd Xidmətinin 11-ci sərhəd zastavası ərazisindən Azərbaycana keçiriblər. İranlılar narkotik vasitəni Cəlilabad rayonunun Yusublu kəndinin qəbiristanlığının yaxınlığında torpağa basdırıblar. Daha sonra İran vətəndaşları bu barədə Sakit Qasımovu məlumatlandırıblar.

Sakit Qasımov qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilmiş həmin narkotik vasitələri və psixotrop maddəni götürmək məqsədi ilə qrup üzvləri Camaləddin Quliyev və digər şəxslər birlikdə martın 12-də, saat 21 radələrində Səid və Mirvəlinin dediyi yerə gediblər. Lakin narkotik vasitələrin və psixotrop maddənin gizlədildiyi yeri tapa bilmədikləri üçün geri qayıdıblar.

Daha sonra Sakit Qasımovun tapşırığı ilə qardaşı Habil Qasımov narkotik vasitələrin və psixotrop maddənin

gizlədildiyi yeri dəqiqləşdirmək məqsədi ilə 13 mart 2013-cü il tarixdə İran İslam Respublikasına gedərək orada Səid və Mirvəli adlı şəxslərlə görüşüb. Səid və Mirvəli narkotik vasitələrin və psixotrop maddənin gizlədildiyi yeri göstərmək məqsədi ilə Habil Qasımovu sərhəd yaxınlığına gətiriblər. Oradan Azərbaycan Respublikası ərazisində narkotik vasitələrin və psixotrop maddənin gizlədildiyi yeri-Cəlilabad rayonunun Yusublu kəndinin yaxınlığını ona göstəriblər. Habil Qasımov martın 14-də Azərbaycana qayıdıb.

Ertəsi gün, saat 18 radələrində Cəmaləddin Quliyev digər şəxslərlə birlikdə narkotik vasitələri və psixotrop maddəni gizlədildiyi yerdən götürmək məqsədi ilə Cəlilabad rayonunun Yusublu kəndinin yaxınlığına gediblər. Onlar orada narkotik vasitələri və psixotrop maddəni axtarıblar. Lakin tapmayaraq Cəlilabad şəhərinə qayıdıblar.

Dəstə üzvləri gizlədilən nartkotikanı necə tapıblar?

Martın 17-də Sakit Qasımov tanışı Natiq Ağayevlə birlikdə Cəlilabad rayonunun Yusublu kəndi yaxınlığına gedərək qrupun digər üzvləri ilə birlikdə əvvəlcədən sifariş verdikləri və qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilən narkotik vasitənin gizlədildiyi yerlə tanış olublar və sonra yenidən Cəlilabad şəhərinə dönüblər.

Bundan sonra Sakit Qasımov əldə olunacaq narkotik vasitələri özünün yaşadığı Cəlilabad şəhəri, Xətai küçəsi,

ev 4 ünvanına gətirməyi Natiq Ağayevə təklif edib. Bunun müqabilində Sakit Qasımov ona 3000-4000 dollar məbləğində pul verəcəyini vəd edib. Natiq Ağayev narkotik vasitələri qeyd olunan ünvana öz avtomobili ilə gətirməyə razılıq verib.

Həmin gün saat 17 radələrində Natiq Ağayev Sakit Qasımovla birlikdə narkotik vasitələri qəbul etmək üçün yenidən Yusublu kəndi yaxınlığına gedib. Orada Sakit Qasımov istifadəsində olan telefonla Səid adlı şəxslə əlaqə saxlayıb. Onlar Səidin verdiyi istiqamət əsasında, qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilmiş narkotik vasitələrin və psixotrop maddənin gizlədildiyi yeri axtararaq tapıblar.

Sakit Qasımov bıçaqla torpağı qazaraq orada gizlədilmiş həmin narkotik vasitələri və psixotrop maddəni götürüb. Daha sonra o, narkotik vasitələri Natiq Ağayevin idarə etdiyi “VAZ 2106” markalı avtomobillə Cəlilabad şəhərində olan evinə gətirib. Elə həmin gün, saat 18:15-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən keçirilmiş baxış nəticəsində Sakit Qasımovun yaşadığı ünvandan narkotik vasitələr aşkar olunaraq götürülüb.

Üst-üstə 55 il cəza

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sakit Qasımov 14 il, Habil Qasımov 13 il, Natiq Ağayev 10 il 6 ay, Camaləddin Quliyev 7 il, Nizami Məmmədov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı

qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onların şikayəti baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib.

Hakim Amil Dosiyevin sədrliyi ilə keçirilən prosesdə çıxış edən Nizami Məmmədovun vəkili İbrət Həsənov bildirib ki, müdafiə etdiyi şəxs elan edilmiş ittiham üzrə təqsirli bilməyib: “Nizami Məmmədov birinci məhkəmə instansiyasında bildirib ki, istintaq zamanı ona edilən müxtəlif təsir və təzyiqlərlə əlaqədar olaraq etirafedici ifadələr verib. Cinayət işinin materiallarında Nizami Məmmədovun və digərləri ilə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girərərək İran İslam Respublikasından Azərbaycan Respublikasına narkotik vasitə gətirməsini təsdiq edən heç bir sübut yoxdur. Məhkəmə iclasında dindirilən digər təqsirləndirilən şəxslər də həmin narkotik vasitənin gətirilməsi məsələsində Nizami Məmmədovun heç bir əlaqəsinin olmadığını bildiriblər. Məhkəmə iclasının gedişində toplanmış sübutlar, yəni təqsirləndirilən şəxslərin ifadələri və digər hallar sübut kimi qəbul edilməyib. Əsassız olaraq yalnız təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı təsir və təzyiq altında verdikləri ifadələr sübut kimi qəbul olunub. Bu da qanunvericiliyin tələblərinə ziddir. Bu səbəbdən də Nizami Məmmədovun təqsirinin olmaması əsasına görə onun barəsində bəraət hökmü çıxarılmalıdır”.

“Qardaşımı İrana göndərdim”

Sakit Qasımov ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərib ki, 2012-ci ilin mart ayında cəzasını çəkib azadlığa çıxdıqdan sonra Zülfüqar adlı əslən Cəlilabad rayonundan olan şəxslə görüşüb. Onun sözlərinə görə, Zülfüqarın təklifi ilə bir yerdə oturub çörək yeyiblər: “Həmin vaxt Zülfüqar İran İslam Respublikasından narkotik gətirməli olduğunu, lakin axtarışda olduğundan bunu edə bilmədiyindən məndən kömək etməyimi xahiş etdi. Zülfüqarın təklifi ilə razılaşdım və iranlılar narkotik vasitəni Azərbaycana keçirdikdən sonra həmin narkotik vasitəni götürməyi vəd etdim. Bu barədə qardaşım Habilə danışaraq onu İrana göndərdim, İranda mal yiyələrinə narkotik vasitəni Azərbaycana keçirmələrini tapşırdım. Martın 12-də Mirvəli zəng vuraraq artıq narkotik vasitənin Azərbaycana keçirildiyini bildirdi. Mən Bakı şəhərinə gedərək Zülfüqarı Cəlilabada gətirdim. Birlikdə Zülfüqarın dediyi Yusublu kəndi istiqamətində getməkdə məqsədimiz İrandan Mirvəligilin göndərdiyi narkotik vasitələri gizlədildiyi yerdən götürmək olub. Rayonun Təklə kəndinə yaxınlaşarkən Zülfüqar güdüldüyümüzü hiss etdiyi üçün geri qayıtdıq. Bundan sonra Səidlə əlaqə saxladım, Səid sərhəddin yaxınlığında narkotik vasitələrin basdırıldığı yeri göstərmələri üçün Habili İrana göndərməyimi bildirdim. Ona görə də martın 13-də Habil Biləsuvar Gömrük Postundan keçərək İrana getdi. Martın 14-də Habil geri qayıtdı. Zülfüqarla görüşərək narkotik

vasitələrin gizlədildiyi yeri şifahi olaraq başa saldım. Martın 15-də Zülfüqar yenidən Habil, Cəmaləddin və Məzahirlə birlikdə narkotik vasitələri axtarmaq üçünYusublu kəndinə getdik. Bu dəfə də narkotik vasitələri tapa bilməyərək geri qayıtdıq”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, martın 17-də Natiq Ağayev adlı qonşusu ilə birlikdə Yusublu kəndinə gedərək onun üçün göndərilmiş narkotik vasitələri götürməyi təklif edib: “Natiqə həmin narkotik vasitələrin satdıqdan sonra ona 3000-4000 dollar məbləğində pul verəcəyimi bildirdim. Birlikdə Natiqə məxsus “VAZ-2106” markalı avtomaşınla Yusublu kəndinə yola düşdük. Yolda telefonla Səidlə əlaqə saxladım. Səid durbinlə baxaraq telefonda mənə istiqamət verdi və narkotik vasitələrin basdırıldığı yeri tapdım”.

“Mənə tələ qurulub”

Sakit Qasımov ifadəsində həmçinin narkotik vasitəni evinə gətirdiyini, Natiq vəd olunan pulu narkotik vasitələri satandan sonra verəcəyini vəd edib. O, daha sonra qeyd edib ki, Natiqlə razılaşaraq bir büküm heroini götürərək evdən çıxmaq istəyib: “Bu zaman evə mülki geyimli şəxslər girdilər. Onlar özlərini MTN-nin əməkdaşları kimi təqdim edərək, hal şahidlərinin iştirakı ilə yaşadığım evə baxış keçirdilər. Baxış zamanı Natiqlə birlikdə gətirdiyim içərisində narkotik vasitə olan idman çantasını və digər otaqdan Habilin gətirdiyi əvvəlki

heroindən qalan 67,91 qram heroini və 2012-ci ilin dekabr ayında bazardan aldığım bir ədəd bıçaq tapıldı. İstintaq vaxtı sərbəst ifadə vermişəm, mənə heç bir təsir və təzyiq olmayıb. Evimdən aşkar edilən bıçaq və narkotik vasitələr mənə məxsusdur. Lakin 67,91 qram çəkidə olan heroinə görə özümü təqsirli bilmirəm. Bundan əlavə, narkotik vasitələr İrandan keçirilməyib. Həmin narkotik vasitələr elə Azərbaycan tərəfində qoyularaq mənə tələ qurulmasını güman edirəm. Ona görə də verilən ittihamla razı deyiləm”.

Narkotik, yoxsa meyvə qurusu

Digər təqsirləndirilən şəxslər də ifadə verərək özlərini təqsirli bilməyiblər. Daha sonra Sakit Qasımovun ifadəsində adı hallanan Zülfüqar Dövlətov şahid qismində ifadə verib. O, bildirib ki, onun adıçəkilən narkotik vasitələrin əldə edilməsindən, habelə Azərbaycan Respublikasına keçirilməsindən hər hansı bir məlumatı olmayıb: “Axtarışda olduğum üçün qeyri-qanuni yolla İrana keçmək üçün yollar axtarmışam. Sakit Qasımov iranlı tanışlarının ona qeyri-qanuni yolla quru meyvə göndərəcəklərini, həmin meyvələri gətirən şəxslərlə birlikdə mənim İrana keçməyimi təklif edib. Odur ki, əvvəlcədən tanıdığı Sakit Qasımovla görüşdüm. Lakin iranlılar gəlmədiyi üçün həmin ölkənin ərazisinə keçə bilməmişəm. Sonradan səhv etdiyimi başa düşərək könüllü olaraq ibtidai istintaq orqanına təslim olmuşam”.

Dövlət ittihamçısı Ədalət Əzimov deyib ki, təqsirləndirilən şəxslərin barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm ədalətlidir. Apelyasiya şikayətlərinə etiraz etdiyini qeyd edən dövlət ittihamçısı bildirib ki, təqsirləndirilən şəxslərin əməlləri cinayət işinin materialları ilə sübuta yetirilib. O, birinci məhkəmə instansiyası hökmünün qüvvədə saxlanılmasını istəyib.

Tərəflərin fikirlərini öyrənən hakim heyəti Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünü ləğv edib və iş üzrə yeni hökm çıxarıb. Yeni hökmə əsasən, Nizami Məmmədova irəli sürülən Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə bəraət verilib. Nizami Məmmədov həmin məcəllənin 32.5,234.4.1 və 32.5, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib. Yeni hökmdə digər təqsirləndirilən şəxslərin cəzası dəyişdirilmədən saxlanılıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İrandan narkotik gətirənlərə cəza verildi

    İrandan narkotik gətirənlərə cəza verildi ...

    22-07-2015, 13:56

  • 
  • MTN Azərbaycanda 11 narkotaciri yaxaladı

    MTN Azərbaycanda 11 narkotaciri yaxaladı ...

    1-05-2013, 16:08

  • 
  • Ölkələr arası narkotik biznesi

    Ölkələr arası narkotik biznesi ...

    28-12-2015, 21:51

  • 
  • MTN-dən növbəti narkotika əməliyyatı

    MTN-dən növbəti narkotika əməliyyatı ...

    25-09-2014, 15:12

  • 
  • İrandan narkotik gətirənin şikayəti təmin edilmədi

    İrandan narkotik gətirənin şikayəti təmin edilmədi ...

    15-09-2016, 12:32


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (327)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu