GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ölkələr arası narkotik biznesi

Ölkələr arası narkotik biznesi

Tarix: 28-12-2015, 21:51 Bölmə :Ölkə Baxış: 0
Ölkələr arası narkotik biznesi

MTN-nin həbs etdiyi narkotik alverçilərinə hökm oxundu

Narkotik alverində ittiham olunan Vidadi İsayev, Xəyyam Qasımov, Rəşad Əhmədov, Adil Qarayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, Rəşad Əhmədov 2014-cü ilin yanvar ayından İran İslam Respublikasına etdiyi mütəmadi səfərlər zamanı tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası ərazisində olan şəxslə əvvəlcə Adil Qarayevi, daha sonra, yəni 2014-cü ilin iyul ayının 8-də qrupun digər üzvləri Xəyyam Qasımovu və digərlərini tamah niyyəti ilə külli miqdarda narkotik vasitələrin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilməsi, satış məqsədilə qanunsuz olaraq əldə edilməsini təşkil edib.

Eləcə də, Rəşad Əhmədov Xəyyam Qasımovu külli miqdarda narkotik vasitənin daşınaraq Azərbaycan Respublikası ərazisindən Ukraynaya keçirilməsi məqsədilə başqa şəxslərlə tanış edib. Qrup üzvləri arasında əldə olunmuş razılaşmaya əsasən Xəyyam Qasımov və digər şəxslər Rəşad Əhmədov vasitəsilə tanış olduqları İran İslam Respublikası ərazisində 4599,2 qram narkotik vasitə olan tiryək sifariş edib. Rəşad Əhmədov narkotik vasitələri qrupun digər üzvü Adil Qarayev vasitəsilə sifarişçilərə çatdırmağı öz öhdəsinə götürüb.

Xəyyam Qasımov və digər şəxslər iranlı şəxslə tanış etdiyinə və gələcəkdə narkotik vasitənin qanunsuz dövriyyəsində iştirakına görə, Rəşad Əhmədova 4000 ABŞ dolları məbləğində pul verilməsi barədə razılığa gəlinib.

2014-cü ilin 30 iyun - 2 iyul tarixlərində qrup üzvü Adil Qarayev İran İslam Respublikasında səfərdə olarkən iranlı şəxs ona görəcəyi işin müqabilində 2000 ABŞ dolları məbləğində pul verib və külli miqdarda narkotik vasitəni Azərbaycan ərazisində qəbul edərək Xəyyam Qasımova çatdırmağı ona tapşırıb.

İran İslam Respublikası ərazisində olan şəxs həmin ölkənin ərazisində istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi külli miqdarda narkotik vasitəni 2014-cü ilin sentyabr ayının sonlarında qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək Yardımlı rayonunun Arus kəndi ərazisində yolun kənarında gizlədib. Həmin şəxs bu barədə telefonla qrupun üzvü Adil Qarayevə məlumat verib.

Bundan sonra Adil Qarayev 4599,2 qram narkotik vasitə olan tiryəki gizlədilən yerdən götürərək özündə saxlayıb. O, həmin narkotik vasitəni Bərdə şəhərinə gətirib və orada Xəyyam Qasımova çatdırıb. Xəyyam Qasımov Adil Qarayevdən satış məqsədilə əldə etdiyi həmin narkotik vasitə olan tiryəki sonradan qrup üzvləri üçün əlverişli şəraitdə Azərbaycan Respublikasından Ukrayna ərazisinə qaçaqmalçılıq yolu ilə göndərmək məqsədilə Bərdə şəhəri ərazisində torpağa basdırmaqla gizlədib.

Daha sonra Xəyyam Qasımov külli miqdarda narkotik vasitəyə görə ödəniləcək 17500 ABŞ dolları məbləğində pulun 5000 ABŞ dollarını 2014-cü ilin dekabr ayının əvvəllərində şəxsiyyəti istintaqa məlum olmayan şəxslər vasitəsilə İran İslam Respublikası ərazisində olan şəxsə göndərib.

Bundan başqa, Rəşad Əhmədov, Adil Qarayev və İran İslam Respublikası ərazisində olan şəxs təkrarən cinayət əlaqəsinə giriblər. Onlar 23 noyabr 2014-cü il tarixdə külli miqdarda narkotik vasitə sifariş edib, həmin sifariş əsasında İran İslam Respublikası ərazisində olan şəxs əldə etdiyi 4952,9 qram narkotik vasitə olan tiryəki şəxsiyyəti Yardımlı rayonunun ərazisinə keçirib. Bundan sonra həmin iranlı dekabrın 9-da narkotik vasitənin artıq Yardımlı rayonunun ərazisində olması barədə telefon vasitəsi ilə Rəşad Əhmədovla Adil Qarayevə məlumat verib.

Əvvəlcədən əldə olunmuş razılığa əsasən Rəşad Əhmədov dekabrın 11-də Adil Qarayevlə birlikdə sonuncunun idarə etdiyi “VAZ-21093” markalı avtomobillə Yardımlı rayonunun ərazisində, Masallı-Yardımlı avtomobil yolunun kənarında olan “Masallı 40 km” sözləri yazılmış lövhənin

yaxınlığına gəliblər. Onlar orada gizlədilən 4952,9 qram olan tiryəki götürəriblər və yenidən Bərdə şəhəri istiqamətinə qayıdıblar.

Həmin gün Rəşad Əhmədovla Adil Qarayev Cəlilabad rayonu ərazisində Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Avtomobilə keçirilən baxış zamanı narkotik vasitə aşkar edilərək götürülüb.

İstintaq sənədlərində daha sonra qeyd olunur ki, Rəşad Əhmədov, Adil Qarayev, Xəyyam Qasımov və digərlərinin 4599,2 qram narkotik vasitə olan tiryəki gizli Ukraynaya keçirilməsi barədə Dneprpetrovsk-Göyçay marşrutu ilə sərnişin daşıyan Vidadi İsayevlə 2014-cü ilin son aylarında ümumi razılığa gəliblər. Sonra Xəyyam Qasımov qanunsuz olaraq əldə edərək saxladığı tiryəki 31 yanvar 2015-ci il tarixdə, saat 18.00-da Göyçay rayonunda Vidadi İsayevə təhvil verib.

Vidadi İsayev narkotik vasitəni idarə etdiyi “Mercedes Vita” markalı avtomobilinin ehtiyat təkərinin içərisində gizlədib və qaçaqmalçılıq yolu ilə Ukrayna ərazisinə keçirmək istəyib. Bu məqsədilə o, 2 fevral 2015-ci il tarixdə idarə etdiyi avtomobildə Qazax rayonu istiqamətində hərəkət edərkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi İsayev 9 il 6 ay, Xəyyam Qasımov 12 il, Rəşad Əhmədov və Adil Qarayev 11 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan Vidadi İsayev və Xəyyam Qasımov apelyasiya şikayəti veriblər. Rəşad Əhmədov və Adil Qarayev apelyasiya şikayəti vermədiyi üçün apelyasiya instansiyasında ancaq Vidadi İsayev və Xəyyam Qasımova aid hissədə cinayət işi araşdırılıb. Vidadi İsayev və Xəyyam Qasımovun şikayəti baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Elşad Bayramovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətlərini araşdıran hakim kollegiyası sonda qərar elan edib. Qərara görə, təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin edilməyib.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İrandan narkotik gətirənlərə cəza verildi

    İrandan narkotik gətirənlərə cəza verildi ...

    22-07-2015, 13:56

  • 
  • Narkotik qaçaqmalçılığının qarşısı alınıb

    Narkotik qaçaqmalçılığının qarşısı alınıb ...

    12-07-2013, 21:32

  • 
  • MTN-dən növbəti narkotika əməliyyatı

    MTN-dən növbəti narkotika əməliyyatı ...

    25-09-2014, 15:12

  • 
  • Azərbaycandan Avropaya külli miqdarda narkotik vasitənin daşınmasının qarşısı alınıb

    Azərbaycandan Avropaya külli miqdarda narkotik ...

    24-07-2018, 15:20

  • 
  • DTX-nın tutduğu narkotik alverçilərindən şok faktlar

    DTX-nın tutduğu narkotik alverçilərindən şok ...

    5-02-2018, 12:15


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu