GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycanın fəhlə müəllimləri

Azərbaycanın fəhlə müəllimləri

Tarix: 1-04-2015, 16:46 Bölmə :Ölkə Baxış: 0
Azərbaycanın fəhlə müəllimləri

“Dindirir əsr bizi dinməyiriz!”

Nəhayət ki, uzun sürən müzakirələr, debatlar, dövlət proqramları, kurikulum layihələri öz bəhrəsini verdi. Təhsilimizdə hökm sürən problemlərin həlli Balabəy müəllimin timsalında ədalətlə çözüldü. İllərdir cəmiyyətin saqqız kimi çeynədiyi müəllimlərin kasıbçılıq dərdinə millətin vəkili, müəllimlərin yaxın dostu, təhsilimizin yanar çırağı Hadı Rəcəbli bir sözü ilə əncam çəkdi. Ziyalı ürəyi müəllimin kasıbçılığına dözməyən, dəfələrlə bu ağır dərddən kövrələn Hadı müəllim (müəllim sözü ona həqiqətən də yaraşır) bildirib ki, 100-150 manata dolanmaq çətindir. Nə qədər bu binəva müəllim arvad-uşaq yanında üzüqara olmalıdır, cındırından cin ürkməlidir. Toylarda nisyə yeyib-içib sağlıq deməlidir. Axır ki, onlara da dövlət qayğısı göstərməyin vaxtı çatıb. Manatın ucuzlaşdığı, Yaxın Şərqdə vəziyyətin ağır olduğu bu dönəmlərdə Hadı müəllim “nə şiş yansın, nə kabab” prinsipinə uyğun olaraq yeni, iqtisadi baxımdan dahiyanə bir təkliflə çıxış edib. Müəllim dərsdən sonra fəhləlik eləsin və çörəyini qazansın!

Bu müdrik kəlamlardan sonra ölkənin bütün müəllimləri çırtıq çalıb oynamaqla məşğuldurlar. Düzdür, ziyalı olmalarına rəğmən onlar son vaxtlar dövlətin müəllimləri unutduğu haqqında pessimist fikirlərə qərq olmuşdular. Hətta işini atıb millət vəkili, icra başçısı olmaq eşqinə düşənlər də tapılırdı. Neyləsinlər, zəmanə çətindir, bir yolla dolanmaq lazımdır. Ancaq, bu çətin və məsuliyyətli dövrdə Hadı müəllim ölkənin pedoqoji ictimaiyyətini sıxıntıdan qurtardı. Fəhləlik! Tamamilə doğru və düzgün təklifdir. Adamın yadına Vladimir İliçin fəhlə-kəndli hökuməti düşür. Hətta bu təklifdən sonra müəllimlər dövlət gerbində oraq və çəkic təsvirləri görməyi arzulayırlar. Ölməz Sabirin “Fəhlə, özünü sən də bir insanmı sanırsan”? misralarını dəyişərək “Fəhlə, özünü sən də müəllimmi sanırsan” şəklində zümzümə edirlər.

Doğrudan da bu dahiyanə fikir necə olub ki, indiyə qədər heç kimin ağlına gəlməyib. Müəllimlər indiyə qədər tikintilərdə, varlıların evlərində fəhlə işləyəndə öz peşələrini gizləyirdilər. Müəllim olduqlarını dilə gətirməkdən xəcalət çəkirdilər. Bundan sonra hər bir müəllim mal-qarasına baxdığı fermerin, qapısında tikinti tikdiyi, palçıq qarışdırdığ şəxsin yanında utanmadan, alnı açıq, üzü ağ şəkildə diplomunu təqdim edərək hayqıracaq: “Alın a, yana yana qalın a, mən Azərbaycan müəllimiyəm!”

Səhərlər isə yorğun arğın, hıqqana-hıqqana məktəbə gəlib xoşbəxt gələcəkdən, azadlıqdan bir neçə dərs danışıb yenə də fəhləliyinə geri dönəcək. Məktəblərdə isə təbaşir yerinə sementdən, əyani vəsait kimi isə maladan, şaquldan istifadə ediləcək. Hətta müəllimlər üçün arxasında “Azmüəllimfəhlə” yazılmış vahid geyim formasından da istifadə edilməsi gündəmdədir. Beləcə, ölkəmizin çoxminlik müəllim ordusu həm də abadlıq-quruculuq işlərinə öz töhfələrini verəcəklər.

Tam əminliklə söyləmək olar ki, artıq müəllimlərin bütün sosial problemlərinə əncam tapılıb. Artıq onlar bir pors deyil yarım pors sup içməklə kifayətlənəcəklər. Hökm deyil ki, qarnın tutduqca yeyəsən. Əsas odur ki, acından ölməyəsən və nə

isə yeyəsən. Xüsusilə bu yediyin yarım pors supa fəhlə əməyinin alın təri qarışanda daha da ləzzətli olur.

Eşq olsun Azərbaycan müəlliminə!

Yaşasın sarsılmaz Fəhlə-Müəllim ittifaqı!

Tikinti meydanlarını müəllimsiz qoymayaq!

Uzun sürən sürəkli alqışlar və yaylım atəşləri səsləndirilir. Müəllimlərin, üzr istəyirik, fəhlə-müəllimlərin şərəfinə!

Mustafa
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Hadı Rəcəblinin misal çəkdiyi Balabəy müəllim danışdı

    Hadı Rəcəblinin misal çəkdiyi Balabəy müəllim ...

    13-03-2015, 21:15

  • 
  • Hadı Rəcəbli Hüseynbala Mirələmovun məlum videosundan danışdı: - “Montajdı, kişi oruc tutur”

    Hadı Rəcəbli Hüseynbala Mirələmovun məlum ...

    22-04-2021, 13:17

  • 
  • Hadı Rəcəbli bir aya 6 müəllimin orta əmək haqqısı qədər maaş alır...

    Hadı Rəcəbli bir aya 6 müəllimin orta əmək ...

    1-04-2015, 16:53

  • 
  • “Niyə Qarabağ əlilinə dərman, nəqliyyat pulsuz olmalıdır ki?!” – Hadı Rəcəbli

    “Niyə Qarabağ əlilinə dərman, nəqliyyat pulsuz ...

    5-11-2017, 13:58

  • 
  • Hadı Rəcəblinin oğluna nazirlikdə vəzifə verildi

    Hadı Rəcəblinin oğluna nazirlikdə vəzifə verildi ...

    15-06-2020, 15:24


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu