Türkiyə Qadınlar Basketbol Super Liqasının pley-off oyununda insident yaşanıb.
Türkiyənin “Hürriyet” qəzeti bildirir ki, hadisə “Fənərbaxça” ilə “Yakın Doğu Üniversitesi” matçında baş verib.
“Fənərbaxça” prezidenti Aziz Yıldırım ona salam verən rəqib komandanın prezidenti Işık Eygüngörə şillə vurub. Polislərin müdaxiləsindən sonra vəziyyət normallaşıb.
Matç başa çatdıqdan sonra A. Yıldırım mətbuata açıqlamasında I. Eygüngörü əxlaqsızlıqda günahlandırıb. Onun sözlərinə görə “Yakın Doğu Üniversitesi”nin rəhbərliyi finaldan əvvəl “Fənərbaxça”lı oyunçulardan bəzilərinə transfer təklif edib.
Türkiyə Gənclik və İdman Nazirliyi olayla bağlı araşdırmaya başladığını açıqlayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?