Bakı Şəhər Baş Polis İdarəsi mitinqlə bağlı açıqlama yayıb.
İdarədən daxil olan məlumata görə, martın 31-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.
Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1200 (min iki yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.
İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.
**** Müxalifətin Milli Şura adlı radikal qrupu və Müsavat partiyasının bu gün saat 15:00-a təyin etdiyi mitinq yarım saat gec başlayıb.
Buna səbəb Əli Kərimli və Arif Hacılının mitinq yerinə gec gəlməsi göstərilir. Ənənəvi yığınacaq Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə “Məhsul” stadionunda keçirilir.
Milli Şura və Müsavatın çağırışına qoşulanların sayı bundan əvvəlki mitinqlə müqayisədə xeyli azdır.
Qeyd edək ki, müxalifətin digər partiya və təşkilatları 31 mart mitinqini dəstəkləmir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?