GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Şahbaz Xuduoğlu başına gələn faciədən yazdı - "Yenə gecikdim..."

Şahbaz Xuduoğlu başına gələn faciədən yazdı - "Yenə gecikdim..."

Tarix: 7-04-2015, 21:55 Bölmə :Ölkə Baxış: 0
Şahbaz Xuduoğlu başına gələn faciədən yazdı - "Yenə gecikdim..."

Bu yazını Yardımlı yolunda avtomobil qəzasında həyatını itirən bütün insanlara həsr edirəm
Məlum olduğu kimi, fevral ayının 12-də naşir-publisist Şahbaz Xuduoğlu ailə üzvləri ilə birlikdə Yardımlıdan hüzr mərasimindən qayıdarkən qəzaya uğramışdı. Üstündən iki aya yaxın müddət keçəndən sonra o, başına gələnləri qələmə alıb. Musavat.com Ş.Xuduoğlunun kədərli təəssüratlarını oxucularına təqdim edir:
1-ci hissə

Qohum-əqrəba məni sevməz, xeyir-şər adamı deyiləm. Əvvəllər toylara dəvət edirdilər, görəndə ki dəvət cavabsız qalır, daha onu da etmirlər. Yaslar barədə də xəbər tutmuram, çünki xəbər verə biləcək insanlarla əlaqəm kəsilib.
Son dəfə kəndə Alış əmimin hüzrünə getmişdim. Ondan öncə Tərxan dayı rəhmətə getdi, yasına gedə bilmədim. Üstündən bir neçə il keçməsinə baxmayaraq, hələ indi də oğulları ilə üz-üzə gəlməkdən, göz-gözə gəlməkdən ehtiyat edirəm. Elə bilirəm, məni hələ də qınayırlar və o qınaq onların baxışlarında, sifətlərində güzgü kimi mənə baxır.
Yadımda qalan bir səfərim də olmuşdu, onda Balaş əmi 105 yaşındaydı. Pəncərədən süzülən günəş işığında ona diqqətlə baxdıqca anlamaq istəyirdim: görən, bu qədər uzun yaşamağın bizdən – uşaqlarından başqa kiminçünsə əhəmiyyəti varmı? Dostları, həmfikirləri, tay-tuşları yox, hamı atıb gedib, təkcə üstündə günü-gündən yüngülləşən və kiçilən dəmir çarpayıdan başqa. Çox keçməz, dəmir dostu da ondan imtina edəcəkdi.
Uzunömürlü insanlar yalnız təsəlli üçün var olmalı deyil, onlar həm də ötürücüdür, yaddaş ötürücüsü. Qısa ömürlü insanlar, həyatını tez itirən insanlar isə sevgi ötürücüsü, onlar sevginin nə olduğunu anladırlar. Onlardan bizə əbədi sevgi qalır. Hər bir vaxtsız itki ifadə edə bilmədiyin sevginin dərin təəssüf hissini yaşadır. Yaşadığın çevrəyə, insanlara qayğın, mərhəmətin, diqqətin daha da artır.
Balaş əmimin yaşaması onun ürəyindən deyildi, narahat idi, ətrafına verdiyi əziyyətdən daha çox özü əzab çəkirdi. Mən onun əzabını yüngülləşdirmək gücündə deyildim, bu dağ kəndində yüngülləşdirmə işlərinə yalnız əcəl baxır. Əlbəttə, dövlətdən də söhbət gedə bilməz. Burada dövlət vətəndaşın cibində toz basmış pasportundan başqa bir şey deyil. Bir dəfə soruşmuşdum: “Əmi, nəyin çatışmır? ” “Ünsiyyətim, bala, danışacağım adamlar”, – demişdi.

Məhz kənd yerində ahılların yaşamaq əzabını görməmək üçün nədənsə insanlardan, özümdən yox, kənddən küsdüm və daha ən xırda səbəblər belə ora getməyimə mane olurdu.
Bir gün gözlədiyim xəbər məni işimdə yaxaladı, əmimin dəfninə yollandım. Yenə hamıdan gec çatmışdım, yenə qohumların tənəli baxışları məni təqib edirdi. Yas yerində, demək olar ki, heç kimlə söz kəsmədim, bu yerlərin yaddaşını kökləyən bir adam var idi, o da rəhmətə getmişdi.
Kiçik qardaşım yaşayan evə gəldim, çay içdim və vaxt itirmədən geri döndüm.
Növbəti dəfə kəndə səfərim Alış əminin dünyadan köçməsi ilə bağlı idi, yenə hamıdan gec getmişdim. Yağış yağırdı, üstəlik, soyuq külək bədənimi süzgəcə çevirmişdi, adamlar həyətə toplaşıb cənazənin dəfnə hazırlığını gözləyirdi, mən isə soyuğa məğlub oldum, maşında oturub sobanı yandırdım, az sonra gəlib irad tutdular ki, gec gəlməyin bir yana, heç olmasa camaatın içində dur.
Dəfndə iştirak edəndən sonra heç kimə demədən dərhal geriyə, Bakıya yol aldım.
Dörd qardaşın sonuncusu Ayxan əmimin ölümünü gecə 4-də mənə Faiq dedi: “Qobustanı keçmişik, xəbərin olsun”. Düşünmədən “gəlirəm” deyə cavab verdim.
Könülə məsləhət etdim:
– Əmim rəhmətə gedib, getməliyəm.
– Gəlinlər gedirsə, mən də gedim?
– İstəyirsən, gedək.
– Gözlə, gedirəm.
Sürücünü çağırdım, gəldi. Həyətdən çıxanda Könülə baxdım.
– Ayaqqabımın dabanları hündür deyil? – soruşub, mənə zəndlə baxdı.
– Yox, belə gözəldi, – gülümsədim.
Çöl qapıdan çıxanda tələsik geri döndü, bildim ki, unutduğu əhəmiyyətli bir əşya üçün qayıtdı (baxmayaraq ki, çantasızdı və məntiqlə “onun dalınca getdi” deyə düşünə bilərdim), amma dərhal ağlıma gəldi ki, yəqin, Tengizi öpməyə döndü. Gələndə “az qala unudacaqdım”, – dedi. Yenə ağlımdan keçdi ki, yəqin, Tengizlə vidalaşmağı nəzərdə tutur.

Kəndə bazarlıq etmək üçün Masallı bazarına döndük, əlimizə keçəndən aldıq. Yolumuza davam etdik.

Masallıda bazarlıq etmək yaxşıdır, amma bazarın o halını görmək qədər utancverici bir şey yoxdur, hər tərəf palçıq, dağınıqlıq, səliqəsizlik, çürük meyvə zibillikləri. Bazarın içindən keçən avtomobil yolu elə bil bombardmandan təzə çıxıb, bir salamat yeri yox...

Əmimin dəfninə çatırıq, yenə hamıdan gec. Amma önəmli odur ki, gəldim. Əmimin hələ də tamamlanmamış evinin qabağındayam. Eyvana çıxıb qarşıdakı evlərə baxıram, Fətişin evi, arxasında Səfərxanın, üstündə rəhmətlik Qoçəlinin, qarşı tərəfdə rəhmətlik Çaparın, Tavarxanın və digərlərinin damları dəmir və azbes şifer parçalarından yamanmış miskin kənd evləri... tüstüləri ilə qürurlu görünürlər.

Yanımda dayanan Araza deyirəm, əmim 80 illik həyatını bax, bu balaca bir evi tikməyə həsr etdi, tamamlanmaq üzrəydi, özü getdi. İçində rahatlığını qura bilmədi, nə istiyə çarə tapdı, nə soyuğa, nə işıqsızlığa, nə susuzluğa. Səksən il bəs etmədi... bu balaca evə. Üzbəüzdə evi olan Fətiş əminin – babalarımız əmiuşağı olub – halını soruşuram, deyir, o da qocalıb, evdən bayıra çıxmır. Evinə baxıram, hələ də aynəbəndi bağlanmayıb, hələ də tualeti həyətin o biri başındadır – ömrünün bu ahıl çağında heç olmaya tualeti evin içində olardı. Yəqin, yerində uzanıb düşünür ki, Allah bir az da ömür versəydi, bu evin yarımçıq işlərini tamamlayardım.

Demək olar ki, bu kəndin camaatı hamısı belədir – su qıt, işıq fasilələrlə verilir, münbit torpaq yox, geniş otlaq əraziləri yox, yaşlı-yaşlı kişilərin həyatı bir uzun gün kimi gedib batır, bir-bir tikintisi bitmədən köhnələn evləri tərk edib gedirlər.

Atam da belə oldu, üçotaqlı ev tikdi, ikinci otağın yerini döşəyənə kimi gözləri tutuldu, elə tutuldu ki, heç eynək də taxa bilmədi, həmişə düşünürdü ki, görəsən, eynəkli olanda camaat nə deyəcək, el arasına necə çıxacaq, amma kəmfürsət, namərd gözlər elə sürətlə tutuldu ki, heç eynəyə gərək olmadı. Beləcə, həyatı keçdi və başladığı evi tamamlaya bilmədi. 73 yaşında rəhmətə getməzdən bir gün öncə dedim: “Sən gedirsən artıq, biz səni bir daha görməyəcəyik?! Bu qədər qəddar olmaq olar?!”
“Bala, eyvana çıxıb məni səsləsəniz, gələcəm, bu dağlardan uzaq gedən deyiləm”, - dedi.

Bəlkə, ona görə belə təsəlli verdi ki, sadəcə biz o eyvana tez-tez çıxaq, ordan üzümüzü dağlara tutub onu yad edək, adını çəkək, haqqında danışaq, o evi tərk etməyək. Amma dediyi kimi olmadı, ölümündən bir neçə il sonra o eyvan da, o ev də dağıdıldı.

Əmimə yaxşı oxşama deyirdilər. Qadınlarla kişilər baş-başa verib birgə ağlayanda sanki yer üzündə olan bütün səslər batır və əvəzində bu möhtəşəm xor səslənir – nizamsız, ritmsiz amma həm də böyük bir nizam içində hər kəsi ovsunlayan ağı... Hamı bir ağızdan “laylay, əmim, laylay hey!” deyir. Səsin cazibəsinə düşürəm, bir azdan onların yanında olduğumu fərq etdim.
Bizim adamlar bir hündürdən danışmağı, bir də pəsdən, həzinlə oxşama deməyi çox yaxşı bacarırlar. Bir də görürsən, sən də dizini yerə atıb səs çəkirsən.

Gözlərim Könülü axtardı , gəlinlərin arasındaydı. O da ağlayırdı. “Əmiməmi, ya bütün ölənlərə, görəsən, kimə ağlayırdı bu an, bəlkə anasına, bəlkə atasına, ya bəlkə cavan ölən qardaşına... mənim anama görə, yaxud atama görə də ağlaya bilərdi”. Bilmədim hardan bu fikir ağlıma gəldi. “Mən niyə kiminsə hətta ağlama səbəblərini bilməliyəm? Düşüncələri oxumaq kimi biədəb fikirlərə düşmək rəzillikdir”, – qınayıram özümü.

Əmini dəfn etdik, yenə adəti pozdum, evlərinin qabağına getmədim, birbaş qardaşım yaşayan evə gəldim. Odun sobasının yanında stol qoyub oturdum. Gəlin çay verdi. Könülü soruşdum, dedi hələ ordadı, indilərdə gələcək. “Tez gəlsəydi, gedərdik”, – öz-özümə dedim.

Bir müddətdən sonra hüzrdə olan digər qardaşlar da gəldi, bu dəfə də qınaqla, “hamı orda, sən isə burda. Kəndə gələndə özünü buranın adətinə uyğun aparmalısan”, – kimsə dedi. Cavab vermədim. Birlikdə yemək yedik.
Burada yemək meditasiyadır. Hinduşka supu ləzzətli, yanında isti çörək və pendir, sonra qatıq, hərəsindən bir az.
Qapıdan çıxanda böyük qardaşım acıqla: “Sən toya gəlməmisən ki, qırmızı kurtka geyəsən”, – məni görəndən yığıb hazırladığı “zəhəri” üstümə atdı. “Fikir verməmişəm”, – günahkar kimi dilləndim.

Yalnız indi anladım ki, əynimdə olan gödəkcə qara deyil, onun dediyi kimi tam qırmızı da olmasa, amma rəngliydi.
“Bu rəng məsələsini, görəsən, kim çıxarıb, kim deyib ki, hüzr yerlərinə getməkdən daha önəmli bir şey var, o da paltarın rəngi”.

Bu fikirlə kənddən ayrıldıq. Mən tez gəldim, yenə narazı qaldılar.

Hafizin evindən Seyidlərə qədər dirsəklərlə yoxuş, ordan Yardımlı çayına qədər eniş. Hər iki tərəfdə lopa-lopa buludlar kimi kəndlər, təpəliklər, dağlar, çılpaq meşələr.
Arxa oturacaqda ortada bacım, solunda Könül, sağında isə yeznə Ziyarət oturmuşdu.
Arxadakılar söhbət edirdilər.
Yardımlı–Masallı avtomobil yoluna düşəndən sonra mürgülədim...

Məğlubedilməzləri yuxu məğlub edər

Yeriyən, hərəkət edən əksərən qalib olur, uğurlu olur.

Bir müddət gedəndən sonra hiss etdim ki, maşının sürəti artdı. Başımı dikəldəndə maşın yoldan çıxmışdı.

1-ci hissənin sonu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Şahbaz Xuduoğlu: “2 gün sonra hər şey aydın olacaq”

    Şahbaz Xuduoğlu: “2 gün sonra hər şey aydın ...

    6-11-2013, 17:24

  • 
  • Şahbaz Xuduoğlu: “İmkan verirlər ki, işləyək!?”

    Şahbaz Xuduoğlu: “İmkan verirlər ki, işləyək!?” ...

    18-11-2013, 12:14

  • 
  • Şahbaz Xuduoğlu auditorların yalanını çıxardı

    Şahbaz Xuduoğlu auditorların yalanını çıxardı ...

    13-11-2013, 12:53

  • 
  • Şahbaz Xuduoğlunun ofisindən seyf oğurlandı - İçində 13 min dollar var imiş

    Şahbaz Xuduoğlunun ofisindən seyf oğurlandı - ...

    28-09-2015, 14:05

  • 
  • Şahbaz Xuduoğludan Operativ Qərargaha MÜRACİƏT - "Kitab dükanlarının açılacağını gözləyirdim"

    Şahbaz Xuduoğludan Operativ Qərargaha MÜRACİƏT - ...

    5-08-2020, 16:56


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (326)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu