Bu gün Vergilər Nazirliyinin Audit departamenti “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında protokol”un sürətini "Qanun" nəşriyyatına göndəriblər. Bu barədə nəşriyyatın rəhbəri Şahbaz Xuduoğlu sosial mediada xəbər yayıb.
Onun sözlərinə görə, auditorlar yazıblar ki, guya yoxlayıcılar ona (Ş.Xuduoğluna) yoxlama haqqında qərar təqdim edəndən sonra yoxlamaya başlayıblar.
Nəşriyyat rəhbəri bildirir ki, bu, yalandır, burada olan insanlar gördülər ki, belə hal olmayıb: "Mən gələnə qədər onlar nəşriyyatı mühasirəyə almışdırlar". Daha sonra sənəddə göstərilir ki, müfəttişlər götürdükləri sənədlərin üzlərini çıxarıb ona qaytarıblar. Ş.Xuduoğlu bu qeydin də kökündən yalan olduğunu bildirir.
Ş.Xuduoğluna görə, daha bir yalan sənədlərlə yanaşı digər kağızların müsadirə edilməsi tərzi ilə bağlıdır. Auidtorlar iddia edirlər ki, sənədləri ona görə götürüblər ki, sadəcə, onları bir-birindən ayırmaq mümkün olmayıb. "Bu da yalandır" - deyə Xuduoğlu yazıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?