Cenevrədə qondarma "erməni soyqırımı" abidəsinə qarşı Türkiyənin etirazları nəticəsini verib. Musavat.com xəbər verir ki, məlumatı "Neue Züricher Zeitung" qəzeti yayıb. Kanton hökuməti Cenevrə bələdiyyəsinin BMT-nin binası yaxınlığındakı Arianna Parkında qoymaq istədiyi "erməni soyqırımı" abidəsi üçün yeni yer axtarmaq tapşırığı verib.
Erməni iddialarına aid abidənin qoyulması ilə bağlı mübahisələr yeddi ildir davam edir. Cenevrə bələdiyyəsinin qərarına qarşı həm İsveçrə, həm də Türkiyə XİN-ləri mübarizə aparırdı.
Abidənin inşasına icazəni kanton rərbərliyi verməliydi. Cenevrə kantonunun rəhbəri Fransiz Laongçamp layihəyə dəstək verməsinə rəğmən, abidənin daha az diqqət çəkən yerdə qoyulmasını tələb edib.
"Neue Züricher Zeitung" qəzeti yazır ki, yeni qərar ermənilərin etirazı ilə qarşılanacaq. Türkiyə tərəfi abidənin qoyulmasının qarşısını almaq üçün bütün cəbhələrdən təzyiq edirdi. Türkiyə diplomatiyası bələdiyyə, kanton, BMT və İsveçrə hökuməti ilə xeyli müddətdir təmas içərisindəydi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?