GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Xoşqədəmlə ATV-nin davasına fərqli reaksiya

Xoşqədəmlə ATV-nin davasına fərqli reaksiya

Tarix: 14-04-2015, 21:43 Bölmə :Ölkə Baxış: 0
Xoşqədəmlə ATV-nin davasına fərqli reaksiya

Günahkar kimdir: ATV, yoxsa Xoşqədəm?

“Səni axtarıram” verilişinin tanınmış aparıcısı Xoşqədəm Hidayətqızı (Baxşəliyeva) ATV-dən ayrıldığını təsdiqləyib. Aparıcı keçirdiyi mətbuat konfransında ATV-dən uzaqlaşmasında telekanalın prezidenti Vüqar Qaradağlını ittiham edib. Bildirib ki, verilişin dayandırılması kanal rəhbərliyinin istəyi ilə baş tutub.

Tanınmış jurnalist, teletənqidçi Qulu Məhərrəmli ATV rəhbərliyi ilə jurnalist arasında yaranan qalmaqala münasibət bildirib. Qeyd edib ki, aparıcı layihəni bir prodakşn kimi təqdim edirsə, əvvəlcədən şirkətlə davranış, maliyyə və hüquqi prosedurlarla bağlı müqavilə bağlayırsa, üstəlik bu layihəni əqli mülkiyyət kimi Müəllif Hüquqları Agentliyindən keçirirsə, onun ixtiyarı var ki, həmin verilişi başqa bir kanalda öz orijinal layihəsi kimi təqdim etsin.

“Əgər bütün bunlar yoxdursa, üstəgəl telekanal xüsusən ilkin mərhələdə həmin layihənin gerçəkləşməsi üçün maliyyə sərf edirsə, işçilərə əmək haqqı ödəyirsə, o zaman verilişə aid bütün hüquqlar televiziya kanalına aiddir. Təəssüf ki, bizim bir çox televiziya kanalları və aparıcılarımız bu məsələləri bir çox hallarda aydınlaşdırmırlar. Və belə olan halda bu cür anlaşılmazlıqlar və narazılıqlar yaranır. Yaxşı olardı ki, bu məsələ ictimaiyyətə çıxmadan qarşılıqlı razılaşma şəklində həll olunardı.

İnsan uzun illər bir televiziya kanalında çalışır, auditoriya toplayır, müəyyən çevrədə tanınır. Burada əsas çətinlik bəlli bir mərhələdə telekanalın yeni yayım strategiyası ilə aparıcının maraqları arasında fərqlərin meydana çıxmasıdır. Məncə, qarşılıqlı anlaşma, hörmət-izzət pozulduqda davranışlar etik çərçivədən kənara çıxır ki, bu da yol verilməzdir. Məsələ hüquq baxımından öz əksini tapmalıdır”.

Q.Məhərrəmli hesab edir ki, “Səni axtarıram” verilişi orijinal layihə deyil: “İndinin özündə də Rusiya kanalında bu adda veriliş yayımlanır, bizim sentimental tamaşaçılar arasında da ona baxanlar var. İnsafən bizdə də bu tip şounun populyarlaşmasında Xoşqədəm xanımın aparıcılığı böyük rol oynayıb. Amma belə anlaşılır ki, veriliş ATV-nin məhsuludur və ixtiyar da ondadır. Sadəcə olaraq məsələnin etik tərəfləri var ki, bunu əvvəlcədən kanal ilə razılaşdırmaq mümkün idi. Məsələni bu şəkildə ictimaiyyətin müzakirəsinə çıxarmağı anlaşma üçün məqbul hesab etmirəm. İndiki halda bu, daha çox hüquqi məsələdir, TV yeni yayım cədvəli müəyyənləşdirdikdə istədiyi yeni verilişi açır, əvvəlkiləri qapadır, lazım bilirsə, bir verilişi daha geniş miqyasda və fərqli formatda təqdim edir. Ona görə məsələyə hüquqi prizmadan baxmaq və etika ilə hüququ uyğunlaşdırmq lazımdır”.

Tanınmış telejurnalist Elçin Əlibəyli isə AzVision.az-a bildirib ki, layihənin müəlliflik hüququ həllini tapmayan məsələdir.

“Dünyada məşhur şirkət var ki, onlar hər il orijinal layihələri kanallara satırlar. Bundan başqa hansısa bir layihənin orijinal olduğu, əvvəllər heç kimin istifadə etmədiyi, hansısa bir layihənin təkrarı olmadığı və s. müəllif hüququları məsələsi bir az hüquqi cəhətdən öz həllini tapmayan bir məsələdir.

Tək Azərbaycanda deyil, hər yerdə belədir, ona görə də hansısa bir layihənin müəlliflik hüququ sərhədləri olmayan, müzakirə predmeti ola biləcək bir məsələdir. Layihənin adı məsələsində də bir etika var. Hansısa bir veriliş bir kanalda yayımlanırsa, artıq ad ona məxsusdur. Mən hesab edirəm ki, veriliş başqa bir kanalda başqa bir adla daha maraqlı görünə bilər”.

E. Əlibəyli bildirib ki, aparıcı öz layihəsini başqa bir kanalda başqa bir adla davam etdirə bilər.

“Bu çox normaldır. Əslində sivil bir şeydir. Söhbət ondan gedir ki, Azərbaycan teleməkanında sayılıb seçilən layihələrin bu qədər ajiotaj yaratması xoşa gələn haldır. Deməli Azərbaycan televiziyasında uğurlar var. ANS də, ATV də aparıcı kanallardır. Vüqar Qaradağlı peşəkar televiziya təşkilatçılarından biridir. Televiziyada belə şeylər olur və bu çox normal hadisədir. ANS-dən tanıdığımız yaxşı aparıcılar ATV-yə gətirilib, uğurlar əldə olunub”.

Qeyd edək ki, Xoşqədəm Baxşəliyeva iddialarına ATV sərt cavab verib. Telekanalın yaydığı açıqlamada bildirilir ki, “Səni axtarıram” verilişi X.Baxşəliyevaya məxsus deyil.

Şahanə Rəhimli
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • ATV-dən çıxan jurnalist: “Xoşqədəm Hidayətqızı dedi ki, "mənə müti işçi lazım deyil"”

    ATV-dən çıxan jurnalist: “Xoşqədəm Hidayətqızı ...

    13-07-2013, 14:37

  • 
  • ATV-dən Xoşqədəm Hidayətqızı və Zaur Baxşəliyevlə bağlı cavab

    ATV-dən Xoşqədəm Hidayətqızı və Zaur Baxşəliyevlə ...

    9-11-2013, 18:51

  • 
  • Xoşqədəm Hidayətqızı sükutu pozdu

    Xoşqədəm Hidayətqızı sükutu pozdu ...

    24-10-2014, 12:34

  • 
  • ATV-dən Zaurun verilişinin bağlanması ilə bağlı açıqlama

    ATV-dən Zaurun verilişinin bağlanması ilə bağlı ...

    21-04-2021, 19:21

  • 
  • ATV-də Baxşəliyevlər qalmaqalı – Şok videolar

    ATV-də Baxşəliyevlər qalmaqalı – Şok videolar ...

    12-04-2015, 16:44


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu