Artıq məcburiyyət qarşısında qalıb səfirliklərə müraciət edəcəm. Mən neçə vaxtdır gözləmə mövqeyindəyəm lakin Şirvan şəhər icra hakimiyyəti öz çirkin əməllərindən əl çəkmək istəmir. İndidə mənə polisdən zəng ediblər ki, Şirvan şəhər icra hakimiyyətinin başçısının müavini Elmira Ağayeva şikayət verib. Soruşuram şikayəti nədən ibarətdir, polis mənə deyir ki, mən niyə görə icra hakimiyyətinin yanından keçirəm və Elmira Ağayevanın maşını hərəkət etdiyi magistral yolda mən hərəkət etməməliyəm. Və onun yaşadığı ünvanın yanından keçməməliyəm. Heç bu da sözdür? Mən Şirvan vətəndaşıyam və heç bir kəsə burdan keçə bilərsən ordan yox belə bir məhdudiyyət qoyulmayıb. Hətta bildirib ki, guya onun şəklini çəkirəm adama deyəllər mənə lazımdır sənin şəklin. Mən sənin əməllərindən yazıram və yazacam da. Çünki şikayətçilərin müraciəti əsasında yazıram. Bir sözlə desək artıq mənə təzyiqlər və hədələr başlayıb. Hətta şəhərdə səs salıb ki, Peyman Sadıqovun başına görün necə oyun açacam və onu şəhərdən qaçaq salacam. Mən ölkə rəhbərliyinə müraciət etmişəm və bir daha deyirəm əgər mənə bir şey olarsa və yaxud da müəyyən bəhanələrlə həbs olunsam bunun səbəbkarları var o da İcra Hakimiyyətinin başçısı Mərdan Camalov və onun müavini Elmira Ağayeva. Bir də mən hər hansısa bir orqana bunların şikayəti əsasında çağrılsam, ölkə vətəndaşlığından imtina edib xarici səfirliklərdən sığınacaq istəyəcəm. Çünki başqa çarəm qalmayıb, iyrəncliklərə dözə bilmirəm.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?