GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Məni İranın xüsusi xidmət orqanlarına satdı”

“Məni İranın xüsusi xidmət orqanlarına satdı”

Tarix: 14-04-2015, 23:18 Bölmə :Ölkə Baxış: 0
“Məni İranın xüsusi xidmət orqanlarına satdı”

Pakistanda döyüşlərdə iştirak edənlər məhkəmədə ifadə verdilər

Məhkəmə qarşısında Pakistan və Suriyada döyüşlərdə iştirak edən iki qrup cavab verir

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz silahlı birləşmələrdə iştirak etməkdə təqsirli bilinən Firdovsi Yusifov və Taleh Soltanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən Taleh Soltanov bildirib ki, məqsədi şəriət dövlətində yaşamaq olub: “2010-cu ildən namaz qılmağa başlamışam. Bir müddət sonra özüm kimi dini inanclı bir qızla ailə həyatı qurmuşam. Burada tikinti sektorunda çalışırdım. Bir gün eşitdim ki, Pakistanda şəriət dövləti qurulub. Ona görə, ailəmlə birlikdə ora getmək fikrinə düşdüm. 6 min manat pul yığdım. Mən, yoldaşım, iki baldızım və qayınanamla birlikdə yola düşdük. İlk öncə İran İslam Respublikasına getdik. Mənə nömrə verdilər. Həmin nömrəyə zəng elədim. Laçın Babayev adlı şəxslə görüşdüm. O, mənə Pakistana getmək üçün özbəklərlə əlaqə girməyi tapşırdı. Tehrandan Salavatu adlı şəhərə getdik. Özbəklər məni və ailəmi qaçaq yolla Pakistana keçirdi. Orada ailəmdən ayrılmalı oldum. Bir aya yaxın özbəklərlə yaşadım. Gördüm ki, onlarla yola getmirəm. Getdim, azərbaycanlıların qəbiləsinə. Ailəmi də yanıma gətirdim. Bazardan silah aldım. Orada hər kəsin evində silah var. Bazarda göy-göyərti satanda dəzgahının yanında silahla durur. Həm də silah ticarətində yaxşı pul var. Günü-gündən qiyməti qalxır. Mən də gələcəkdə satmaq məqsədilə aldım ki, ailəmlə harasa gedərəm. Orada çox acınacaqlı günlər yaşamışıq. Bir müddətdən sonra ailəmi Türkiyəyə yola saldım. Özüm bir müddət Miranşahda yaşadım”.

O, Pakistanda təlimlərdə iştirak etmədiyini deyib: “İttiham aktında deyirlər ki, guya mən orda təlimlərdə iştirak etmişəm. Halbuki, orada silah atmaq, dağlara çıxaraq güllə atmaq cinayət məsuliyyəti daşımır. Mən də orda tanışlarımla hərdən güllə atmağa gedirdik. Mənim Azərbaycana qayıtmaq fikrim yox idi. Türkiyəyə ailəmin yanına getmək istəyirdim. Ailəm orada yoldaşımın əmisinin himayəsində yaşayır. Ona görə də, Pakistandan İrana gəldim. Burada bizi qaçaq yolla Türkiyə keçirəcək şəxsi tapdım. Maşında oturanda Firdovsini gördüm. Firdovsi ilə əvvəlcədən bir yaxınlığım olmayıb. Bircə dəfə Pakistanda bazarda məni tanış elədilər ki, azərbaycanlıdır. O, da mənim kimi Türkiyəyə gedirdi. Maşında Firdovsi, mən, bir də türk var idi. Bizi gətirən adam Türkiyə sərhədinə az qalmış İranın xüsusi xidmət orqanlarına satdı. Orada ifadəmizi aldılar. Məhkəmə qarşısına çıxartdılar və sərhədi qanunsuz keçdiyimiz üçün 1 il cəza aldım. Cəkdiyim cəzanın 9 ayın tamamında isə, bizi həbsxanadan buraxdılar. Elə ora da Azərbaycan səfirliyi bizi götürdü və bura gətirdi. Mən yenə də deyirəm, mən dindaram. Əhli sünnəyəm. Mənim məqsədim yalnız və yalnız şəriət ölkəsində yaşamaq olub. Mən terrorçu deyiləm. Amma dinim uğrunda, əqidəm uğrunda kafirlərə qarşı hər zaman vuruşmağa hazıram. 17 ay Pakistanda qaldım. Heç zaman Azərbaycana qayıtmaq istəməmişəm”.

Bundan sonra ifadə verən Firdovsi Yusifov qeyd edib ki, Pakistana şəriət dövlətində yaşamaq məqsədi ilə gedib: “İlk öncə Türkiyəyə getdim. Məqsədim oradan Pakistana getmək idi. Bilirsiniz, mən, dini də elmlə mənimsəyən adamam. Mən də Taleh kimi Miranşah şəhərinə getdim. Orada azərbaycanlılardan ibarət qəbiləyə qoşuldum. O zaman orada qəbilə başçısı Elçin Misirxanov idi. Bir müddətdən sonra Elçin öldü. Yaşım çox olduğundan məni orda əmir seçdilər. Çünki oradakıların çoxu gənc idi. Uzun vaxt orada çox çətinliklə yaşadım. Bir gün anladım ki, burada şəriət dövləti yoxdur. Gözlədiklərimi görə bilmədim. Ailəmi oradan çıxarmaq fikrinə gəldim. Həmin günü

komendant saatı olduğunu bilmədim. Postu keçən zaman döyüş başladı. Ayağımdan yaralandım. Dağları, təpələri yaralı-yaralı keçdim. Yerdə qalanını Taleh danışdı. İrana gəldim. Məqsədim Türkiyəyə getmək idi. Azərbaycana qayıtmaq istəmirdim. Bilirdim ki, qayıdan zaman bu qara zindanı görəcəm”.

Qeyd edək ki, hər iki şəxs Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edilib. İttiham aktına görə, Firdovsi Yusifov və Taleh Soltanov Pakistan İslam Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak ediblər.

Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak edən daha 6 nəfərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə araşdırılıb. Məhkəmə qarşısında Tariyel Mustafayev, Ruslan Mustafayev, Namiq Məmmədov, Elvin Əliyev, Tural Həsənov və Fərid Muradov cavab verirlər.

Təqsirləndirilən şəxslərdən Tural Həsənovun vəkili Elmar Süleymanov vəsatətlə çıxış edib. O, hüquqlarını müdafiə etdikləri şəxslərin dəmir barmaqlıqlardan çıxarılaraq vəkillərinin yanında oturmasını, işin baxılmasına xitam verilərək, ibtidai istintaqa qaytarılmasını xahiş edib.

Vəkil çıxışını davam etdirərək, maddi sübutların olmadığlna məhkəmə baxışına təyin edilməsini qeyri-qanuni olduğunu vurğulayıb. Digər vəkil Müzəffər Baxışov da vəkil yoldaşı Elmar Süleymanovun verdiyi vəsatətlərin qəbul edilməsini istəyib. Vəkil Osman Kazımov da kollegiyalarının verdikləri vəsatətlərin qəbul olunmasını məhkəmədən istəyib. Dövlət ittihamçısı çıxış edərək Elmar Süleymanovun verdiyi vəsatətlərin əsassız olduğu bildirərək, təmin olunmamasını məhkəmədən istəyib.

Bundan sonra hakimlər qərar qəbul etmək üçün müşavirə otağına yollanıblar. Müşavirədən qayıdan hakimlər kollegiyası qərarı elan edib. Onlar vəkillərin verdikləri vəsatətlərin heç birini təmin etməyib. Məhkəmə baxışı aprelin 6-a təyin edilib.

Ötən il sentyabrın 23-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimaiyyətlə Əlaqələr Mərkəzi keçirilən əməliyyat tədbiri barəsində məlumat yayıb. Həmin məlumata görə, (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 26 Azərbaycan vətəndaşı tutulub.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, habelə, tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etmə və başqa hüquqazidd əməllərinin törədilməsinə görə ümumilikdə 26 nəfər Azərbaycan Respublikasının vətəndaşı-Yusifov Firdovsi Soltan oğlu, Soltanov Taleh Əzizağa oğlu, Həsənli Vilayət Ələsdan oğlu, Musayev Malik Elçin oğlu, Hacıyev Vasif Orduxan oğlu, Babazadə İlkin Aydın oğlu, Balakişiyev Mehman Pirbala oğlu, Mustafayev Ruslan Azər oğlu, Məmmədov Namiq Firdovsi oğlu, Muradov Fərid Arif oğlu, Həsənov Tural Namiq oğlu, Əliyev Elvin Vilayət oğlu, Mustafayev Tariyel Tapdıq oğlu, Qəmbərov Azər Asim oğlu, Bayramov Vüsal Qabil oğlu, Həşimov Samir Samid oğlu, Abbasov Nicat Faiq oğlu, Məmmədov Hüseyn Xəqani oğlu, Cəfərov Ruslan İlham oğlu, Baxışov Sənan İlqar oğlu, Quliyev Eldost Firudin oğlu, Məmmədəliyev Məmmədşah Ağaşah oğlu, Həsənov Əhməd Elxan oğlu, Mərdanov Maarif İrşad oğlu, Dursunəliyev Vüqar Əhəd oğlu və Qurbanlı Elşən Əbülfət oğlu şübhəli şəxs qismində saxlanılıblar.

Vilayət Həsənli, Malik Musayev, Vasif Hacıyev, İlkin Babazadə, Mehman Balakişiyev, Ruslan Mustafayev, Namiq Məmmədov, Fərid Muradov, Tural Həsənov, Elvin Əliyev, Tariyel Mustafayev, Azər Qəmbərov, Vüsal Bayramov, Samir Həşimov, Nicat Abbasov, Hüseyn Məmmədov, Ruslan Cəfərov, Sənan Baxışov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov və Maarif Mərdanov 2013-cü ildən 2014-cü ilin müxtəlif aylarınadək Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak ediblər.

Xatırladaq ki, cinayət işi üzrə daha bir neçə qrupun işi üzrə Milli Təhlükəsizlik Nazirliyinin istintaq şöbəsində istintaq hərəkətləri davam etdirilir. Yaxın günlərdə həmin qrupların cinayət işi də baxılması üçün məhkəməyə təqdim olunacaq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanlıları İŞİD-ə qoşulmağa çağıranlar məhkəmə qarşısında

    Azərbaycanlıları İŞİD-ə qoşulmağa çağıranlar ...

    11-09-2018, 16:29

  • 
  • Suriyada döyüşlərdə iştirak edən azərbaycanlının istintaqı başa çatıb

    Suriyada döyüşlərdə iştirak edən azərbaycanlının ...

    23-04-2020, 10:51

  • 
  • Azərbaycanda "İŞİD əməliyyatı" başladı - MTN 26 nəfəri həbs etdi

    Azərbaycanda "İŞİD əməliyyatı" başladı ...

    23-09-2014, 13:22

  • 
  • Suriyada döyüşməkdə təqsirləndirilən Quba sakini məhkəmə qarşısında

    Suriyada döyüşməkdə təqsirləndirilən Quba sakini ...

    3-08-2017, 11:57

  • 
  • “Cundul Xəlifə”nin azərbaycanlı üzvü: “Uşağımı Allaha tapşırıb Suriyaya cihada getdim”

    “Cundul Xəlifə”nin azərbaycanlı üzvü: “Uşağımı ...

    15-07-2016, 01:59


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu