Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada silahlı birləşmələin tərkibində döyüşməkdə ittiham olunan Quba rayon sakini Rövşən Qədirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Prosesə hakim Azad Məcidov sədrlik edib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, Türkiyə vətəndaşı ilə ailə quran Rövşən Qədirov İstanbulda yaşayıb. Təqsirləndilən şəxs Suriya və digər ərəb ölkələrində olduğunu etiraf etsə də, heç bir silahlı əməliyyatda iştirak etmədiyini, oraya getməkdə məqsədinin humanitar yardımla bağlı olduğunu bildirib.
Məhkəmə baxışı avqustun 9-na təyin edilib.
Qeyd edək ki, Rövşən Qədirov Döblət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. Ona müxtəlif ölkələrdə qanunsuz silahlı birləşmələrdə iştirak etməklə bağlı ittiham verilib.
Sorğu
Yeni dizaynımız necədir?