Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Emin Quliyev, Asim Baxışov və Teyfur Əliverdiyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Hər üç şəxs elan olunmuş ittihamla özlərini təqsirli bilməyiblər.
E.Quliyev məhkəmədə ifadə verməkdən imtina edib. Buna görə onun ibtidai istintaqa verdiyi ifadə elan olunub. Sonra E. Quliyev ibtidai istintaqa ifadəsini təsdiq edib, lakin Suriyada hərbi birləşmələrin tərkibində iştirak etmədiyini deyib.
İttihama görə, təqsirləndirilən şəxslər Suriya və İraqda qanunsuz birləşmələrin tərkibində döyüşüb, hərbi təlimlər keçiblər. E. Quliyev mütəmadi olaraq sosial şəbəkələrdə azərbacanlıları Suriyada İŞİD-in tərəfində döyüşməyə çağırıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?