GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “İran-Amerika yaxınlaşması regionda Azərbaycanın geopolitik əhəmiyyətini azaldır”

“İran-Amerika yaxınlaşması regionda Azərbaycanın geopolitik əhəmiyyətini azaldır”

Tarix: 17-04-2015, 23:40 Bölmə :Ölkə Baxış: 0
“İran-Amerika yaxınlaşması regionda Azərbaycanın geopolitik əhəmiyyətini azaldır”

Sərdar Cəlaloğlu: “Azərbaycan Amerikanın İranla bağlı siyasətində mühüm əhəmiyyət kəsb edirdi”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə regionda gedən proseslərlə bağlı müsahibəni təqdim edirik:

- Sərdar bəy, İranla Amerika arasında razılaşma əldə edildi. Sizcə, bunun regiona təsiri necə olacaq?

- Baxır məsələyə hansı müstəvidən yanaşırıq. Əgər kimsə dünyada çaxnaşmaların, problemlərin ziddiyyətlə həllində maraqlıdırsa, əlbəttə ki, bu anlaşmaya pis baxacaq. Düşünəcək ki, müharibə imkanı, qarşıdurma mühiti aradan qalxdı və s. Yox, əgər siz dünyada haqq-ədalətin bərpasını istəyirsinizsə, sülhdə maraqlısınızsa, İran-Amerika anlaşmasını müsbət qiymətləndirəcəksiniz. Ancaq məsələyə geopolitik baxımdan yanaşanda, məlumdur ki, bəzi dövlətlərin xeyrinə olan proses, bəzi ölkələrin ziyanına işləyir. Elə bir hal ola bilməz ki, bütün dövlətlərin xeyrinə olsun. Məşhur məsəl var: iki it boğuşanda yolçunun işi rast gəlir. Bu variant da var. Yəni qarşıdurmalardan, müharibələrdən bəzən üçüncü tərəf mənfəət götürür. Tarix elə gətirib ki, biz İranla qonşuyuq, İranın Avropa və Amerika ilə münasibətlərinin gərginliyin yaşanması bu və ya digər formada Azərbaycana dividentlər gətirirdi. Xüsusən, geopolitik və enerji ehtiyatları baxımından dünyanın İranla qarşıdurması şəraitində bölgədə Azərbaycan əhəmiyyətli dövlət olur. Ona görə də Amerika Azərbaycanda iqtisadi və geopolitik maraqları demokratik prinsiplərdən irəli tutur. Ancaq indi Amerika İranla münasibətləri yoluna qoyduqdan sonra Azərbaycan həm neft-qaz ixrac edən, həm də geopolitik əhəmiyyəti baxımından mövqeyi bir qədər azalmış olur. Azərbaycan Amerikanın İranla bağlı siyasətində mühüm

əhəmiyyət kəsb edirdi. Əgər bu gün Amerikanın İran siyasəti dəyişirsə, bu dostluq və əməkdaşlıq səviyyəsinə keçirsə, artıq burada Azərbaycanın geopolitik əhəmiyyəti qalmayacaq. Bu zaman Azərbaycanın Rusiyaya görə əhəmiyyəti qalacaq. Bu da SSRİ ölkələri arasında üçüncü növ əhəmiyyətli olacaq. Enerji daşıyıcıları baxımından da Azərbaycan indiki mövqeyini qat-qat itirəcək. Çünki İran kimi nəhəng enerji daşıyıcısı meydana çıxarsa, bunun dünya bazarına təsiri hökmən olacaq. Nəzərə alın ki, Səudiyyə Ərəbistanından sonra neftin qiymətini müəyyən edək əsas fiqurlardan biri İran olacaq. Ancaq şübhəsiz ki, hər şeydə bir xeyir var. İndiki halda Amerika-İran anlaşması bizə iqtisadi və geopolitik baxımından mənfi təsir göstərsə də, fikrimcə, bizdə demokratik prinsiplərin müdafiəsi gündəmə gələcək. Başqa sözlə, geopolitik və enerji daşıyıcıları marağı əhəmiyyət kəsb etmədiyi səbəbindən ABŞ-ın siyasətində insan hüquq və azadlıqlarının qorunması gündəmə gələ bilər. Təbii ki, Azərbaycan uğurlu siyasət yürüdərək Orta Asiya neft və qazını tranzit kimi apara biləcəksə, bizim rolumuz artacaq. Üstəlik Azərbaycan Əfqanıstan, Pakistan, Çin, Rusiya kimi ölkələrlə siyasət baxımından Amerika üçün geopolitik rol oynayacaq. İndiki halda İranın qərblə dil tapması regionda potensial təhlükənin aradan qalxması deməkdir. Biz gözləyirdik ki, nə zamansa ABŞ-İran arasında kəskin qarşıdurma olacaq. İndi bu təhlükə aradan qalxır. Ancaq indi yeni maraqlar və təhlükələr meydana çıxacaq. İranla qərbin arasında münasibətlərin dəyişməsi Azərbaycanla İran arasında münasibətlərin dəyişməsinə ciddi stimul verəcək.

- Bu proses regionda təhlükəsizliyin təminatı baxımında nə dərəcədə mühüm hadisədir?

- Mənə elə gəlir ki, proses düzgün istiqamətdə inkişaf edəcəksə, bölgədə sülh və sabitlik üçün zəmin yaranacaq. Məhz İran-Rusiya regionda qarşıdurmada tərəf kimi çıxış edirdilər. Bu da, qarşıdurmanı gücləndirirdi. Eləcə də İranın aqressiv siyasəti,

Amerika ilə qarşıdurmaya getməsi müəyyən dərəcədə Azərbaycanın təhlükəsizliyinə də problem yaradırdı. Əgər xatırlayırsınızsa, zamanında İran bəyan etmişdi ki, Azərbaycan ərazisindən İrana qarşı istifadə olunacaqsa, İran ölkəmizdəki strateji əhəmiyyətli obyektləri hədəfə alacaq. İndi bu təhlükə aradan qalxıb. İkincisi, qərblə əməkdaşlığa başlayan İran şübhəsiz ki, Rusiya ilə müttəfiqliyini arxa plana keçirəcək. Bu da Xəzərdə və regionda Rusiyanın maraqlarına ciddi zərbə deməkdir. Bizim təhlükəsizliyimiz baxımından İran-qərb münasibətlərinin yoluna qoyulması müsbət haldır. Əgər beynəlxalq güclər pərdəarxası ssenarilər hazırlamasalar, regionda sabitlik yaranacaq.

- Bu proses Azərbaycan-Ermənistan münasibətlərinə hansı formada təsir göstərə bilər?

- Mənə elə gəlir ki, İranla qərb arasında yaxınlaşma Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi təsir etməyəcək. Dağlıq Qarabağ problemi daha çox Rusiya ilə bağlı məsələdir. Rusiyanın zəifləməsi və ya Rusiyanın indiki imperalist siyasətinin dəyişməsi Dağlıq Qarabağda vəziyyəti dəyişə bilər. Nə qədər ki, Rusiya rəhbərliyi indiki mövqeyini nümayiş etdirir, eləcə də beynəlxalq aləmdə əzələsini göstərir, imperiyanın bərpası xülyası ilə yaşayır, Dağlıq Qarabağ məsələsinin həllində ciddi irəliləyiş əldə oluna bilməz. İranın isə Qrabağ məsələsinin həllində rolu əhəmiyyətsizdir. Düzdür, bizimkilər İranın Ermənistanla əməkdaşlığını nəzərə alaraq bunu çox şişirdirlər. Lakin İranın Ermənistanla iqtisadi əməkdaşlığı Ermənistana güc qatmır. Fikrimcə, bu əməkdaşlıq İrəvana kosmetik güc qazandırır. Əgər İranla Avropa əməkdaşlıq edəcəksə, Ermənistanda özünün əhəmiyyətini itirəcək. Ermənistan niyə canfəşanlıq edir? Çünki Avropa İranla əməkdaşlıq etmirdi, Tehran da maraqlı idi ki, qonşu dövlətlərlə əməkdaşlığı gücləndirsin. İndiki halda İran Avropa və Amerikaya çıxış əldə edir. Başqa sözlə, onun Ermənistandan asılılığı qalmır. Ona görə

də, İran Azərbaycanla münasibətləri korlamaq naminə Ermənistanla sıx əməkdaşlıq etməyə də bilər. Təbii ki, fars şovinizminin Azərbaycanı zəiflətmək siyasəti var. Amma dövlətçilik maraqları baxımından qərblə münasibətlər yoluna qoyulduqdan sonra İranın Ermənistan kimi dövlətlərə qayğı nümayiş etdirməsinə ehtiyac qalmayacaq.

- İndilikdə İran-Amerika razılaşması regionda Rusiyaya zərbə hesab oluna bilərmi?

- Təbii ki, oluna bilər. Amma dolayısı yolla Azərbaycana da ziyan vurur. Bu gün dünyada neftin qiyməti daha çox neft hasil edən ölkələrin iradəsi ilə həll edilir. İran isə birdən-birə dünya bazarına nəhəng həcmdə neft çıxaracaqsa, deməli Rusiyaya qarşı alternativ baş tutacaq. Başqa sözlə, dünənə qədər ərəb nefti ilə bacarmayan Rusiya qarşısında İran neftini də görəcək. Bu həm də Azərbaycan neftinin qiymətinə təsir edə bilər. Çünki bizim neftimizlə İran nefti təxminən eyni keyfiyyətdədir, üstəlik İran bizdən bir neçə dəfə çox neft ehtiyatına malikdir, neftin hasilatı da, bizdən yüksəkdir. Yəni hətta neftlə bağlı dünyada bəlli siyasət aparılmasaydı belə, İranın dünya bazarına neft çıxarması ilə neftin qiyməti mütləq düşəcəkdi. İndiki halda iki faktora əsasən neftin qiyməti düşür. Birincisi, İran dünya bazarına nəhəng həcmdə neft çıxaracaq. İkincisi, İranla qarşıdurma arxa plana keçdiyinə və İranın qərbin siyasətinə ehtiramla yanaşacağından dünyada Rusiya neftinin qiymətdən düşməsi prosesi davam edəcək.

- Nədən İran Amerika ilə razılığa gəldi?

- Əslinə baxanda mən digərlərindən fərqli olaraq hər zaman demişəm ki, Amerikanın İranı vurmasını yalnız axmaq insanlar deyə bilər. Çünki müəyyən geosiyasi oyun aparan siyasi mərkəzlər üçün İran kimi bir dövlət yaratmaq lazım idi. Bu vasitə ilə İslam və ya ərəb dünyasını asanlıqla idarə etmək olardı. Bu imkan da, təbii şəkildə qərbin əlinə düşüb. Qərb niyə

bu instrumentdən imtina etməli, onu dağıdıb sıradan çıxarmalıdır? Bu gün Suriyada, Yəməndə və Livanda baş verən proseslərdə tərəf kimlərdir? Təbii ki, tərəfin biri İrandır. İran Yəməndən bir addım geri çəkilməklə blokadanın götürülməsinə şərait yaradır. Və ya Suriyada Bəşər Əsədə verdiyi dəstəyi çəksə Amerika siyasətinə böyük xeyir vermiş olur. Yəni bu gün İran islam dünyasında super güclərin öz siyasətini qurmaq üçün elə güclü rol oynayır ki, bu qərb üçün vacib faktordur. İranla blokadanın aradan qaldırılması indi qərb dünyasının maraqlarına uyğundur. Hətta İran atom silahı istifadə etsə belə, qərb və Avropa İrana qarşı ciddi sanksiya tətbiq etməyəcək, ona qarşı heç bir addım atmayacaq. İndi dünya siyasətində müəyyən dəyişilmələr gedir və buna da normal yanaşmaq lazımdır.

- Siz hansı dəyişilmələri nəzərdə tutursunuz?

- Məsələn, hazırda dünya siyasətində yəhudilərin əvvəlki mövqeyi zəifləyir. Hazırda Amerika Fələstin dövlətinin müstəqilliyinin tanınmasına cəhd edir. Siz də bilirsiniz ki, Fələstinin müstəqilliyi və müdafiə olunması məsələsində ən radikal mövqedə duran dövlətlərdən biri İrandır. Əgər Fələstin məsələsində Amerika ilə İranın mövqeyi üst-üstə düşürsə, deməli İsraillə ziddiyyət yaranır. Bu baxımdan yəhudilərin ənənəvi düşməni kimi İranın Avropa və Amerika ilə dostluğu da ciddi problem yaratmır. Yəni burada çox ciddi faktorlar var. Elə İrana qarşı tətbiq edilən blokadanın birdən-birə aradan qaldırılması düşündürücüdür. Görünən budur ki, çox kombinasiyalı siyasi gedişlər edilir. Çox güman ki, bunun müqabilində İran atom-nüvə silahının istehsalından imtina edir, böyük ehtimalla Yəmən və Suriya məsələsinə yenidən baxacaq. Demək istəyirəm ki, əslində İranında bu siyasi gedişlər zamanı əlində yaxşı kartları var və məsələ yalnız nüvə silahı istehsal etməkdən ibarət deyil. Eləcə də Qərbin İrana qarşı əlində güclü kartları var. İndi baxaq görək ki, tərəflər bir-birinə qarşı hansı kartdan istifadə edəcək. Çox güman ki, İrandan Yəmən və

Suriya məsələsinə yenidən baxmağa, İraq Şam İslam Dövləti deyilən quruma qarşı birgə mübarizə aparmağı təklif edəcək. Fikrimcə, tərəflər bir sıra məsələlərdə anlaşma və razılıq əldə edə biləcəklər. İndiki halda tərəflər daha çox bir-birindən yararlanmaq istəyirlər.

Hüseyn ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Sərdar Cəlaloğlu ADP sədrliyindən istefa verdi

    Sərdar Cəlaloğlu ADP sədrliyindən istefa verdi ...

    11-10-2013, 12:37

  • 
  • Sərdar Cəlaloğlu Qurban Məmmədovun həbsini siyasi fəaliyyəti ilə izah edib

    Sərdar Cəlaloğlu Qurban Məmmədovun həbsini siyasi ...

    5-06-2013, 00:07

  • 
  • Sərdar Cəlaloğlu vəzifə üçün İlham Əliyevə müraciət edə bilər

    Sərdar Cəlaloğlu vəzifə üçün İlham Əliyevə ...

    24-10-2013, 18:29

  • 
  • Sərdar Cəlaloğlu Ərdoğana məktub yazıb

    Sərdar Cəlaloğlu Ərdoğana məktub yazıb ...

    3-02-2013, 11:49

  • 
  • Sərdar Cəlaloğlu Nobel mükafatının bir addımlığında - Finala yüksəldi...

    Sərdar Cəlaloğlu Nobel mükafatının bir ...

    7-10-2016, 00:57


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu