Yəqin ki, çoxlarınızın bu il Azərbaycandan Nobel mükafatına 4 namizədin irəli sürülməsi barədə məlumatınız var. Həmin namizədlər arasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da var idi.
Ötən il Sərdar bəy "Kosmik hadisələr haqqında nəzəriyyə" irəli sürdüyünü bəyan edəndə, bir çoxları bu hadisəyə rişxəndlə yanaşdı, kimisi bu ideyanı və Sərdar bəyi ələ salmağa, aşağılamağa çalışdı, hətta Eynulla Fətullayev kimilər də tapıldı ki, Sərdar bəyi təhqir etməkdən belə çəkinmədi.
Amma Sərdar bəy bütün bunlara rəğmən və heç kimə reaksiya vermədən özünün elmi işini Nobel komissiyasına təqdim etdi. Məlum olduğu kimi, Azərbaycandan Nobel mükafatına namizədlərdən yalnız Sərdar bəy “finala” çıxdı. Onun elmi nəzəriyyəsi 2 dəfə dünyanın yüzlərlə tanınmış alimlərinin elmi ekspertizasından keçərək gizli səsverməyə çıxarıldı. Lakin "Fizika" nominasiyası üzrə mükafata Sərdar bəy deyil, ABŞ alimləri David Saules (David J. Thouless), Danken Haldeyn (F.Duncan M. Haldane) və Maykl Kosterilts (J.Michael Kosterlitz) layiq görüldü.
Sərdar bəy Nobel mükafatı zirvəsinin bir addımlığına qədər yüksələ bildi. Səhv etmirəmsə, Sərdar bəy Azərbaycan elm tarixində ikinci şəxsdir ki, onun elmi nəzəriyyəsi Nobel komissiyasının bütün mərhələlərindən keçərək finala çıxıb və gizli səsverməyə buraxılıb. 2-3 gündür bu hadisə baş verib, fikir verirəm, elə bil “qurbağa gölünə taş atılıb.” Hardadır o “qurbağalar” niyə səsləri çıxmır, indi nə quruldayacaqlar...? Adama pis təsir edən odur ki, bütün bu “quruldamalar”ı sadə vətəndaşlar deyil, ölkənin ictimai-siyasi həyatında az-çox fəaliyyəti və xidməti olanlar edirdi. Əgər, ölkənin ictimai-siyasi və elmi təbəqəsinə mənsub olan şəxslər belə edirsə, onda sadə, elmi və savadı olmayan insanlardan nə umasan...? Yazıqlar olsun, sizlərə. Yazıqlar olsun ki, o kəslərə ki, onlar anlamırlar ki, Sərdar bəyin elmi uğuru təkcə onun fərdi uğuru deyil, bu bütünlükdə Azərbaycanın uğurudur. Buna sevinməyən varsa, həmin şəxsin millət, xalq, Vətən və dövlət sevgisi də saxtadır. Yeri gəlmişkən deyim ki, Sərdar bəyin bu nəzəriyyəsinin artıq Nobel komissiyasının elmi ekpertizasından təkrar keçmədən bir neçə dəfə gizli səsverməyə buraxılmaq haqqı var və növbəti illərdə belə bir səsvermənin keçirilməsi istisna deyil. İnşallah, növbəti illərdə Nobel mükafatı Sərdar bəyin timsalında Azərbaycana gələcək və “qurbağalar” gölünə bundan da böyük daş düşəcək!!!
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?