GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İŞİD-də döyüşən azərbaycanlılardan şok açıqlamalar

İŞİD-də döyüşən azərbaycanlılardan şok açıqlamalar

Tarix: 17-04-2015, 23:43 Bölmə :Ölkə Baxış: 0
İŞİD-də döyüşən azərbaycanlılardan şok açıqlamalar

Onlar Bəşər Əsədin insanlara verdiyi işgəncələrə dözməyərək cihada qoşulduqlarını açıqladılar

Bakı Ağır Cinayətlər Məhkəməsində İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının tərkibində Suriyada Bəşər Əsədə qarşı döyüşlərdə iştirak edən Vilayət Həsənli, Malik Musayev, Samir Həşimov, Vasif Hacıyev, İlkin Babazadə, Mehman Balakişiyev, Azər Qəmbərov, Vüsal Bayramov, Vüqar Dursunəliyev və Elvin Dursunəliyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Azər Qəmbərov dövlət hesabına təyin edilmiş vəkildən imtina edib. Onun ailə üzvləri Azər Qəmbərovun məhkəmədə hüquqlarını müdafiə etmək üçün yeni vəkillə müqavilə bağlayıb. Hakim bildirib ki, Vəkillər Kollegiyasının üzvü Qubadəli Rzayev Azər Qəmbərovun müdafiəsinə qoşulub və məhkəməyə order təqdim edib.

Vüqar Dursunəliyev yenə də məhkəmə tərkibinə etiraz edib. O, bildirib ki, hökmü verən Allahdır və Allahın hökmündən başqa hökm tanımır. İş üzrə daha bir neçə

təqsirləndirilən şəxs də susacaqlarını açıqlayıblar. Həmçinin bir neçə təqsirləndirilən şəxs, o cümlədən Vüqar Dursunəliyevin Suriyada döyüşlərdə iştirak etmək üçün göndərdiyi yetkinlik yaşına çatmayan oğlu, 1998-ci il təvəllüdlü Elvin Dursunəliyev məhkəmə tərkibinə etiraz etməyiblər. Təqsirləndirilən şəxslərin susmasına baxmayaraq, hakim onlara hüquq və vəzifələrini izah edib. Hakim bildirib ki, təqsirləndirilən şəxsin susmaq və ya ifadə verməkdən imtina etmək hüququ var: “Bu, həmin təqsirləndirilən şəxsin əleyhinə şərh oluna bilməz. Eyni zamanda təqsirləndirilən şəxs məhkəmənin istənilən mərhələsində ifadə vermək, vəsatət vermək, əlavə şahidlər çağırmaq, ekspertizanın rəyindən şikayət vermək, məhkəmənin hökmündən narazı qaldıqda isə şikayət vermək hüquqları var”.

Vüsal Bayramov bildirib ki, əməllərində cinayəti tərkibi yoxdur: “İstintaq zamanı sərbəst ifadə vermişik. Doğru olanı da yazıblar, olmayanı da. Bizim heç bir günahımız yoxdur. Bizi açın buraxın”.

Daha sonra hakimlər məhkəmə istintaqının başlanması barədə qərar qəbul ediblər və ittihamnaməni oxumaq

üçün dövlət ittihamçısı Rahil İsmayılova söz verilib. Dövlət ittihamçısı ittihamnaməni açıqlayandan sonra ifadə vermək üçün təqsirləndirilən Vilayət Həsənliyə söz verilib. Lakin Vilayət Həsənliifadə verməkdən imtina edib və susaraq bir kəlmə də olsun danışmayıb. Bu zaman dövlət ittihamçısı ona Suriyaya getməsi barədə suallar versə də, o, suallara cavab verməyib. Onun susmasını nəzərə alan hakimlər ibtidai istintaqa verdiyi ifadəsini məhkəmədə açıqlayıblar.

“Suriyaya keçməyimiz üçün 50 dollar verdik”

Vilayət Həsənli ibtidai istintaqa verdiyi ifadəsində göstərib ki, Tərtər rayonunda anadan olub və 4 ildir əhli-sünnə təriqəti üzrə namaz qılır: “2012-ci ildə Suriyada gedən döyüşləri izləmişəm və həmin cihada qoşulmaq qərarına gəlmişəm. Məqsədim kafirlərə qarşı vuruşmaq olub. Suriyada aparılan cihadlarla bağlı internetdə yayılan videolara baxmışam. Bundan sonra Suriyaya getmək barədə fikrim qətiləşib. Bununla bağlı Ənvər adlı həmyerlim ilə söhbət etmişəm. Ənvər mənə düz yolda olduğumu, Suriyada aparılan cihada getməyimi dəstəklədi. Ənvər Suriyaya özbaşına getməyin mümkün olmadığını, orada

camaatlardan birini tapmaq lazım olduğunu bildirdi. Bir neçə gün sonra Ənvər Suriyada cihad aparan təçkilatlardan birinin əmiri “Abu Hafsa“ ləqəbi ilə tanınan şəxslə əlaqə saxlamağın mümkün olduğunu bildirib. O, həmin əmrlə sosial şəbəkədə danışdığını, bir həftəyə ora getməyin mümkün olacağını qeyd etdi. Ənvərə həmyerlim İsrail Əliyev ilə birlikdə gedəcəyimi bildirdim. Mart ayının 22-də Ənvərlə rayonun mərkəzində çayxanada görüşdük. Ənvər mənə 300 ABŞ dolları verdi və bildirdi ki, Bakı Avtovağzalından Azərbaycan-Türkiyə avtobusuna bilet almağımı tapşırdı. Bildirdi ki, mən Bakıda avtobusa minəcəm, İsrail Əliyev isə məni Goranboy rayonunda gözləyəcəkdi. O, planın belə olmasını təhlükəsizlik baxımı ilə izah edib. Plana əsasən, martın 30-da Azərbaycan-Türkiyə avtobusuna bilet aldım və həmin istiqamətdə yola düşdük. İsrail Əliyevi isə Goranboy rayonundan götürdük. Türkiyədə olduğumuz zaman İsrail “Hasan” adlı şəxslə əlaqə saxladı. Onun “Hasan”ı haradan tanımasını bilməmişəm. Türkiyədən Suriyaya keçməyimizə köməklik göstərməsi üçün “Hasan” adlı şəxsə 50 ABŞ dolları vermişəm. Suriyada isə bizi İntiqam Əliyev

adlı şəxs qarşıladı. Biz onun vasitəsi ilə silahlı dəstənin tərkibinə qoşulduq. Orada “Abu Hafsa”nın camaatına qoşuldum. Bizi sərhəddən Hasan adlı şəxs keçirdi. “Abu Hafsa”ya biət etdik. Sonradan eşitdim ki, İsrail İŞİD-ə qoşulub. Bizim məqsədimiz Bəşər Əsədə qarşı cihad olub. Çünki camaatına zülm edirdi, bu zülmün qarşısını almaq istəyirdik.“Abu Hafsa” mənə silah verdi. Orada fabrikə mühafizəçi təyin etdi. Mən 4 milyon manatlıq əmlakı olan fabriki qoruyurdum. Fabrikdə nə olduğunu dəqiq bilmirdim, amma bəzi texnikalar vardı”.

“Suriyaya qayıdacağımız təqdirdə bizi öldürəcəklərini dedilər”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2013-cü ilin dekabr ayında oradan ayrıldım. Həmin vaxt İŞİD-lə “Cəbrat-ül-Nüsra” arasında döyüş başlayıb: “Həmin vaxt əsir düşdüm. Mənim onlar tərəfdən döyüşməyimi istəsələr də qəbul etmədim. Əsirlikdə olmazın işgəncələrə məruz qalmışam. Bizi videoya çəkdilər, bir daha Suriyaya qayıdacağımız təqdirdə öldürəcəklərini dedilər. Əsirlikdə azərbaycanlılar da vardı. Elvin Dursunəliyevgili əsirlikdə tanımışam. 20

gündən sonra bizi Türkiyə ilə sərhədə gətirdilər. Bizi Türkiyə polisi tutdu və Azərbaycana deportasiya etdilər”.

“Mən Allahın quluyam”

İfadəsi elan olunandan sonra prokuror ifadənin ona məxsus olub-olmaması ilə bağlı Vilayət Həsənliyə suallar ünvanlayıb. Başını aşağı dikən Vilayət Həsənli susmağı üstün tutub. Hakim Ramella Allahverdiyeva bildirib ki, susmaq hüquqları olsa da, məhkəmə araşdırımasının aparılması üçün təqsirləndirilən şəxslər ifadə verməlidir: “Biz bilmirik ki, bu iş üzrə hansı hökm çıxarılacaq. Amma məhkəmə araşdırmasının aparılması, sübutların təkzib olunması üçün təqsirləndirilən şəxslər ifadə verməli, ittihamları təkzib etməlidir. İstintaq zamanı dəfələrlə sərbəst ifadə verilib. Amma burada ifadə verməkdən imtina edilir. Bilmirəm ki, susmaq üçün bu şəxsləri kimlər öyrədir”.

Bu zaman susmağa üstünlük verən Vilayət Həsənli bunları deyib: “Bu qurulan məhkəməni qəbul etmirəm. Mən Allahın quluyam. İşimə şəriət məhkəməsində baxılmasını istəyirəm”.

Daha sonra sərbəst ifadə verməsi üçün Vasif Hacıyevə söz verilib. O da ittiham üzrə danışmaqdan imtina etdiyini deyib: “Bizim heç bir günahımız yoxdur. Müharibədə döyüşən şəhid olur. Biz də Allah yolunda döyüşmüşük, özümüzü şəhid edirik. Burada olan qardaşlarım da mənimlə eyni fikirdədir. Biz İslamın hökmünü istəyirik. Hökm yalnız Allahındır. Hakimiyyət də Allaha məxsusdur, bunu kafirlər bilməlidir. Ən ağır cinayət törədənin də, övladını öldürənin də cəzasını, hökmünü verən Allahdır. Mən İslamı seçmişəm, bəyənmişəm, ibadət edirəm. Bu mənim inancımdır”.

Prokuror Vasif Hacıyevə də suallar versə də, o, sulları cavablandırmaq istəməyib. Bundan sonra onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilib. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirib ki, 1989-cu ildə Zəngilan rayonunda anadan olub: “Dini inancım olub. Hər hansı bir dini icmanın üzvü olmamışam, heç kimə itaət etməmişəm. Bir müddət İstanbulda yaşamışam, orada qaynaqçı işləmişəm. Suriyada gedən döyüşlərlə bağlı internetdə yayılan videoları izləmişəm. Videolara baxandan sonra Suriyada gedən cihada qoşulmaq qərarına gəlmişəm. Türkiyədən Suriyaya

keçmək üçün “Hasan” adlı Türkiyə vətəndaşına 100 ABŞ dolları vermişəm. “Hasan”da həmin pul müqabilində məni Suriyaya keçirib. Orada Liviya vətəndaşına məxsus qruplaşmaya qoşulmuşam”.

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin quruplaşmanın tərkibində olan digər Azərbaycan vətəndaşları ilə tanış olub. Onun ifadəsinə görə, silahlı quruplaşmanın tərkibində olsa da, hər hansı bir silahlı cinayətdə iştirak etməyib. Daha sonra Mehman Balakişiyevə ifadə vermək üçün şərait yaradılıb. Amma işinə dini məhkəmədə baxılmasını istəyən Mehman Balakişiyev ifadə verməkdən imtina edib.

Məhkəmə iclası aprelin 16-da davam etdirilcək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Prokuror İŞİD üzvlərinə ağır cəzalar istədi

    Prokuror İŞİD üzvlərinə ağır cəzalar istədi ...

    14-05-2015, 12:47

  • 
  • İŞİD-çi azərbaycanlılardan məhkəməyə etiraz: “Azərbaycan qanunlarını tanımırıq”

    İŞİD-çi azərbaycanlılardan məhkəməyə etiraz: ...

    2-04-2015, 23:12

  • 
  • İŞİD-çilərin məhkəməsində sənədləri elan edildi

    İŞİD-çilərin məhkəməsində sənədləri elan edildi ...

    7-05-2015, 13:53

  • 
  • İŞİD-in azərbaycanlı üzvünə ağır cəza tələbi

    İŞİD-in azərbaycanlı üzvünə ağır cəza tələbi ...

    13-03-2018, 18:39

  • 
  • Azərbaycanda "İŞİD əməliyyatı" başladı - MTN 26 nəfəri həbs etdi

    Azərbaycanda "İŞİD əməliyyatı" başladı ...

    23-09-2014, 13:22


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu