GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Dəyişən dünya və Azərbaycan: mövcud vəziyyət və perspektivlər

Dəyişən dünya və Azərbaycan: mövcud vəziyyət və perspektivlər

Tarix: 19-04-2015, 00:01 Bölmə :Ölkə Baxış: 0
Dəyişən dünya və Azərbaycan: mövcud vəziyyət və perspektivlər

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər regionda və dünyada yaranan qlobal siyasi, iqtisadi və hərbi vəziyyət, bunun ölkəmizə təsiri mövzusunda yeni təkliflərlə çıxış edib. Partiya sədri “Dəyişən dünya və Azərbaycan: mövcud vəziyyət və perspektivlər” adlı təkliflər paketi bir sıra parametrlərinə görə ciddi müzakirə mövzusu ola bilər. Partiya sədri hesab edir ki, Azərbaycandakı mövcud vəziyyəti düzgün qiymətləndirmək və onun möhtəməl inkişaf perspektivlərini müəyyən etmək üçün, ilk növbədə kiçik ölkəmizin hansı beynəlxalq mühitdə olduğunu və bu mühitin görünən gələcəkdə başlıca inkişaf meyllərinin nələr olduğunu müəyyən etmək lazımdı. Qlobal və regional inkişafın başlıca meylləri haqqında danışan Sülhəddin Əkbər qeyd edib ki, soyuq müharibə bitdikdən və II Dünya Müharibəsindən sonra formalaşan iki qütblü dünya düzəni dağıldıqdan sonra sürətlə dinamik dəyişən qlobal şərait çox mürəkkəbləşib və ağırlaşıb. Regional inkişafın başlıca meyllərindən bəhs edərkən Azərbaycanın bu gün, faktiki olaraq, coğrafi-siyasi və coğrafi-strateji baxımdan postsovet məkanına, Cənubi Qafqaza, coğrafi-iqtisadi baxımdan Xəzər regionuna və coğrafi-mədəni anlamda Yaxın və ya Orta Şərq regionuna aid olduğu nəzərə alınmalı və bu regionların hamısında gedən proseslərin əsas inkişaf meylləri qeyd edilməlidi.

Regional şəraitin başlıca inkişaf meylləri

Yeni dünya düzəninin formalaşması prosesinin bu regionlarda daha kəskin ziddiyyətli və ağrılı keçməsi, coğrafi-siyasi qarşıdurmaların hərbi yolla həlli cəhdlərinin artması (Gürcüstan, Ukrayna, İraq, Suriya, Yəmən), birbaşa hərbi qarşıdurmalara deyil, müharibələrə üstünlük verilməsi, bu qarşıdurmaların və hərbi münaqişələrin yayılmağa meylli olması, II Dünya

Müharibəsindən sonra formalaşan düzənin və beynəlxalq hüquq normalarının açıq şəkildə pozulması, sərhədlərin zorla dəyişdirilməsi.

Coğrafi-siyasi və coğrafi-strateji inkişafın, Avropa və Avro-Atlantik institutların postsovet məkanına doğru genişlənməsinin Rusiyanın sərt müqaviməti üzündən ləngiməsi və çətinləşməsi, Avropada və postsovet məkanında da hərbi-siyasi qaşıdurmanın vəkalətən müharibəyə qədər kəskinləşməsi, yeni xarakterli çox tərəfli- strateji müharibənin başlaması, “yumşaq güc”ün önəminin artması, eyni zamanda bir-başa müharibə ehtimalının- bu ehtimal zəif də olsa ortaya çıxması.

Postsovet məkanının strateji taleyinin həll edilməsi prosesinin həlledici mərhələyə daxil olması, bir tərəfdən Avrasiya İttifaqının yaradılması (Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan), digər tərəfdənsə AB-nin Ukrayna, Gürcüstan və Moldova ilə assosiativ saziş imzalaması və azad ticarət zonası yaratması, bu arada yalnız Azərbaycanın strateji seçim edə bilməməsi;

Rusiyanın ABŞ və NATO-nun dialoq və əməkdaşlıqdan imtinası, tərəfdaşlıqdan rəqabət və qarşıdurmaya keçməsi, Rusiya hərbi doktrinasının, ABŞ-ın milli təhlükəsizlik strategiyasının və NATO-nun strategiyasının dəyişdirilməsi- “Rusiyanı durdurmaq strategiyası”na keçid edilməsi;

Müharibə, münaqişə, böhran bölgələrində və ətraf zonalarda, eyni zamanda Avropada hərbi gücün, infrastrukturun və aktivliyin kəskin artması, “dondurulmuş” münaqişələrin (Ermənistan-Azərbaycan, Dnestryanı) yenidən alovlanması ehtimalının artması;

Krımın işğalı və ilhaqından, Donbasa hərbi müdaxilədən, Abxaziya və Osetiya ilə müttəfiqlik və inteqrasiya sazişi

imzaladıqdan (faktiki ilhaqdan) sonra Rusiyanın cənub istiqamətində, o cümlədən Qafqaz və Xəzərdə hərbi iştirakının və aktivliyinin kəskin artması;

Ukrayna böhranından sonra- ABŞ, AB və NATO-nun Rusiya başda olmaqla postsovet məkanında, xüsusən də GUAM ərazisində aktivliyini hərtərəfli artırması;

ABŞ və Qərbin Rusiya ilə coğrafi-siyasi qarşıdurması və toqquşması şəraitində enerji təhlükəsizliyinin, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin xüsusi ölçü və önəm qazanması, Cənubi Qafqaz dəhlizinin, xüsusən də Azərbaycanın strateji önəminin, eyni zamanda risklərinin (Rusiya amilinə görə) artması;

TANAP, BTQ kimi yeni geoekonomik layihələrin həyata keçirilməsi, Transxəzər və Nabukko kimi layihələrin yenidən gündəmə gətirilməsi və onlar ətrafında münasibətlərin kəskinləşməsi;

İranın nüvə proqramı ilə bağlı 5+1 ölkələri ilə ilkin anlaşması və bu anlaşmanın qalıcı razılaşmaya çevriləcəyi halda, nüvə silahı əldə edilməsi təhlükəsinin və onunla bağlı ABŞ və NATO-nun hərbi müdaxilə ehtimalının ertələnməsi, sanksiyaların götürülməsi, böyük neft və qaz ehtiyatlarına sahib olan İranın dünya bazarlarına tam gücü ilə yenidən dönüşü, Rusiya və Azərbaycan da daxil olmaqla region ölkələri arasında rəqabətin artması;

Dünya bazarında neftin və qazın qiymətinin düşməkdə davam etməsi;

Avropanın enerji təhlükəsizliyi və İran məsələsinə görə Azərbaycanın rolunun əhəmiyyətli dərəcədə azalması;

Maliyyə-iqtisadi cəhətdən İranın güclənməsi və daha aqressiv, aktiv xarici siyasət, xüsusən də regional siyasət aparmaq imkanlarının artması;

Azərbaycan: mövcud vəziyyət və perspektivlər

Qlobal və regional vəziyyətin dinamik dəyişdiyi belə bir dövrdə ölkədə mövcud ictimai-siyasi durum: demokratiya və insan haqları sahəsində vəziyyətin açıq pisləşməsi, siyasi azadlıqların maksimum məhdudlaşdırılması, azad və ədalətli seçkilər problemi, müxalifətin faktiki olaraq sistem xaricinə itələnməsi, maliyyə qaynaqlarının kəsilməsi və KİV-ə çıxış imkanlarının əsasən qapadılması başda olmaqla resurslarının əsaslı tükəndirilməsi, xalqla təmaslarının minimuma endirilməsi. Bundan başqa, xalqın demokratiyaya, dinc demokratik dəyişikliklərin perspektivinə, eyni zamanda demokratik dəyərlərin daşıyıcıları olan demokratik qüvvələrə inamının ciddi sarsılması, cəmiyyətdə həm hakimiyyətə, həm də müxalifətə inamsızlıqla paralel olaraq, passiv etirazın, nifrətin və aqressivliyin artması, yaranmış vəziyyətdən çıxış yolunun görünməməsi, ictimai əhval-ruhiyyənin radikallığa doğru meyllənmə ehtimalının artması; siyasi səhnədən sıxışdırılan liberal demokratik qüvvələrin yerini tutmağa hazır olan radikal, ekstremist qüvvələrin ortaya çıxması və cəmiyyətə bu hazırlığın mesajlarını verməsi.

Sosial-iqtisadi sahədə nə baş verir?

Postsovet məkanında geopolitik qarşıdurmanın kəskinləşməsi fonunda dünya bazarında neftin qiymətinin böyük ölçüdə kəskin düşməsi, ölkədə demokratik iqtisadi islahatların aparılmamasının, azad rəqabətə dayanan bazar iqtisadiyyatının yaradılmamasının, xammal satışına dayanan iqtisadi böyümə və

iqtisadi inkişaf siyasətinin, xammal satışından gələn gəlirlər üzərində qurulan maliyyə-büdcə siyasətinin, birtərəfli iqtisadi inkişaf siyasətinin, qeyri-neft sektorunun inkişaf etdirilməməsinin, xüsusən də ölkədə müasir sənayeləşmənin və aqrar siyasətin aparılmamasının, iqtisadi inkişafımızın qarşısını kəsən “üç başlı əjdaha” ilə korrupsiya, inhisarçılıq və gizli iqtisadiyyatla- sistemli mübarizə aparılmamasının, insan amilinin arxa planda qalması.

Mərkəzi Bankın 21 fevral 2015-ci il tarixli qərarı və ondan sonra ölkədə yaranan sosial-iqtisadi vəziyyət isə hakimiyyətin apardığı siyasətin nəticələrinin həqiqi miqyasını ortaya çıxardı və ölkənin yaxın gələcək inkişafı perspektivlərini aydınlatdı.

Yaxın gələcəkdə vəziyyətin inkişafı istiqamətləri

Dünya bazarında neftin qiymətinin düşməsinin, neft gəlirlərinin, eyni zamanda büdcə gəlirlərinin, ölkənin maliyyə ehtiyatlarının böyük ölçüdə azalmasının və manatın devolvasiyasının davam edəcəyini, infilyasiyanın, bahalaşmanın və işsizliyin artacağını, maaşlarda kəsinti və yubanmaların olacağını, əhalinin gəlirlərinin və alıcılıq qabiliyyətinin azalacağını, nəticədə əhalinin həyat səviyyəsinin aşağı düşəcəyini;

yaranmış maliyyə-iqtisadi problemlərin ciddi sosial-iqtisadi problemlərə səbəb olacağını və bunun da öz növbəsində sosial-siyasi təsirlərinin, xüsusən də kütləvi narazılığın yaranmasının qaçılmaz olduğunu açıq şəkildə göstərməkdədi.

Xarici siyasət

Azərbaycan öz Milli Təhlükəsizlik Konsepsiyasında strateji hədəfinin avroatlantik məkana inteqrasiya olduğunu bəyan etsə də, faktiki strateji seçim etmədiyindən, rəsmi Bakının xarici siyasətində tərəddüdlər və manevrlər davam edir. İqtisadi, enerji, nəqliyyat və milli təhlükəsizlik maraqlarına görə Brüsselə

və Vaşinqtona bağlı olan Bakı, siyasi və siyasi təhlükəsizlik maraqlarına görə Moskvaya bağlıdı. Geopolitik mərkəzlər arasında gərginlik artdıqca arada qalan rəsmi Bakının bağları daha da gəriləcək. Hazırda bu geopolitik mərkəzlər arasında vəkalətən müharibə səviyyəsinə çatan kəskin qarşıdurma olduğundan, Qərb Ukraynada demokratik hakimiyyət dəyişikliyini, dünya bazarında neftin qiymətinin kəskin düşürülməsi siyasətini dəstəklədiyindən, Azərbaycandan demokratik islahatlar və seçkilər tələb etdiyindən öz hakimiyyət maraqlarını, eyni zamanda Rusiyanın postsovet məkanında qarşısı alına bilməyən aqressiv təcavüzkar siyasətini nəzərə alan iqtidar Kremllə taktiki yaxınlaşma və özünü qoruma siyasəti aparır. Onu da unutmamalı ki, Rusiya Azərbaycanın demokratikləşməsində, burda demokratik seçkilərin keçirilməsində qətiyyən maraqlı deyil və buna imkan verməmək üçün əlindən gələni yenə də edəcəkdir. Bu səbəblərdən Azərbaycan ABŞ-la münasibətlərində gərginlik yaşayır, AB ilə, xüsusən də NATO ilə münasibətlərində irəliyə doğru ciddi addım atmaq, münasibətləri yeni səviyyəyə qaldırmaq niyyətində deyil. Yalnız postsovet məkanındakı bu qarşıdurmadan Qərbin qalib çıxması, eyni zamanda ölkəmizdə yaranması gözlənilən gərgin sosial-iqtisadi və sosial-siyasi durum rəsmi Bakını öz siyasətini əsaslı şəkildə dəyişməyə sövq edə bilər.

Vəziyyətdən çıxış yolu

Təkliflər paketində ölkə daxili inkişafın, ictimai-siyasi proseslərin dinc demokratik məcrada, Konstitusiya çərçivəsində inkişafı üçün təkliflər də irəli sürülür.

Siyasi sahədə irəli sürülən təkliflər 4 istiqamətdədir; yaranmış vəziyyətin müzakirəsi və ondan birgə çıxış yollarının tapılması üçün hakimiyyətlə cəmiyyət- müxalifət arasında geniş əsaslı və konkret nəticələr əldə etməyi hədəfləyən dialoqun başlaması, siyasi dialoq üçün əlverişli zəminin yaradılması, demokratiya və

insan haqları sahəsində, ilk növbədə problemli sahələrdətəxirəsalınmaz addımların atılması, aktual seçki islahatı daxil olmaqla, demokratik siyasi islahatlara başlanması; konstitusiya islahatının aparılması, ali dövlət hakimiyyətinin, eyni zamanda mərkəzi və yerli hakimiyyətin balanslı bölgüsü, parlamentli respublika idarə üsuluna, proporsional seçki sisteminə keçid məqsədilə parlament seçkiləri ilə eyni zamanda referendumun keçirilməsi.

Yaranan hərbi-siyasi durumda müdafiə və hərbi sahədə də təkliflər irəli sürülür. Bu sırada əsasən Azərbaycan-Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə”ni (16 avqust 2010) əsas almaqla- müttəfiqlik səviyyəsinə qaldırmalı; Türkiyə-Azərbaycan-Gürcüstan hərbi və hərbi-texniki əməkdaşlığını müsbət qiymətləndirilməli və bu münasibətləri tərfdaşlıq səviyyəsinə yüksəltməli, ABŞ-la- hələ illər öncə təklif edilən- strateji tərəfdaşlıq sazişini imzalamaq üçün danışıqlara başlanması, NATO ilə tərəfdaşlığı gücləndirməli, Milli Ordunu alyans standartlarına tam uyğunlaşdırmalı və döyüş qabiliyyətini artırmalı; AB-nin enerji təhlükəsizliyində oynadığı rolundan yararlanmalı, Cənub dəhlizinin(BTC, BS, BTƏ, BTQ) qorunması üçün ABŞ, NATO və AB ilə ciddi danışıqlara başlamalı, ümumiyyətlə onları öz təhlükəsizliyinin təmin edilməsinə mümkün qədər sıx cəlb etməli, Silahlı Qüvvələrdə demokratik islahatlar aparmalı, mülki nəzarət və parlament nəzarəti gücləndirilməli, peşəkar orduya keçmək, yaranan maliyyə-iqtisadi vəziyyəti də nəzərə alınmaqla hərbi büdcənin icrasına nəzarəti gücləndirməli, korrupsiya, rüşvət və israfçılığa ilk növbədə orduda son qoymaq.

Xarici siyasətlə bağlı edilən təkliflərə əsasən, ABŞ və AB ilə münasibətləri normallaşdırmaq, ABŞ-la strateji tərəfdaşlıq müqaviləsi, AB ilə assosiativ saziş imzalanması və azad ticarət zonası yaradılması üçün danışıqlara başlamaqdan çəkinməmək,

NATO ilə münasibətlərin mövcud geostraterji və hərbi-siyasi durumda nizamlanması və perspektiv inkişafı haqqında 28+1 formatında məsləhətləşmələr aparmalı; postsovet məkanının, xüsusən də Rusiyanın taleyinin həll edildiyi bir vaxtda, Dağlıq Qarabağ məsələsində tələsməməli və səhvə yol verməməli.

Hüseyn ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Sülhəddin Əkbərin partiyasının üzvləri Milli Şuradan çıxdılar

    Sülhəddin Əkbərin partiyasının üzvləri Milli ...

    8-07-2014, 16:20

  • 
  • Sülhəddin Əkbərin sənədləri yenə geri qaytarıldı

    Sülhəddin Əkbərin sənədləri yenə geri qaytarıldı ...

    10-10-2014, 17:58

  • 
  • Soyuq müharibə YENİDƏN BAŞLAYIR: DİPLOMAT KRİZİNİN ARXA PLANI

    Soyuq müharibə YENİDƏN BAŞLAYIR: DİPLOMAT ...

    28-03-2018, 17:59

  • 
  • Prezident İlham Əliyev: "Azərbaycan yeni inkişaf mərhələsinə daxil olub"

    Prezident İlham Əliyev: "Azərbaycan yeni ...

    18-01-2017, 23:04

  • 
  • “Norveçin bu addımı Azərbaycan üçün ciddi siqnal olmalıdır” – SÜLHƏDDİN ƏKBƏR

    “Norveçin bu addımı Azərbaycan üçün ciddi siqnal ...

    15-11-2018, 15:38


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (312)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu