Bir çox ölkədən Rus diplomatlara qarşı deportasiya qərarının alınmasını dəyərləndirən xarici siyasət mütəxəssisləri, Rusiya ilə Avropa arasında yeni bir “Berlin Divar”ı inşa edilməyə çalışıldığını bildirib.
Xarici siyasət ekspertləri, ABŞ, Kanada, Ukrayna və AB ölkələri ilə NATO-nun eyni zamanda Rus diplomatlara qarşı "deportasiya" qərarlarını ikinci bir "soyuq savaşın" hərəkətvericisi kimi qiymətləndirir. Mütəxəssislər, nəzarətli şəkildə "iki qütblü dünya”nın hədəfləndiyini də vurğulayır. İngiltərədə yaşayan keçmiş Rus casusunun zəhətlənməsindən sonra İngiltərə və Rusiya arasında başlayan gərginlik, dünyaya yayılır.
ABŞ-ın YENİ DÜNYA DÜZƏNİ
“Ankara Böhran və Siyasi Araşdırmalar Mərkəzi”nin sədri professor Mehmet Seyfəddin Erol, ABŞ, Kanada, 14 Aİ ölkəsi və Ukraynanın eyni zamanda Rus diplomatlara qarşı deportasiya qərarı almalarının arxasında ABŞ-ın qlobal hədəflərinin olduğunu ifadə edərək, ABŞ-ın “Yeni Dünya Nizamı” inşa prosesində Rusiyanı hədəf aldığını söyləyib. Professor Erol, alınan qərarların ABŞ-ın Rusiya və Çini hədəf alan siyasətindən qaynaqlandığını bildirərək, “bu qərarla birlikdə böhran, İngiltərə-Rusiya arasındakı böhran olmaqdan çıxıb, sürətli bir şəkildə Qərb-Rusiya arasında bir böhrana çevrildi. Proseslər, qlobal əsasda daha dərin bir böhrana hamilə kimi görünür” deyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?