Anar Axundzadə şöbə müdiri vəzifəsinə təyin olunacaq
Yaxın vaxtlarda Milli Məclisin sabiq deputatı Anar Axundzadə Prezident Administrasiyasında (PA) şöbə müdiri vəzifəsinə təyin olunacaq. Bu barədə XezerNews.az-a məlumat daxil olub. Məlumata görə, A.Axundzadə indiyədək fəaliyyəti dövründə nöqsansız çalışdığı, hakim Yeni Azərbaycan Partiyasına (YAP) sadiq qaldığı və prezident İlham Əliyevin yürütdüyü siyasətin fəal təbliğatçılarından biri olduğu üçün bu vəzifəyə gətirilməsi gözlənilir. Məsələni dəqiqləşdirmək üçün A.Axundzadə ilə əlaqə saxlamağa çalışsaq da, bu mümkün olmayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?