GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Bakıdakı otellərimiz orta və aşağı imkanlara malik əcnəbilərin qalmasına şərait yaratmalıdır”

“Bakıdakı otellərimiz orta və aşağı imkanlara malik əcnəbilərin qalmasına şərait yaratmalıdır”

Tarix: 7-05-2015, 13:49 Bölmə :Ölkə Baxış: 0
“Bakıdakı otellərimiz orta və aşağı imkanlara malik əcnəbilərin qalmasına şərait yaratmalıdır”

Yusif Bağırzadə: “Qarabağ və ətraf rayonlarımızın azad edilməsində israrlı olmalıyıq”

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadənin müsahibəsini təqdim edirik:

- Yusif bəy, Avropa Yay Olimpiya Oyunlarının keçirilməsinə müddət azalıb. Artıq olimpiyanın məşəli yandırıldı. Bu prosesi necə qiymətləndirirsiniz, bundan nə gözləyirsiniz?

- Avropa Yay Olimpiya Oyunlarının Bakıda keçirilməsi Azərbaycana olan etimadın göstəricisidir. Azərbaycan üzərinə öhdəlik götürüb və bunu da yerinə yetirib. Bu yarışların Bakıda keçirilməsi göstərir ki, Azərbaycan Avropanın bir hissəsidir. Bura gələnlər də Azərbaycanı birmənalı Avropa ölkəsi olduğunu qəbul edir. İkincisi, Azərbaycan bir daha tolerant dövlət olduğunu, bütün xalqların burada azad, firavan və qardaşlıq münasibətində yaşadığını ortaya qoyur. Yay Oyunları ilə bağlı Bakıya gələcək minlərlə idmançı, eləcə də turist Azərbaycanda bütün xalqların əmin-amanlıqla yaşadığını, bütün dinlərə məxsus icmaların olduğunu görəcək. Biləcək ki, katoliklər, pravoslavlar, yəhudilər, müsəlmanların dini mərkəzləri, ofisləri var.

Üçüncüsü, Bakıya gələcək qonaqlar həm də Azərbaycanın ərazilərinin 20 faizinin işğal edildiyini, Dağlıq Qarabağ probleminin olduğunu görəcək, həqiqətləri biləcəklər. Təbii ki, onlar burada tarixi məlumatlar alacaq, ədalətli informasiya ilə təmin olunacaq və bir daha Azərbaycan xalqının necə sülhsevər və humanist olduğunu biləcəklər. Əlbəttə, bizimlə bağlı bədxah düşmənlərimiz, Azərbaycanı sevməyən qüvvələr uzun illər təbliğat kampaniyası aparıb, az qala bizi barbar kimi dünyaya təqdim ediblər. Bütün bu düşmən təbliğatı puç olacaq. Bütün bu məsələlərə görə, Avropa Oyunlarının Bakıda keçirilməsi dövlətimiz və millətimiz üçün mühüm hadisədir.

-Adətən turistlər daha çox otelləri ucuz olan ölkələrə səfər edirlər. Bakıda isə otellərin qiyməti olduqca bahadır. Bu problem yaratmayacaq?

- Müəyyən mənada siz haqlısınız. Azərbaycana gələn əcnəbilər fərqli kateqoriyadan insanlar olacaq. Onların içində zənginlər, orta təbəqə nümayəndələri, nisbətən kasıblar da olacaq. Biz də çalışmalıyıq ki, onlar üçün hər cür şərait yaradaq. Fikrimcə, otellərimiz orta və aşağı imkanlara malik əcnəbilərin qalmasına şərait yaratmalıdır. Həmçinin milli restoranlarımız qiymətlərinə bir qədər diqqətlə yanaşmalıdır. Arzu edirəm ki, bu yarışlara qatılacaq Azərbaycan milli komandası yüksək nəticələr göstərsinlər. Hər halda AMİP olaraq bu oyunlara böyük əhəmiyyət veririk”.

- Saxta “erməni soyqırımı” ilə bağlı sanki Qərbdə sistemli kampaniya aparılır. Bu məsələyə münasibətiniz necədir?

- Tarixdə “erməni soyqırımı” deyilən bir fəaliyyət olmayıb. Hər kəs bilir ki, Xocalıda azərbaycanlılar ermənilər tərəfindən soyqırımına məruz qalıb, digər rayonlarımızda yüzlərlə sivil insanımız qətlə yetirilib. İndiki Ermənistan ərazisindən yüz minlərlə soydaşımız qovulub. Bu gün Ermənistan adlı ərazidə bir nəfər də olsun türk millətinin nümayəndəsi yaşamır. Avropanın bütün bu faktları bir kənara qoyub saxta, tarixi və hüquqi əsası olmayan “erməni genosidi” üzərinə qayıtması Avropanın Azərbaycan və Türkiyəyə münasibətini göstərir.

- Bu qətnamənin qəbul edilməsinin səbəbi nədir?

- Şübhəsiz ki, Avropada qəbul edilən saxta qətnamə və sənədlər Azərbaycanla Türkiyənin Avropaya inteqrasiyasının qarşısını almağa hesablanıb. Bu gün dünyanın siyasi səhnəsində Çanaqqala savaşı davam edir. Hər kəs bilir ki, yüz il əvvəl Avropa ölkələri müstəqil dövlət olan Türkiyəyə hərbi təcavüz ediblər və buna uyğun olaraq da cavablarını alıblar. Fikrimcə, biz bunun üzərinə getməli, avropalılara bu tarixi başa salmalıyıq. Ancaq biz də nisbətən zəif işləyirik. Fəaliyyətlərimizi gücləndirməliyik. Azərbaycan və Türkiyəyə bağlı lobbi bu istiqamətdə işini güclü qurmalıdır. Məncə, Türkiyə qanun qəbul etməlidir. Bu qanuna əsasən saxta “genosid”i dilinə gətirən şəxs cəzalandırılmalıdır. Başqa sözlə, adekvat cavab olmalıdır. Mən dəfələrlə Türkiyədə olmuşam, müxtəlif tədbirlərdə iştirak etmişəm. Türkiyədə heç bir hüquqi sənədi olmayan 70 mindən çox erməni var və onlar Ermənistandan gələrək qardaş ölkədə işləyir. Türkiyə daxilində də erməni diaspora təşkilatları fəaliyyət göstərir, kənardan gələn ermənilər isə bu lobbi təşkilatlarına dəstək verirlər. Odur ki, Türkiyədə saxta erməni

“genosid”ini reklam edən istənilən vətəndaş cəzalandırılmalıdır. Türkiyədə liberal toplum var, ora əsasən QHT-lər, müxtəlif qurumlar, media nümayəndələri daxildir. Biz Xocalı soyqırımını dilə gətirən kimi, onlar da daima saxta erməni “genosid”i məsələsini gündəmə gətirirlər. Məncə, Türkiyədə bu məsələlərə ciddi yanaşılmalıdır. Həmçinin Azərbaycanda fəaliyyət göstərən bütün siyasi təşkilatlar bu məsələyə dair dəqiq mövqe ortaya qoymalıdır.

- Hazırda erməni tərəfi “24 aprel”ə ciddi hazırlaşmışdı. Fransa prezidenti bu tarixdə İrəvana səfər etdi. Avropa Şurasının sessiyasında saxta genosidlə bağlı saxta qətnamə qəbul etnəyə cəhd göstərildi. İndi isə bəlli olur ki, İsveç hökuməti saxta genosidi tanımaq haqda qanun qəbul edib…

- Hesab edirəm ki, Avropa Şurasında da hansısa qərar ola bilərdi və mən bunu sessiya başlamazdan öncə demişdi. Orada 177 ermənipərəst deputat toplaşaraq buna cəhd etdi. Vatikan rəhbərinin bəyanatı ilə sanki bu prosesə start verildi. Papa Argentina əsillidir, başqa sözlə ən böyük erməni lobbisinin fəaliyyət göstərdiyi ölkədə anadan olub. Şübhəsiz ki, onun belə bəyanat səsləndirməsində erməni lobbi qurumlarının ciddi təsiri olub. Fransada da ciddi erməni lobbisi fəaliyyət göstərir və prezident Olland 24 apreldə Ermənistana səfər edəcəyini bildirib. Onun Azərbaycana da gələcəyi haqda xəbərlər yayılıb. Mən Ollandın regiona səfərindən xüsusi bir şey gözləmirdim. İndilikdə biz çalışmalıyıq ki, bu saxta “genosid” məsələsi Amerikada şaxələnməsin, gündəmə gəlməsin. ABŞ neçə illərdir ki, bu məsələdə ehtiyatla davranır. Biz də çalışmalıyıq ki, ümumiyyətlə bu məsələ ABŞ-da gündəmə gəlməsin. Avropa isə bir qədər fərqlidir. Onu da qeyd edim ki, Avropa Parlamentinin son qətnaməsinin heç bir hüquqi gücü yoxdur, bu siyasi sənəddir. Buna qarşılıq olaraq adekvat addımlar atmalı, tarixi həqiqətləri çatdırmalıyıq. Təsəvvür edin ki, bu qətnaməyə elə deputatlar səs veriblər ki, onlar ümumiyyətlə bu tarix haqqında heç nə bilmirlər. Sadəcə olaraq məsələyə bir müsəlman dövləti ilə bir xristian dövlətinin münasibətləri prizmasından baxırlar. Ermənilərin məqsədi isə bir qədər fərqlidir. Mən 3 il əvvəl ABŞ-da yaşayan erməni diaspora rəhbərinin televiziya çıxışını izləmişəm. Onların məqsədi təkcə Türkiyənin bu saxta “genosid”i qəbul etdirməsi ilə bitmir. Əksinə, onlar bunun arxasınca Türkiyəyə böyük maliyyə təzminatı və ərazi iddiası irəli sürəcəklər. Təbii ki, bu əsassız istəkdir, çünki dünyada “erməni soyqırımı” deyilən bir məsələ olmayıb. Baxın, 1915-ci ildə Osmanlının maliyyə naziri erməni əsilli şəxs olub.

Əgər, 1915-ci ildə Türkiyədə erməni millətinə qarşı genosid siyasəti olsaydı, erməni əsilli şəxs necə maliyyə naziri ola bilərdi? Bütün bu faktları bir yana qoyub soyqırımı iddiasında çıxış etmələrini, xristian təəssübkeşliyi kimi qiymətləndirə bilərik. Erməni diasporasının bu fəaliyyətinin bir istiqaməti də, bizim Avropaya qapılarımızı bağlamaq istəyidir. Ancaq bizim yolumuz Avropa yoludur, biz bu istiqamətdə getməli, çalışıb Avropa Birliyinə daxil olmalıyıq.

- Bu birlik bizi əsası olmadan genosid etməkdə ittiham edir, bəlkə doğrudan, Avropa Birliyinin bizim üçün o qədər də əhəmiyyətli olmadığını göstərmək lazımdır...

- Bu proses sistemli xarakter daşıyacaq, daha sərt qərarlar qəbul ediləcəksə, təbii ki, biz də bu inteqrasiya məsələsinə yenidən baxmalı və bu haqda düşünməliyik. Bizim ərəb müsəlman dövlətləri ilə gözəl münasibətimiz var. Əvvəllər də qeyd etmişəm ki, müsəlman ölkələrinin yaxınlaşması əsasında yeni hərbi ittifaq meydana gələ bilər. İndi Yaxın Şərq barıt çəlləyinə bənzəyir. Müsəlman ölkələrinin bir masa arxasında əyləşib bu məsələləri müzakirə etməsinə ehtiyac var.

- Aprelin 24-də Amerika prezidenti “soyqırımı” ifadəsi işlətmədi. Bunu necə qiymətləndirirsiniz?

- Prezident Obamanın belə bir ifadə işlətməsi sıfıra bərabər idi. Mən 24 apreldən öncə demişdim ki, prezident Obama bunu tarixi bir hadisə kimi qeyd edəcək. Əgər Obama belə bir ifadə işlətsə, Türkiyə-Amerika münasibətlərinə ciddi zərbə vurmuş olacaq. Nəzərə almaq lazımdır ki, regionda Türkiyə Amerikanın ən yaxın müttəfiqi və NATO üzvüdür. Ancaq sakit durub Amerikada erməni lobbisinin bu istiqamətdə fəaliyyətini də seyr etmək lazım deyil.

- Bütün bu təbliğatlar, qərarlar və bəyanatlarla Türkiyəyə, eləcə də, Azərbaycana təsir etmək, güzəşt qoparmaq mümkündür?

- Qəti mümkün deyil. Həm də bu səhv yoldur. Biz Azərbaycan olaraq Qarabağ və ətraf rayonlarımızın azad edilməsində israrlıyıq, buna da nail olacağıq. Azərbaycanın güclü ordusu var. Avropada qəbul edilən sənədlər sadəcə əsası olmayan erməni iddialarının üzərində dayanır, xristian təəssübkeşliyindən o yana gedə bilməz. Əlbəttə, biz danışıqlar vasitəsilə problemin həll edilməsinin tərəfdarıyıq, ancaq digər variantlara da hazır olmalıyıq.

- Aprelin 24-də Ermənistan saxta “genosid”i, bizlər Çanaqqala zəfərinin yüz illiyini qeyd etdik. Sizcə, bu tədbirlərdən hansı mənzərə ortaya çıxacaqdı?

- Bu iki tədbir zamanı kimlərin haqqın tərəfində, kimlərin nahaq tərəfdə olduğunu görsəndi. Kimlər xristian təəssübkeşidir, kimlər tarixi faktların yanındadır.

- Tariximizdə acı təcrübələr olub, məsələn, bəzi türk dövlət başçısı İrəvana səfər edib, saxta “soyqırımı” abidəsini ziyarət edib. İndi zaman bir qədər dəyişsə də, necə düşünürsünüz, bu kimi hallar gələcəkdə də təkrarlana bilərmi?

- İnanmıram ki, Orta Asiya türk dövlətlərindən kimsə İrəvana getsin. Bizim Qırğızıstan, Qazaxıstan, Özbəkistanla ciddi münasibətlərimiz var, iqtisadi əlaqələrimiz yüksək səviyyədədir. Neçə illər əvvəl Qırğızıstanın sabiq prezidenti Ermənistana səfər edib, dediyiniz saxta abidəni ziyarət etmişdi. Bu fakt Qırğızıstan siyasi və ictimai fikrində heç də yüksək qarşılanmadı. Hətta sonradan həmin şəxsin hakimiyyətdən getməsinə təsir edən faktorlardan biri də bu məsələ oldu. Hazırda bizim Qırğızıstanla yüksək səviyyəli əlaqələrimiz var, bu ölkənin prezidenti Azərbaycanda səfərdə olub. Odur ki, Orta Asiya ölkələrindən kiminsə İrəvana gedəcəyi məsələsi olmayacaq. Bildiyiniz kimi cənab Lukaşenko da Ermənistana səfər etməkdən imtina etdi. Baxmayaraq ki, Belarus və Ermənistan Gömrük İttifaqında müttəfiq ölkələrdir. Hesab edirəm ki, Lukaşenkonun Ermənistan səfərindən imtina etməsi həm də Azərbaycanla əlaqəsi olan ölkələrə bir mesajdır. Hesab edirəm ki, Çanaqqala zəfərinin yüz illiyi ilə bağlı təşkil edilən tədbirdə kifayət qədər şəxs iştirak edəcək. Azərbaycan tərəfi bu tədbirdə ən yüksək səviyyədə iştirak etdi. Bir nəzərə almalıyıq ki, indi Türkiyənin, elə dolayısı yolla bizim üzərimizə gələn dövlətlər vaxtilə Türkiyənin üzərinə ordu yeridiblər. O zaman Çörçil hərbi donanmanın komandanı idi. Sonradan Çörçil etiraf edirdi ki, ən uğursuz planı Çanaqqala ilə bağlı olub. Kimsə İstanbula Konstantinapol gözündə baxa bilər.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Azad Rəhimovun yalanı açıldı

    Azad Rəhimovun yalanı açıldı ...

    14-12-2012, 12:15

  • 
  • 2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarının tarixi açıqlandı

    2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya ...

    30-04-2013, 17:00

  • 
  • Eurovisionun ardınca Olimpiya maxinasiyaları

    Eurovisionun ardınca Olimpiya maxinasiyaları ...

    13-12-2012, 11:56

  • 
  • Bakı-2019: XV Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasimi keçirilir

    Bakı-2019: XV Avropa Gənclər Yay Olimpiya ...

    21-07-2019, 21:15

  • 
  • Bakıda daha bir çempionat keçirilə bilər

    Bakıda daha bir çempionat keçirilə bilər ...

    27-06-2015, 05:41


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (301)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu