GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Polisdə həm fiziki, həm də mənəvi işgəncələrə məruz qalmışam”

“Polisdə həm fiziki, həm də mənəvi işgəncələrə məruz qalmışam”

Tarix: 7-05-2015, 13:51 Bölmə :Ölkə Baxış: 0
“Polisdə həm fiziki, həm də mənəvi işgəncələrə məruz qalmışam”

Dələduzluqda ittiham olunan qadın məhkəmədə dəhşət saçan açıqlamalar verdi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Mülayim Mahmudovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittihamnaməni oxuyub.

İttihama görə, Mülayim Mahmudova Qaradağ rayonunda yerləşən “Binə” Ticarət Mərkəzində Bakı şəhər sakini Hürü Dadaşovaya mağaza alacağını vəd verib və ondan ümumilikdə 26 min manat alaraq mənimsəyib.

Məhkəmədə ifadə verən Mülayim Mahmudova elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində barəsində olan cinayət işinin istintaqı 3 ilə yaxın getdiyini, amma bir dəfə də olsun dindirilmədiyini qeyd edib: “Məhkəmədə mənə söz verilib, buna görə də hakimlərə minnətdarlığımı bildirirəm. Amma istintaqda danışmaq üçün mənə bir dəfə də olsun söz verilməyib”.

Mülayim Mahmudova bildirib ki, 20 ilə yaxındır “Binə” və “Sədərək” ticarət mərkəzlərində bizneslə məşğul olub. Onun sözlərinə görə, zərərçəkən Hürü Dadaşova həmyerlisi olsa da, onunla əlaqəsi olmayıb: “Hürünü uzun müddətdir ki, tanıyıram. Amma bizim münasibətimiz, yaxınlığımız olmayıb. Hürü mənim bacılarımla əlaqəsi olub. Hürü ilə ev almaq istəyəndə yaxından tanış olmuşam. Mən təkbaşına azyaşlı övladım ilə birlikdə Suraxanı qəsəbəsində evlərdən birində kirayə yaşayırdım. Ev almaq barədə Hürü ilə danışanda, o da məni “GEN” MMC-nin yerləşdiyi ofisə gətirdi. Ofisdə Həbib Bayramov ilə müqavilə bağladım. Həmin vaxt Həbib Bayramov dedi ki, Hürü Dadaşova çoxsaylı insanları “GEN” MMC-yə cəlb edir,satılan hər evin bir kvadratına görə, şirkətdən 30 ABŞ dolları alır. Bu minvalla Hürü Dadaşova ilə tanışlığım yarandı. Onun vasitəsi ilə “GEN” MMC-dən ev almaq üçün ümumilikdə 13200 ABŞ dolları ödədim. “GEN” MMC-nin vətəndaşlara qarşı etdiyi dələduzluq ilə bağlı cinayət işi başlayandan sonra ödədiyim pul da batdı. Həmin cinayət işi üzrə keçirilən prosesdə məni bura Hürü Dadaşovanın cəlb etməsini bildirsəm də, prosesə sədrlik edən hakim Eynulla Vəliyev bu məsələni araşdırmadı. Eynulla müəllim

dedi ki, onlar yalnız cinayət işi çərçivəsində məhkəməyə verilən ittiham olunan şəxslərin işinə baxırlar”.

Mülayim Mahmudova daha sonra əlavə edib ki, Hürü Dadaşova “Sədərək” Ticarət Mərkəzi köhnə yerində olanda yanına gəlib: “Həmin vaxt Hürü Dadaşova bildirib ki, dəmir yolu vağzalında bilet satmaqla məşğul olur, amma son vaxtlar biletlərin satılması kompüter vasitəsi ilə həyata keçirildiyi üçün əlavə gəlir olmur. Buna görə də “Sədərək” ticarət mərkəzində mağaza almaq istəyir. Ona bizneslə məşğul olmaq barədə razılaşdıq. Ona bildirdim ki, İrana gedərək, parça gətirmək lazımdı. Bu məqsədilə Hürü ilə birlikdə İrana getdik. İranda qaldığımız iki gün ərzində mal almaq üçün mağazaları gəzdik”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2007-ci ilin dekabr ayında İrandan mal gətirmək üçün 15 min manat verib: “Hürü həmin verdiyi pulun müqabilində 25 min ABŞ dolları qazanc əldə edib. Onunla birlikdə İrandan parça gətirmişik və parçaları “Binə” və “Sədərək” ticarət mərkəzlərində mağazalara paylamışıq. Hürü mən olmayanda da mağazalardan pulları yığıb, özünə götürüb. O, malların pullarını götürməsi ilə bağlı mağaza sahiblərinin dəftərlərində qeydiyyatlar var. İstintaq zamanı tələb etdim ki, həmin mağaza sahibləri şahid qismində dindirilsin, qeydiyyat dəftərləri araşdırılsın. Amma istintaq orqanı buna əhəmiyyət vermədi”.

Mülayim Mahmudova bildirib ki, “Binə” və “Sədərək” ticarət mərkəzlərinin hər birində bir dənə mağazası olub: “Həmin mağazanı işlətmirdim. Sonradan mağazalara sosial vergi tətbiq edildiyi üçün mənim də hər ay mağazama 167 manat vergi borcu yaranıb. Bu səbəbdən Hürü Dadaşovaya təklif etdim ki, mağazanı etibarnamə ilə işlətsin, sosial vergini də ödəsin. Bu səbəbdən mağazanı işlətmək üçün Hürü Dadaşovaya etibarnamə verdim. Hürü Dadaşova mağazanı işlətsə də, sosial vergini mənim adımla ödəyib. Yəni sosial vergi ödəyicisi mən olmuşam. Sonra Hürü yanıma gələrək, iş görmək üçün verdiyi 15 min manatı istədi. Bildirdi ki, mağaza almaq istəyir və mağaza almaq üçün ona köməklik etməyimi də xahiş etdi. Məndə onu ticarət mərkəzinin sahibinin yanına apardım. Ticarət mərkəzinin sahibi bizə üç mağazanın açarlarını verdi və həmin mağazaları bəyənməyimiz üçün görməyimizi dedi. Biz də hər üç mağazanı gəzsək də, Hürü heç bir mağazanı almadı. Həmin vaxt iş alınmasa da, Hürüyə 15 min manatı verdim. Sonra Hürü məndən əlavə olaraq 15 min manat tələb etməyə başladı. Ona dedim ki,

şərikli mal gətirmişik, pulunu də yığmısan, daha sənə verəsi pulum yoxdur. Hürü gedəndən bir qədər sonra polis əməkdaşları gəldi. “Binə” Ticarət Mərkəzinin icraçı direktoru Vahid Qəmbərovun iş otağında görüşdük. Həmin vaxt Vahid Qəmbərov bildirdi ki, Hürü Dadaşova ilə bağlı böyük adam zəng edib, bu səbəbdən onun istəyi yerinə yetirilməlidir. Məcbur qalaraq “Binə”də olan mağazamı Hürü Dadaşovanın adına keçirdim. Bundan sonra həmin mağazada olan istifadə hüququm ləğv edilib. Bununla bağlı Vahid Qəmbərovun otağında Hürü Dadaşovadan pulun ödənilməsi, bundan sonra mənimlə işi olmaması ilə bağlı yazılı iltizam aldım. Amma Hürü Dadaşova yenə də məndən əl çəkmədi.

Vahid Qəmbərov iki gün sonra bildirdi ki, Hürü Dadaşova əl çəkmir, yenə də 30 min manat istəyir. Ona pulum olmadığını bildirdim. Bundan sonra Hürü Dadaşova bazarın sahə müvəkkilinə məndən şikayət etdi. Sahə müvəkkili gələrək məni sorğu-sual etdi. Amma cinayət tərkibi olmadığı üçün getdi. İşin belə olduğunu görən Hürü 10-cu polis bölməsinə şikayət etdi. 10-cu bölmədə də ifadə verəndən sonra cinayət tərkibi olmadığı üçün şikayət qəbul edilmədi. Hürü Dadaşova məcbur qalaraq Qaradağ Rayon Polis İdarəsinə şikayət etdi. Oradan da iş Bakı şəhər Baş Polis İdarəsinə göndərilib. İşimə təhqiqatçı Tərlan İbrahimli baxdı. Amma cinayət tərkibi olmadığı üçün Tərlan İbrahimli cinayət işinə xitam verdi. Belə şikayətlərlə bağlı barəmdə başlanmış cinayət işinə 4 dəfə xitam verilib”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, bir neçə gündən sonra bazarın sahə müvəkkili ona 10-cu polis bölməsinə çağırılmasını bildirib: “Mən də xalam oğlu ilə birlikdə 10-cu polis bölməsinə getdik. Mən polis bölməsinə girsəm də, xalam oğlunu içəri buraxmadılar. Orada polis bölməsinin rəisinin otağında bir kişi var idi. Həmin kişi mənə ərizə yamamı və Hürü Dadaşovaya pul borcu ödəməyimi tələb etdi. Mən onunla razı olmadım. Həmin şəxs üstümə hücum çəkərək qolumu burdu və Bakı şəhər Baş Polis İdarəsinə aparacağını bildirdi. Məni qolu bağlı çölə çıxaranda xalam oğlu ilə həmin mülki geyimli kişi arasında mübahisə yarandı. Xalam oğlu onunla əlbəyaxa olaraq məni onun əlindən aldı və öz maşınına otuzdurdu. Xalam oğlu həmin şəxsə bildirdi ki, səni tanımırıq, xalam qızını hara aparmaq lazımdır, özüm apararam. Bundan sonra həmin kişi maşını Bakı polis idarəsinə sürməyi tələb etdi. Biz də Bakı polis idarəsinə getdik. Sonradan bildim ki, həmin mülki geyimli şəxs Şövqü adlı müstəntiq olub. İdarədə mənim şəxsiyyət

vəsiqəmi aldı və özümü idarənin yeməkxanasına apardı. saatlarla yeməkxanada qaldım. İdarədən çölə çıxmaq istəyirdim, şəxsiyyət vəsiqəm olmadığı üçün çıxa bildmədim. Sonra Şövqü məndən tələb etdi ki, Hürü Dadaşovaya 30 min manat borclu olmağım barədə ərizəyə imza edim. Amma onun istəyini yerinə yetirmədim. Sonra idarədən çıxmaq istəyəndə məni buraxmadılar və bildirdilər ki, içəri keçmək barədə qeydiyyatım yoxdur, belə olan halda həbs olunmaq ehtimalımın yaranmasını dedilər. Onlara dedim ki, məni içəri Şövqü Əhmədov keçirib. Bundan sonra polislər Şövqü Əhmədova zəng etdilər. Şövqü Əhmədov onlara nə deməsindən xəbərim olmasa da, sonra qapıda dayanan polis qeydiyyat dəftərinə yox, başqa bir dəftərə mənimlə bağlı qeydiyyat apardı. Onlardan tələb etdim ki, qeydiyyat dəftərinə qeydlər etsinlər, amma bunu etmədilər”.

Mülayim Mahmudova qeyd edib ki, sonradan cinayət işi Nərimanov Rayon Polis İdarəsində araşdırılıb: “Polis idarəsində işə baxan müstəntiq şikayətin mülki iddia olması nəticəsinə gəlib və cinayət işinə xitam verilməsi barədə qərar qəbul edib. Sonradan işim Qaradağ Rayon Polis İdarəsində müstəntiq Pərvin Zeynalova araşdırıb. Pərvin Zeynalova mənə dedi ki, Hürü Dadaşovaya olan 30 min manatı ödəyim. Ona belə borcum olmadığını bildirsəm də, Pərvin Zeynalova pulu ödəmək üçün mənə 4 ay vaxt verdi. Hər həftə Pərvin Zeynalova ilə telefon vasitəsi ilə danışırdım. 4 ayın tamamında Pərvin Zeynalova məni idarəyə çağırdı və 30 min manatı ödməyimi istədi. Pulum olmadığını deyəndə isə 15 min manat ödəməyi təklif etdi”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, sonradan vəkili ilə birlikdə Zərifə adına parkın yanında Hürü Dadaşova ilə görüşüb. Onun ifadəsinə görə, həmin vaxt Hürü Dadaşova 20 min manat verməyimi tələb edib. O, qeyd edib ki, istənilən pulu vermədiyi üçün barəsində qanunsuz olaraq cinayət işi başlanıb.

Mülayim Mahmudova qeyd edib ki, barəsində balanmış qanunsuz cinayət işi ilə bağlı baş prokuror Zakir Qaeralov və Bakı şəhər prokuroru Əziz Seyidovla görüşüb. Onun sözlərinə görə, həm baş prokuror, həm də şəhər prokuroru işə ədalətli baxacağına söz veriblər. Mülayim Mahmudova polisdə həm fiziki, həm də mənəvi işgəncələrə məruz qaldığını qeyd edib.

Məhkəmə iclası mayın 8-də davam etdiriləcək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Pentensiar Xidmətin dələduzluqda təqsirləndirilən keçmiş əməkdaşı məhkəmədə ifadə verib

    Pentensiar Xidmətin dələduzluqda təqsirləndirilən ...

    31-10-2018, 15:10

  • 
  • ”Binə” ticarət mərkəzinin rəhbəri dələduzluqda ittiham olunur

    ”Binə” ticarət mərkəzinin rəhbəri dələduzluqda ...

    23-09-2016, 01:20

  • 
  • İş adamına 400 min manat pul "atan" qadınlar HAKİM QARŞISINDA

    İş adamına 400 min manat pul "atan" ...

    17-01-2018, 17:51

  • 
  • Arif Əsgərovun bacanağı məhkəmədə ifadə verdi

    Arif Əsgərovun bacanağı məhkəmədə ifadə verdi ...

    13-11-2017, 14:30

  • 
  • Dələduzluq edən sabiq hakim məhkəmə qarşısında

    Dələduzluq edən sabiq hakim məhkəmə qarşısında ...

    29-09-2016, 16:21


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (301)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu