Ötən həftə Olimpiya məşəli Zərdab rayonuna aparılıb.
Məlumata görə, məşəli aparan heyətlə yanaşı, bir qrup xarici qonaq, jurnalistlər də Zərdab rayonunda olub.
Məşəl rayonu tərk edəndən sonra rayonun icra başçısı Lütfəli Babayev əcnəbi qonaqlar üçün ziyafət təşkil edib.
Bu barədə sosial şəbəkələrdə məlumat və fotogörüntlər yayılıb.
Məlumatda bildirilir ki, həmin ziyafətdə icra başçısı özü də iştirak edib və xarici jurnalistlərlə xeyli oynayıb.
Əyləncə zamanı icra başçısının içkili olduğu, qonaq xanımlara qarşı həddindən artıq səmimi davrandığı, onların isə bundan rahatsız olduğu da diqqətdən yayınmayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?