Xəbər verdiyimiz kimi, Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev yaltaqlıq barədə danışarkən Bakı meri Hacıbala Abutalıbovun da “bostanına daş atıb”.
“Bizdə hansısa məmur yaltaqlanamaq üçün deyir ki, Azərbaycanda bir kişi var. Ola bilər ki, o, özünü kişi saymır, özü bilər. Bunu deməkdə məqsədim var, bizim məmurlar yaltaqlananda heç olmasa bilsinlər ki, hansı formada yaltaqlanmaq lazımdır”, – deyə deputat bildirib.
Xatırladaq ki, bir neçə il əvvəl Hacıbala Abutalıbov ona xitabən deyilə “Kişi adamsız” sözünə belə cavab vermişdi: “Azərbaycanda bir kişi var, o da cənab prezidentdir”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?