Fransanın paytaxtı Parisdə ermənilər tərəfindən təşkil olunmuş konfrans zamanı erməni tarixçisinə Dağlıq Qarabağ gerçəklərini xatırladan azərbaycanlı qadını təhqir edilib.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bölgə bələdiyyəsinin binasında ermənilər tərəfindən Dağlıq Qarabağın işğalına haqq qazandırmaq üçün keçirilən konfransda Azərbaycan vətəndaşının verdiyi sual çox böyük səs-küyə səbəb olub.
Belə ki, toplantıya qatılan azərbaycanlı qadın Dağlıq Qarabağa dair BMT-nin qərarlarını (işğal edilmiş Azərbaycan torpaqlarından erməni silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılmasına, torpaqların geri qaytarılmasına dair qərarlar) xatırladınca, tədbirdə iştirak edən erməni tarixçi Claude Mutafyan özündən çıxaraq, qadını təhqir edib.
Sözünə davam edən qadının haqq səsini boğa bilmədiyini görüncə tarixçi onun hücum çəkib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?