Azərbaycanlı qadınları fahişəliyə cəlb etməkdə təqsirli bilinən Vilayət Məsimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan proses qapalı keçirilir.
İttihama görə, Vilayət Məsimov Azərbaycan vətəndaşı olan bir qadını Türkiyəyə aparıb və orada fahişəliyə məcbur edilməsində iştirakçı olub.
Vilayət Məsimov qadın alveri ilə məşğul olan dəstənin üzvü olub. O, Azərbaycan vətəndaşı olan Səbinə Əhmədovanı (ad və soyad şərti verilib – red.) Türkidəyə olan dəstənin digər üzvlərinə təhvil verib.
Dəstənin digər üzvləri Səbinə Əhmədovanı Türkiyədə kişi müştərilərlə görüşdürüb, cinsi əlaqədə olması müqabilində maddi gəlir əldə ediblər.
Qadın Azərbaycana qayıdandan sonra İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə şikayət edib. Onun şikayəti əsasında Vilayət Məsimov həbs edilib.
İstintaq orqanı tərəfindən Vilayət Məsimovun barəsində Cinayət Məcəlləsinin 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək) maddəsi ilə ittiham elan edilib.
Məhkəmədə ifadə verən Vilayət Məsimov özünü qismən təqsirli bilib.
Növbəti proses dekabrın 3-də davam edəcək./Teleqraf.com
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?