GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “MƏNƏ PREZİDENT ADMİNİSTRASİYASINDAN ZƏNG GƏLDİ…”- Qalmaqallı diplomat danışdı + II HİSSƏ

“MƏNƏ PREZİDENT ADMİNİSTRASİYASINDAN ZƏNG GƏLDİ…”- Qalmaqallı diplomat danışdı + II HİSSƏ

Tarix: 17-06-2015, 09:31 Bölmə :Ölkə Baxış: 0
“MƏNƏ PREZİDENT ADMİNİSTRASİYASINDAN ZƏNG GƏLDİ…”- Qalmaqallı diplomat danışdı + II HİSSƏ

Arif Məmmədov: “Əleyhimə yazılan o məqalənin arxasında kimin dayandığını bilirəm”

“Hakimiyyət dəyişikliyinin tərəfdarı kimi deyil, islahat tərəfdarı kimi çıxış edirəm”

II HİSSƏ müsahibənin sonuna əlavə edilib

Azərbaycanın Avropa Şurası, ardınca da Avropa İttifaqındakı səfiri olmuş, hazırda isə İslam Konfransı Təşkilatının Avropa Birliyindəki missiyasına rəhbərlik edən Arif Məmmədovun Bakıdakı yanğından sonra məmurları tənqid etməsi onu hakimiyyətin hədəfinə çevirib. Bir neçə gündür ki, rəsmi mətbuat, xüsusilə haqqın.az və virtualaz.org saytları diplomata “xain” damğası vurmaqla məşğuldur. Adı ətrafında gəzən söhbətlərə aydınlıq gətirən diplomat Vinegret.az saytına müsahibə verib. Müsahibəni təqdim edirik:

-Gəlin əvvəldən başlayaq. Məlum məqalələrdə göstərilən statuslar və şərhlər həqiqətən də Sizə məxsusdur? Bu saxta profil deyil ki?
-Bəli, mənim status və şərhlərimdir.

-Sözlərinizi təsdiq edirsiniz?
-Bəli, bu mənim sözlərimdir.

-Gəlin 16 mərtəbəli binadakı yanğınla bağlı statusdan başlayaq…
-Bu, qəlbimin fəryadı idi.

-Haqqın.az statusu dərc edənə qədər Bakıdan, XIN-dən kimsə Sizə zəng edib, nəsə deyib, ya statusu silməyinizi istəyib?
-Bir necə gün əvvəl İstanbulda İslam Əməkdaşlığı Təşkilatının görüşündə idim. Telefonuma zəng gəlib, ancaq görüşdə olduğuma görə çatdırıb cavab verə bilməmişəm. Sonradan ismarıc aldım ki, administrasiyadan mənimlə danışmaq istəyirlər. Ancaq kimin zəng etdiyini bilmirdim. Düşündüm ki, görüşdən çıxıb zəng edərəm.
-Yəni status yazandan sonra xeyli vaxt keçib və sonra Sizinlə əlaqə saxlamaq qərarına gəliblər?
-Bəli, dərhal deyil, sonradan.

-Deyirsiniz ki, administrasiyadan zəng olub. Dəqiqləşdirin, Prezident Administrasiyasından, yoxsa XIN-dən?
-Prezident Administrasiyasından.

- Haqqın.az-dakı məqalə Sizin üçün yenilik oldu? Belə reaksiya gözləyirdiniz?
-Bilirsiniz, mənə qarşı belə çirkin davranacaqlarını bilmirdim. Bunu heç şərh etmək istəmirəm. Hər yeni məqalədə daha iyrənc şeylər yazılır. Ancaq doğrusu özüm haqqın.az-ı həmişə oxuyuram, çünki ordakı yazılardan hakimiyyətdəkilərin necə düşündüyünü bilirsən. Analitik düşüncəli adam bu mənbənin bir-iki məqaləsini oxuyandan sonra dərhal bu barədə nəticəyə gəlir ki…

-Kim kimə qarşıdı və nəyə görə…
-Bəli. Əgər hansısa daxili məsələləri bilirsən, mətbəxə bələdsənsə, bu mənbəyi oxuyub daxildə hansı proseslərin getməsinə dair müəyyən nəticələrə gələ bilirsən. Bu isə çox vacibdir. Çünki prinsipcə hər şey çox qapalıdır. Haqqın.az-ı oxuyanda isə hakimiyyətin necə düşündüyünü anlayırsan.

-Neçə ildi diplomatik xidmətdəsiniz?
-XIN-ə 1993-cü ildə gəlmişəm. 1995-ci ildə Azərbaycan Respublikasının Belçikadakı səfirliyinə ikinci katib kimi gəldim.

-Yəni 20 il edir…
-Bəli, Avropada 20 il. Düzdü, məndə qısa fasilə olub – XIN-də insan haqları və demokratiya idarəsinin rəhbəri olmuşam.

-Nə vaxt İƏT-nın AB yanında səfiri oldunuz?
– 2013-cü ildən. İki həftə sonra iki il tamam olur.

-Bu iki il müddətində Azərbaycan vətəndaşı olaraq Azərbaycan diplomatı deyilsiniz?
-Xeyir, mən Azərbaycan diplomatıyam. Fövqəladə və səlahiyyətli səfir rütbəm var. Ancaq İƏT-nın səfiri vəzifəsinə Azərbaycanın deyil, bu təşkilatın baş katibinin qərarı ilə təyin edilmişəm. Yəni məni ancaq İƏT-nın baş katibi geri çağıra bilər.

-Gəlin açıq danışaq. Azərbaycana işləməyən diplomat olmağınız əlinizi və dilinizi açdı, Sizə daha çox sərbəstlik verdi, nəticədə 16 mərtəbəli binada yanğın faciəsi ilə bağlı belə status yazdınız?
-Əvvəla, Azərbaycan İƏT-nın fəal üzvüdür. Bəli, bu status qəlbimin fəryadı idi. Ancaq bunu təkcə yanan 16 mərtəbəli binaya görə yazmadım. Xeyli şey yığılıb və özü də tək məndə yox. Mənim yazdıqlarımı hamı danışır. Sadəcə açıq demirlər, evdə, mətbəxdə, qonaqlıqda, istirahətdə pıçıldaşırlar. Azərbaycanda elə bir dövlət məmuru yoxdur ki, onu şəxsən tanımayım. Onların hər biri nəyisə tənqid edir, ancaq özü dəyişmək istəmir. Bakıya gəlirsən, minirsən taksiyə və taksi sürücüsü paytaxtda sürücülərin necə maşın sürməsindən şikayətlənir. Paralel olaraq özü də bir neçə yol hərəkəti qaydasını pozur. Məmurlar da elədi.

-Status yazanda reaksiyanın necə olacağını düşünürdünüz, yoxsa belə olacağını heç təsəvvür etmirdiniz?
Hansısa reaksiyanın ola biləcəyini bilirdim. Ancaq məsələ bundadır ki, feysbuk səhifəm çoxdandı aktiv deyil, onu xeyli vaxtdı istifadə etmirəm. Bir müddətdən sonra onu açdım və hansısa maraqlı faktlar, foto və videolar gözümə dəyməyə başladı. Bu faciə baş verəndə feysbukda övladını itirən ananın ağlamağı, yaxud yanan binaya daxil ola bilməyən atanın gözləri mənə ciddi təsir elədi. Bilirsiniz, hər şey qəfil olur. İnsanı belə addım atmağa təhrik edən bir neçə fakt olmalıdır. Heç bilmirəm həmin an bunu nə dərəcə şüurlu şəkildə etmişəm.
Bəli, yazırlar ki, mən 20 illik təcrübəsi olan diplomatam və emosiyalarıma nəzarət etməliydim. Ancaq bu mərhələdə mən ya evdə yaxınlarımla müzakirə açıb ağrıdan qışqırmalı idim, ya da bunu insanlarla bölüşməliydim. Bu, qəlbin belə fəryadı idi.

-Əgər Azərbaycanın səfiri olsaydınız, eyni şeyi yazardınız, ya yox?
-Düşünürəm ki, yazardım. Xidməti vəzifəmə görə ölkə rəhbərliyinə yazdığım məktublar həmişə dəqiq, hər hansı təkliflə və daha çox tənqidi olub.

-Yəni əminsiniz ki, istənilən halda yazardınız?
– Bəli.

-Yaxşı, bu status qəlbin fəryadı idi. Ancaq KIV heç də siyasi xarakterli olmayan digər statuslarınızı da dərc edib və orda insanlar ölkəyə etinasız yanaşma görüb. O cümlədən Azərbaycanda yemək, yaxud Avropadakı spa-mərkəzlərinə getmək məhəbbətiniz barədə…
-Bağışlayın, amma mən yazmışam ki, bu gün üç dəfə şam etmişəm. Avropada adətən saat 18.00-dan sonra yemirəm. Azərbaycanda kiminləsə oturursansa, bu mütləq yemək süfrəsi başında olmalıdır, bu adət isə məni qane etmir. Vəssalam.

-Ancaq insanlar burda ənənələrə, vətənə etinasız münasibət görüb…
-Belə bir şey yoxdur. Mən də bu şəhərin bir hissəsiyəm. Biz evdə milli xörəklərimizi yeyirik. Sadəcə Azərbaycanda şirkətlərimizin satdığı kanserogen ərzaqlardan istifadə etmirik. Onlar bunu heç bir norma və standartlara əməl etmədən satırlar.
Bakıda onkoloji mərkəzdə qohumuma dəyməyə getmişdim və orada müalicə olanların sayından heyrətə gəldim. Özü də bu böyük mərkəzdir… Ərzaqların keyfiyyəti və dadı isə heç də yaxşı deyil. Bakıda onları yeyəndə təmiz və keyfiyyətli olmadığını hiss edirsən. Avropada norma və standartlara çox ciddi riayət edirlər. Biz azərbaycanlılarda xolersterin çox yüksəkdir. Ərzaqların keyfiyyəti və qidalanma forması ilə bağlı olan xeyli başqa xəstəliklər var. Oliqarxların istehsal etdiyi ərzaqlar yüksək kanserogenlidir. Əminəm, əgər Azərbaycanda bitən və istehsal edilən ərzaqlar yoxlanılsa, əksəriyyətində zərərli maddələr aşkarlanacaq.

-Gəlin haqqın.az-da birinci feysbuk statusunuzla bağlı məqalənin dərc edildiyi günə qayıdaq. Bu yazı Sizi harda yaxaladı, XIN-dən, prezident aparatından zənglər oldumu, sonra nə baş verdi?
-Xüsusi bir şey olmadı. Buna qədər dediyim o zəng güman ki, ifadələrimə görə məni danlamaq məqsədi daşıyıb. Ancaq düşünürəm, istənilən halda məqalə çıxacaqdı. Çünki məqalə bir neçə saatdan sonra dərc edildi.

-Bundan sonra heç kim Sizinlə əlaqə saxlamadı?
– Xeyir.

- Məlum olduğu kim Bakı İƏT qarşısında Sizin bu təşkilatın AB-də səfiri vəzifəsindən geri çağırılmaq məsələnizi qoyub.
-İƏT nüfuzlu beynəlxalq təşkilatdır. Üzv ölkələrin sayına görə 57 üzvlə dünyanın ikinci ən iri təşkilatıdır. Orda Bakının öyrəşdiyi tərzdə işləmirlər. Baş katib ölkəsindən xeyli kənarda tanınan təcrübəli siyasətçidir. Geri çağırılmağımla bağlı sorğunun göndərilib-göndərilməməsi, göndəribilsə, kim tərəfindən edilməsi barədə məlumatım yoxdur. Ancaq düşünürəm ki, baş katib hər hansı qərarı qəbul etməzdən öncə xeyli düşünəcək. Bundan əlavə, mənim müqaviləm var və bu müqaviləni pozmaq proseduru olduqca mürəkkəbdir. Bura, layiqli adamın işdən azad edilib bir saniyənin içində məhv edilə biləcəyi Bakı deyil. Prosedurlar BMT standartlarına çox yaxındır. Bu, BMT baş katibinə hər hansı ölkədəki nümayəndəsini onun vətəndaşı olduğu ölkənin tələbi ilə geri çağırmaq üçün müraciət etməyə bərabərdir. Baxaq görək bu nə ilə bitəcək. Ancaq təkrar edirəm, baş katibi tanıyıram. Çox tanınmış və təcrübəli adamdır. Onu həm Səudiyyə Ərəbistanında, həm də xeyli kənarda tanıyırlar. Bunun tezliklə baş verəcəyinə və asan qərar olacağına inanmıram.

-Yəni Siz İƏT-nın AB-də səfiri olaraq qalacaqsınız?
– Bəli, səfir qalacam. Məsələn, Brüsseldə 57 müsəlman ölkəsinin Belçikada və Avropa Birliyindəki səfirlərinin iclasını keçirirəm. Bundan sonra Avropa Birliyinin xarici əlaqələr xidmətinin baş katibi ilə görüşəcəm. Bu şəxs AB-nin xarici əlaqələr xidmətində qurumun xarici siyasət üzrə ali komissarı Federika Mogerinidən sonra faktiki olaraq ikinci adamdır.

-İƏT ilə neçə illik müqaviləniz var?
– Dörd illik.

- İki ili artıq keçib.
– Bəli.

-Səs-küylü məqalələr dərc ediləndən sonra statuslarınızı layk edən və buna görə ciddi şəkildə cavab verməli olan həmkarlarınız Sizinlə əlaqə saxlayıblar?
-Nə onlar məni axtarıb, nə mən onları. Onların düşdüyü çətin durumu başa düşürəm. Üzrxahlıq bəyanatlarından əvvəl də bilirdim və deyirdim ki, mənə qarşı çıxış etmələri üçün onlara böyük təzyiq edilir. Bu hələ davam edəcək. Sadəcə olaraq bunu day heç kim oxumur. Hər şey o qədər primitiv görünür ki, buna yumorla yanaşıram.

-Yeri gəlmişkən onları işdən azad ediblər.
– Bilmirəm kimi azad ediblər, kimi saxlayıblar. Çox təəssüf edirəm ki, insanlar xalqıma verdiyim başsağlığı ilə razılaşdığına və layk etdiyinə görə hesab ödəməli olur. Onunla da razıyam ki, layk etmək mütləq razılaşmaq demək deyil. Bu o deməkdir ki, gördüm, baxdım, oxudum. Bu, layk edənin mənimlə həmrəy olması demək deyil.

- Gəlin düz danışaq. Kim nə deyir desin, layk ilk növbədə həmrəylikdir.
– Əgər onlar şərh yazsaydı, bu daha çox həmrəylik olardı. Layk isə görmək və bəlkə də müəyyən mənada razılaşmaq deməkdir. Diplomatlardan biri deyir ki, statusumun birinci hissəsi ilə razıdır və ona görə layk edib. Düşünürəm bu elədi ki var. Əgər sabah məqalənizi layk etsəm, bu o demək deyil ki, bütün məqalə ilə razıyam. Ola bilər ayrılıqda hansısa fikir xoşuma gəlib. Ona görə də layk edən uşaqları damğalamaq düzgün deyil. Onlar statusumun birinci hissəsi ilə razılaşıb, sonra yazılanlarla razı olmaya bilərdilər.

-Birinci məqalə dərc ediləndən sonra Bakıya gəlib məsələni yerində izah etmək fikriniz olmayıb?
-Bu məqalənin arxasında kimin dayandığını bilirəm. Haqqın.az-ın barəsində yazdığı məqalədən sonra Bakıya gələnlər ordan çıxa bilmirdi. Bilirdim ki, bu sayt barəmdə yazıbsa, deməli mən də düşmənlər sırasına düşmüşəm.

-Yəni geriyə qayıda bilməyəcəyinizdən ehtiyat etdiniz?
– Sadəcə ehtiyat etmirdim, əmin idim ki, Azərbaycandan çıxa bilməyəcəm. Ölkədən çıxmağımla bağlı təhlükə əvvəl də olub.

II HİSSƏ

-Deyirsiniz ki, Sizə qarşı bütün bu kampaniyanın arxasında dayanan adamın adını çəkə bilmərsiniz. Onda heç olmasa bunların niyə baş verdiyinin səbəbini deyin. Məsələn, deyirlər ki, Sizin Qərb xüsusi xidmət orqanları ilə ciddi bağlılığınız var, Qərb Sizi işbirliyinə cəlb edib, Qərbdə aparılan antiAzərbaycan kampaniyasının bir hissəsi olmusunuz və az qala onun rəhbərinə çevrilirsiniz. Bu barədə nə demək olar?

-Bilirsiniz, saytda yazıblar ki, Moskvada Baş Kəşfiyyat İdarəsinin məktəbini bitirmişəm. Cəfəngiyyatdır. İndi deyə bilərlər ki, əgər mən İƏT-da işləyirəmsə, deməli islamçıyam. Əgər sabah yadplanetlilərə işlədiyimi yazsalar, təəccüblənmərəm. Mən Azərbaycanda, Gəncədə, ən adi ailədə doğulmuşam. Orada böyümüşəm, bir müddət orada yaşamışam. Nənəm yaylıq bağlayırdı.Yəni bizim ənənəvi azərbaycanlı ailəmiz olub. Ancaq sonradan məktəbə Bakıda getmişəm. Rus sektorunda oxumuşam. Daha sonra Moskvada Hərbi Tərcüməçilər İnstitutunda oxumuşam. Yəni Azərbaycan mədəniyyəti, ailəmin mədəniyyəti ilə böyümüşəm. Ancaq rus xalqının mədəni irsini, sovet mədəniyyətini də mənimsəmişəm. Sovet filmləri, Puşkinin, Dostoyevskinin, Tolstoyun, Nekrasovun və s. əsərləri ilə böyümüşəm. Yəni mənə yad olmayan dəyərlərlə, o cümlədən rus mədəni dəyərləri ilə böyümüşəm. Biri var millətinin, ailənin dəyəri, bir də var böyüdüyün mühitin mədəniyyəti. Ancaq son 20 ildə Avropada yaşayaraq Avropa mədəniyyətinin bəzi adətlərini mənimsəyirəm. Yəni mən başqa mədəniyyətləri mənimsəməyi sevirəm. İnsan nə qədər çox mədəniyyəti mənimsəsə, bir o qədər mənəvi cəhətdən zəngin olur. Mükəmməl 7 dil bilirəm və daha çox öyrənməyə vaxtımın olmadığına təəssüflənirəm. İspan dilinin səviyyəsini bir qədər artırmaq istərdim. Bir qədər unutmağa başladığım həbəş dilinin səviyyəsin artırmaq istəyirəm. Yəni dillərin öyrənilməsi çox vacib məsələdir. Rus dilin bilərək bu dildə əsərlər oxuyuram. İngilis dilini bilməklə Amerika klassikasını oxuya bilirəm. Fransız dilini bilməklə fransız müəlliflərini oxuyuram.

-Ancaq yenə də Sizə qarşı belə bir kampaniyanın nəyə görə başlandığını demədiniz. Yəni doğrudan da məsələ ancaq statuslarınızdadır?
-Avropanın bütün siyasi elitası məni tanıyır. Strasburqda da, Brüsseldə də tanıyırlar. Bu da Bakıda bir çoxlarında narazılıq yaradıb. Avropada mənə hörmət edirlər və söhbətlərə, ideyalara və debatlara açıq olan demokratik ideyalı adam kimi tanıyırlar. Avropada səmimiyyəti, adamın müxtəlif proseslərə tənqidi yanaşma bacarığını, hər neqativdə nəsə yaxşı bir şey axtarmağı dəyərləndirirlər. Bakıda da uğurlu işlədiyimə görə məni sevməyən çevrə var. Yəqin onlar düşünür ki, burda nəsə elə deyil…
Bu çoxdan davam edirdi. Çoxdandı mənə diş qıcayırdılar. Dəqiq 5-6 il olar. Sadəcə feysbukda statusum onlar üçün bəhanə oldu.

-XİN-də, yoxsa prezident aparatında diş qıcayırdılar?
-Bu adamlar aparatdadır.

- Ancaq ona görə ki, Siz nüfuzlu diplomatsınız? Təkcə buna görə?
– Bu onunla bağlıdır ki, mən açıq danışan, ünsiyyətçil, Avropada müəyyən etimad səviyyəsi olan uğurlu diplomatam.

-Bütün bu kampaniya başlayandan sonra növbəti status yazdınız və bildirdiniz ki, belə təzyiq heç Stalin dövründə olmayıb. Yəni faktiki olaraq hakimiyyəti repressiyalarda ittiham etdiniz. Bir çoxları bunu hakimiyyətə qarşı çıxış və hakimiyyəti dəyişməyə çağırış kimi qiymətləndirdilər. Həqiqətən də bunun tərəfdarısınız?
-Hakimiyyət dəyişikliyinin tərəfdarı kimi deyil, islahat tərəfdarı kimi çıxış edirəm. Hakimiyyət xalqın ondan gözlədiyi islahatları həyata keçirə bilsə… Biz də xalqın, küçədəkilərin, hətta elitanın əhvalını yaxşı bilirik. Elitada elə adamlar var ki, baş verənlərin səhv olduğunu görür. Onları şəxsən tanıyıram, elitanın bir çox üzvləri ilə ünsiyyətdəyəm. Əgər məni tanıdıqlarına görə də adamları işdən çıxarsalar, onda gərək bütün siyasi elitanı qovsunlar.
Adamlar başa düşür ki, nəsə etmək lazımdır. Mənə hücum edənlər komandanın daha mütərəqqi düşüncəli üzvlərini qorxu içində saxlayırlar. Sonuncular yuxarıdan gələn qorxuya görə hətta fikirlərini də dilə gətirə bilmirlər. Ona görə də düşünürəm ki, cəmiyyətdə islahat aparmaq və bundan qorxmamaq lazımdır. Əgər prezidentin buna gücü və qətiyyəti çatsa, xalq onu dəstəkləyəcək.

-İndi Siz diplomat kimi yox, daha çox siyasətçi kimi bəyanat verdiniz. Bu Sizin siyasətə qoşulmaq niyyətinizdən xəbər vermir? Çünki indi Sizin müxalifətə rəhbərlik edəcək, Qərbin vəzifəyə gətirmək istədiyi şəxs olmaq niyyətinizlə bağlı şaiyələr gəzir.
-Müxalifətin bir hissəsi, yaxud onun lideri olmaq, hər hansı siyasi partiya yaratmaq fikrim yoxdur. Əminəm ki, bu gün, 21-ci əsrdə siyasi partiyalar əvvəlki kimi aktuallığını itirib. Bu qəzet və sayt oxumaq kimi bir şeydir. Sən əlbəttə, hər gün qəzet oxuya bilərsən, ancaq Tvitterə girib hər dəqiqə dəyişən informasiyanı da oxumaq imkanın var. Siyasi partiyalar da elədir.
Hesab edirəm ki, bu gün savadlı adamlardan ibarət komandanın olması vacibdir. Bu, hər şeyin əsasıdır. Gözəl təhsil alan, xarici dillərdə danışan, tənqidi düşüncə səviyyəsinə malik olan və hər hansı suallara cavab tapa bilən adamlardan ibarət komanda. Sizin sayt vasitəsilə müraciət edib demək istəyirəm ki, adamları ölkəyə fayda üçün cəlb etmək lazımdır. Xaricdə – fərqi yoxdu Avropada, Ukraynada, Rusiyada və başqa yerlərdə yaşayan xeyli sayda savadlı azərbaycanlı var. Savadlı azərbaycanlıların bazasını yaratmaq lazımdır ki, gələcəkdə onları Azərbaycana qaytaraq. Əgər kimsə Avropada 3 min avro maaş alırsa, ona 5-6-8 min avro vermək lazımdır ki, vətənə qayıtsın və ölkəsinə fayda versin. İlkin məqsədim bu qrupu tədricən vətənə qaytarmağa cəhd etməkdir. Rusiyada, Ukraynada, digər ölkələrdə yaşayan yüzlərlə azərbaycanlı evə qayıdıb vətənlərinə fayda verə bilərlər. Onlar nəyə görə öz ölkəsində deyil, Almaniyada, Fransa, Ukraynada işləməlidir?! Ölkənin beyni olmalıdır. Onları bir yerə yığmaq lazımdır. Partiyalar saya fikir verir. Onlara tərəfdarlarının sayı vacibdir. Mən isə keyfiyyətin vacib olduğunu hesab edirəm. 10-20 nəfərlik komanda 5 partiyadan yaxşı işləyə bilər. Əgər düşünən insanları bir yerə toplaya bilsən, qarşında heç bir maneə olmayacaq. Mən ancaq bu insanların vətəninə qayıdıb öz evlərində layiqli yer tuta bilməsinə çalışacam.

- Deyirsiniz «mənim məqsədim». Diplomat olmayan Arif Məmmədovun məqsədi…
– Hələ ki, diplomatam. Sizə indiki vəzifəmdən çıxarılacağım təqdirdə ortaya çıxıcaq məqsədlərimdən danışıram. Bu halda digər işlərlə də məşğul olmaq üçün daha geniş imkanlarım olacaq. Hadisələrin hər cür inkişafına hazıram.

-Yəni həmçinin siyasətlə məşğul olmağa hazırsınız?
– Hər bir diplomat həm də siyasətçidir. Siyasətçilərin içindəsən, siyasi məsələləri müzakirə edirsən. Yəni diplomat elə siyasətçidir. Bəli, diplomat siyasətbaz olmamalıdır, ancaq diplomat istənilən halda siyasətçidir. Dağlıq Qarabağ məsələsinə, AB ilə tərəfdaşlıq və əməkdaşlıq razılaşmasına dair danışıqların başında olmuşam. Onda mən Avropa Birliyi və Avropa Şurası ilə münasibətlərin inkişafına çalışanlardan idim. Yəni özlüyündə mən diplomat və siyasətçiyəm.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • “MƏNƏ PREZİDENT ADMİNİSTRASİYASINDAN ZƏNG GƏLDİ…”- Qalmaqallı diplomat danışdı + II HİSSƏ

    “MƏNƏ PREZİDENT ADMİNİSTRASİYASINDAN ZƏNG ...

    17-06-2014, 09:30

  • 
  • Qubad İbadoğlunun tərəfdarı Müsavatdan çıxarıldı

    Qubad İbadoğlunun tərəfdarı Müsavatdan çıxarıldı ...

    23-10-2014, 12:29

  • 
  • Jirinovski gəldi

    Jirinovski gəldi ...

    25-09-2014, 15:49

  • 
  • Erməni diplomat: "Qarabağ Azərbaycanın tərkibinə qayıda bilər"

    Erməni diplomat: "Qarabağ Azərbaycanın ...

    29-06-2013, 14:40

  • 
  • Avropalı diplomat: “İlham Əliyev müharibəyə yol verməyəcək”

    Avropalı diplomat: “İlham Əliyev müharibəyə yol ...

    13-11-2014, 11:53


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (5)
Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu