Qondarma respublikanın uydurma XİN rəhbəri sensasiyalı proqnozla çıxış edib
Erməni diplomat sensasiyalı proqnozla çıxış edib - "Dağlıq Qarabağ Azərbaycanın tərkibinə qayıda bilər".
“Qarabağın yenidən Azərbaycanın tərkibinə qaytmaq perspektivi varmı? Bəli, perspetiv mövcuddur". Bunu "France 24" telekanalının müxbirinin sualına cavabında dünyada heç kimin tanımadığı ölkənin xarici siyasət idarəsinə rəhbərlik edən Karen Mirzoyan bildirib.
Bununla bağlı Ermənistada dəhşətli qalmaqal qopub, təbii ki, Qarabağ məmuruna lənətlər yağdırıblar. Hətta Ermənistanın özünün belə tanımadığı ölkənin belə adlandırılan parlamentinin göstərişinə görə, səs-küy qopub. Mirzoyandan çox kəskin şəkildə fransalı jurnalistlərlə söhbəti zamanı konstitusiyada azad olunmuş kimi göstərilən əraziləri nə üçün bufer zonaları kimi adlandırdığına dair izahat tələb olunub. Ən əsası isə qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycana qaytarıla bilər.
Dağıdıcı tənqidə cavabında K. Mirzoyan söhbətin jurnalistlərə müxtəlif şərhlər və fikirlər üçün bəhanə verdiyinə görə təəssüf etdiyi bildirib. Lakin müsahibədə özünü məsələ ilə bağlı nəzər nöqtəsini isə praktiki olaraq təkzib edib.
Bundan başqa, ekspertlər hesab edirlər ki, Mirzoyan düzünü deyib və bu gün bır sıra ağıllı düşünən erməni siyasətçiləri də bu fikri bölüşürlər. Səni tanımayan və tanımaq istəməyən dünyada nə qədər yaşamaq olar!?
Bundan əlavə, Ermənistan kimi iqtisadi çətinliklər yaşayan Dağlıq Qarabağın əhalisi, sürətlə inkişaf edən Azərbaycana qısqanclıqla baxırlar. Azərbaycan pul sərvətinin bir hissəsini şübhəsiz ki, bu dağlıq ərazinin inkişafına sərf edərdi. Belə bir məsələ var: “Söz ağızdan çıxdısa, artıq sənin deyil”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?